Qazilərin arzu və təklifləri dinlənilmişdir

Qazilərin arzu və təklifləri dinlənilmişdir - aliyev ordu asker azerbaycan

Qazilərin arzu və təklifləri dinlənilmişdir

Daşkəsən Rayon İcra Hakimiyyətində qazilərlə görüş keçirilmişdir. Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalmış ərazilərimizin azad olunmasından, 44 günlük Vətən müharibəsində igid Azərbaycan oğullarının göstərdikləri şücaətdən danışılmış və diqqətə çatdırılmışdır ki, müasir Azərbaycanın hərtərəfli inkişafı istiqamətində dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasət bu gün öz bəhrəsini verir. Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsində yüzlərlə daşkəsənli də iştirak etmiş, onlardan 83 nəfəri yaralanmış, 23 nəfəri əlil olmuş, 32 nəfəri isə şəhidlik zirvəsinə yüksəlmişdir. Rayonda müharibə iştirakçıları və şəhid ailələrinin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Müharibədən sonra 4 nəfər müharibə iştirakçısı mənzillə təmin olunmuş, 18 nəfər mənzil qeydiyyatına alınmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Daha sonra Vətən müharibəsi qaziləri, o cümlədən baş leytenant Ceyhun Əliyev, kapitan Turxan Məmmədov, əsgər Yusif Məmmədov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonra qazilərin arzu və təklifləri dinlənilmişdir. Onlar keçirilən belə görüşlərdən razı qaldıqlarını bildirmiş və bir neçə məsələ ilə bağlı təkliflərini səsləndirmişlər. Qaldırılan məsələlər nəzarətə götürülmüşdür.

S.ƏLİYEV,”Azərbaycan” / TURKISHFORUM -ABDULLAH TÜRER YENER

Okumaya devam et  Azerbaycanın başı eyilmez oğlu

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir