İranda silahlı toqquşma olub

“Aznews tv” xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb. - rbi z rbaycan n bir ne h rind polisl hali aras nda 780x470 1

İranın türkmənlər yaşayan Gülüstan vilayətinin Ağ Qala bölgəsində iki kəndin sakinləri arasında silahlı qarşıdurma baş verib.

“Aznews tv” xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Yerli sakinlərin sözlərinə görə, öncə bir neçə nəfər arasında əkin sahələri arasında su üstündə dava düşüb. Daha sonra bu, onlar arasında ov tüfəngindən istifadə etməklə münaqişəyə çevrilib.

Bildirilir ki, təxminən 2 ildir ki, kənd sakinləri arasında su uğrunda münaqişə var imiş, amma bu günədək bu, davaya çevrilməyibmiş.

Qeyd edək ki, İranda təbii sərvətlərin yanlış idarə edilməsi, yarıtmaz siyasət və digər neqativ hallara görə ölkənin ekologiyasında ciddi problemlər yaranıb. Artıq bir neçə ildir ki, İranın bir çox bölgələrində su problemi səbəbindən rejimə qarşı mitinqlər keçirilir. Lakin problemi həll etməyə qadir olmayan İran hakimiyyəti etirazçıları qətlə yetirməklə aksiyaları yatırmaqla məşğuldur.Video Player00:0000:21

Okumaya devam et  ABŞ səfiri: Azərbaycan dünya üzrə ərazisi minalarla ən çox çirklənmiş 10 ölkədən biridir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir