Ələhvazda toz fırtınası həyatı iflic edib

İranın Ələhvaz əyalətində güclü toz fırtınası həyatı iflic edib və məktəblərlə yanaşı bir sıra dövlət idarələridə tətil edilib. - uzistanda toz f rt nas h yat iflic edib 0 1651293039

Məktəblər və dövlət idarələri bağlanıb.

İranın Ələhvaz əyalətində güclü toz fırtınası həyatı iflic edib və məktəblərlə yanaşı bir sıra dövlət idarələridə tətil edilib.

Ələhvaz əyalətinin Təhsil İdarəsinin verdiyi açıqlamaya görə, aprel ayının 30-da əyalətin 6 şəhərində Dəşt-iAzadeqan, Huveyzə, Həmidiyyə, Əhvaz, Karun və Bavi şəhərlərində bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb.

Əyalətdə toz fırtınalarının yaranmasının əsas səbəblərindən biri su qaynaqlarının tükənməsi, çayların və göllərin qurumasıdır.

Qeyd edək ki, aprel ayının əvvəlindən başlayaraq İranın bir neçə əyaləti ilə yanaşı Qərbi, Şərqi Azərbaycan əyalətlərində də toz və duz fırtınası ekoloji problemlərin yaranmasına səbəb olub.

Xüsusilə Urmu gölünün qurumuş yatağından qalxan duz fırtınaları ekoloji problemlərlə yanaşı bölgə əhalisində tənəffüs problemlərinin yaranması və kənd təsərrüfatının ciddi ziyan görməsi ilə nəticələnib.

Okumaya devam et  Güneyli milli fəal Şükrüllah Qəhrəmanifərd həbs edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir