Şərqi Azərbaycanda Universitet məzunlarının çoxu işsizdir


Okuma Süresi: 1 Dakika

Bu barədə əyalətin Əmək və Sosial Rifah İdarəsinin başçısı məlumat verib.

Şərqi Azərbaycan əyalətinin Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthipur, aprelin 28-də Şərqi Azərbaycan əyalətində əmək və işəgötürən təşkilatları nümayəndələrinin iclasında çıxışı zamanı bölgədə işsizlik göstəricilərinin artmasından danışıb.

O, əyalətdə mütəxəssislərin çox olmasına baxmayaraq bir sıra problemlər üzündən işsizlik səviyyəsinin azaldılmasının mümkün olmadığını və Şərqi Azərbaycanda Universitet məzunlarının 55%-nin işsiz olduğunu bildirib.

Bundan öncə oxşar problemlə bağlı çıxış edən Əhər və Heris şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə də, Şərqi Azərbaycanda işsizliyin ciddi problemə çevrildiyini deyib.

Bölgədə müxtəlif infrastruktur problemlərinin olduğunu vurğulayan millət vəkili bildirib ki, sərmayə cəlb olunması, yeni iş yerlərinin açılması üçün yetərli tədbirlər görülmür.

Şərqi Azərbaycan və Gənclər Baş İdarəsinin gənclər və mədəniyyət işləri üzrə müavini Əmir Tağızadə aparılan sorğulara əsaslanaraq əyalət gənclərinin əksəriyyətinin işsizlik və iqtisadi durumun ağır olmasından gileyləndiklərini demişdi.

“2200 azərbaycanlı gənc arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, gənclərin 69.5%-i əsas qayğılarının iqtisadi problemlər və maliyyə çatışmazlıqları olduğunu deyiblər”-deyə, Tağzadə bildirib.


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Sayın Nazım Peker, Ben Ereğli’de doğup büyüdüm. O güzel şehrin adını ne zaman duysam, gözlerim yaşarır. Yazınız çok güzel ve…

  2. ümran hanım,dinimizde yasalarımızda aklımızda kadına gereken değeri saygıyı önerir.analar baş tacıdır cennet onların ayağı altında lafı boş söz değildir..yazınızda bahsedilen…

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1