Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək - susa senazadsan

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.

AZERBAYJANNEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  “Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır”

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir