Sosial rifahın təminatçısı


Okuma Süresi: 14 Dakika

Sosial rifahın təminatçısı

Prezidentin son 4 ildə reallaşdırdığı möhtəşəm sosial layihələr Azərbaycanın inkişafına böyük töhfə verib

Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi praktik işdə real təsdiqini tapır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

2018-ci il aprelin 11-də ölkədə keçirilən prezident seçkilərində xalqın böyük etimad göstərərək özünə lider seçdiyi İlham Əliyev fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanıb. Ölkə Prezidenti bütün dövrlərdə olduğu kimi, son 4 ildə də əhalinin sosial müdafiəsinin təşkilini və daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlayıb. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilir. Çox önəmli faktdır ki, hər il Prezidentin imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür.

Şəhid ailələrinə, müharibə əlillərinə və digər həssas qruplara böyük qayğının davamı

Dörd il əvvəl ölkəmizdə keçirilən seçkilərdə İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaratdı.

Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik dönəmdə ciddi irəliləyişlərə imkan verdi.

Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra imzaladığı ilk – 19 aprel 2018-ci il tarixli fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübuta yetirir.

Həmin fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan digər fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi – 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının – 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.

Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq.

Eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Mənzil, fərdi ev və avtomobillə təminat

Şanlı tarixi Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunur. Bu proqram üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı cənab Prezidentin sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub ki, bu da 2018-ci ilə nisbətən 5 dəfə çoxdur.

Ümumən nazirlik tərəfindən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan olanların (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da ardıcıl şəkildə mənzillə təminatı həyata keçirilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və fondun mühüm sosial layihələrindən biri kimi Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Bununla yanaşı, müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də bu kateqoriyalardan olan şəxslərin mənzillə təminatı davam etdirilir.

Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı da uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə isə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb

İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında da öz təsdiqini tapır. 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə yüksəldiyi ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib.

2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə növbəti artımlar (indeksasiya, təqaüd artımları) edilib. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olunub. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik əlavə olaraq 2,1 milyard manat ayrıldı.

Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb. Minimum pensiyada 2,2 dəfə, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verib.

Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.

Əmək, məşğulluq, əməkhaqqı fondunda yüksəliş

Prezidentin tapşırıqlarına uyğun olaraq məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın da davam etdirilməsinə imkan yaradıb.

2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə alınıb. İllik əməkhaqqı fondunda həmin dövrdə 2 dəfədən çox, 2022-ci ilin ilk rübündə isə 11,1 faiz artım olub.

Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aktiv məşğulluq proqramları da ildən-ilə genişləndirilir. Prezidentin sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. 2021-ci ildə 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və bu ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Özünüməşğulluq proqramının fəaliyyət sahələrinin sayı yeniləri əlavə edilməklə 44-ə çatdırılıb.

Dövlət başçısının təşəbbüsü və göstərişi ilə icra olunan ödənişli ictimai işlər proqramı da işsiz və işaxtaranların əmək bazarına çıxışına önəmli dəstəkdir. Proqram üzrə 56 min şəxs işlə təmin edilib.

DOST konsepsiyası Azərbaycanın mühüm sosial uğurudur

İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir.

DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılış mərasimində dövlət başçısı vurğulayıb ki, həyata keçirdiyi siyasət demək olar bu mərkəzlərdə öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır.

Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

Müasirləşən sosial infrastruktur

İlham Əliyevin uğurlu sosial siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb.

Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq. Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verir. Son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daim təkmilləşdirmələr aparılıb və davam edir.

Əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması ölkə Prezidentinin diqqət mərkəzində olmaqla aparılan sosial siyasətin hədəfləri sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə əlilliyi olan şəxslərin aktiv həyat tərzinə, bütün sahələrdə cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları, yaradıcılıq potensiallarını dolğun şəkildə reallaşdıra və cəmiyyətə təqdim edə bilmələri üçün genişmiqyaslı işlər aparılır.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci il tarixdə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılması bu istiqamətdə mühüm addımlardan biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən belə bir ilkin – ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanının Azərbaycanda açılması əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına dəstək verilməsi istiqamətində dövlət tərəfindən fəal və məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir. 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim etmək, onların istedad və inteqrasiyasına dəstək göstərmək sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir.

Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixində andiçmə mərasimində söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri davamlı sosial islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərdə öz əməli təsdiqini tapıb.

Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Sosial-iqtisadi sahədə ardıcıl şəkildə islahatlar aparan dövlətlər sırasında adıçəkilən Azərbaycanın iqtisadi uğurları sosial sahədə inqilabi islahatların gerçəkləşməsini şərtləndirib. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürüdür desək, yanılmarıq.

Rəşad BAXŞƏLİYEV, / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. ABD Kongresinin Temsilciler Meclisi salon kapılarının üzerinde 23 mermer kabartma portre yer almaktadır. Bu portreler, Amerikan yasalarının temelini oluşturan ilkeleri gerçekleştiren…

  2. Paradigma değişikliği.inönü abd başkanına deklere ettiği mektubu gibi..” yeni bir dünya kurulur.Türkiye yerini alır.”

Son Yazılar

  • FEYM GRUBU BÜLTENİ – Ermeni Faaliyetleri (10 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Rus Sınır Muhafızları Güney Ermenistan’da Yol Kontrol Noktaları kurdu… Artan uyuşturucu kaçakçılığı ve diğer yasadışı […]
  • Pelosi’nin Tayvan Ziyareti, Xi Jinping Döneminin Sonu mu?
    Pelosi’nin Tayvan ziyareti, zamansız, kışkırtıcı, yaşlı kadının kompleksi gibi ifadelerle hafife alınmamalıdır. Kongrede muhtemelen son dönemini yaşayan Pelosi’nin daha önce de benzer eylemleri olmuştur. Fakat Tayvan ziyaretinin, “kimseyi takmayan kadın” etkinliğinin ötesinde anlamı bulunmaktadır. Kuvvetler ayrılığının başarıyla uygulandığı ABD’de kongre üyesinin faaliyeti başkanı bağlamaz. Ancak özellikle dış politikada işbirliği yolları aranır. Beyaz Saray, bu ziyaretin riskini görerek önce karşı çıktı. Sonra da Pelosi’nin böyle bir ziyaret hakkının olduğu söylendi. Önemli husus, diğer Kongre üyeleriyle gerçekleşen ziyarete katılanları taşıyan uçak Çin’in gafletinden dolayı Tayvan’a inmemiştir. Pekin yönetimi tehdit-gösteri kapasitesini sonuna kadar kullandı, tüketti, ancak karşısında donanma takviyeli uçak gemileri vardı. Yani bu ziyaret aslında Beyaz Saray ne derse desin bütünüyle bir devlet projesiydi.
  • ESKİ ASKERLER (7)-HÜSEYİN MÜMTAZ
    Okuma Süresi: 3 Dakika ESKİ ASKERLER (7) HÜSEYİN MÜMTAZ                 “Kitap Yazan Eski Askerler”den Kazım Özalp’in tarihimize kazandırdığı eser “MİLLİ […]
  • FEYM Grubu Bülteni (09 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Jeopolitik oyunlar… Analistler, son Rus-Türk görüşmesini Ermenistan-Azerbaycan ve Ermenistan-Rusya temaslarıyla karşılaştırıyor. Ermenistan ve Karabağ’ da […]
  • KALIN İFADE
    Okuma Süresi: 4 Dakika Kanımca bir çok Türk vatandaşı ilk okulda ve lise de tarih dersindeki Osmanlı Devletinin yükselme devrini […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.