Komitənin gizli “23 Aprel” qurultayı nə məqsəd daşıyır?


Okuma Süresi: 10 Dakika

Komitənin gizli “23 Aprel” qurultayı nə məqsəd daşıyır?

Bugünlərdə əldə etdiyimiz məlumata görə, Diasporla İş Üzrə Dövlət Komitəsi 23 aprel 2022 ci il tarixində qurultay keçirməyi planlaşdırır. Amma nə hikmətdirsə, bunu gizli saxlayır. Yəni qurultayın adı “Dünya Azərbaycanlılarının Qurultayı” adını daşısa da, bu qurultay haqqında sadəcə xaricdə yaşayan müəyyən insanların xəbəri var. Bu qurultay xəbərinin eşidilməməsi üçün isə əllərindən gələni edirlər.
Əvvəlcə bizdə qurultayın 22 apreldə Şuşa Festivalı adı altında keçirləcəyi haqqında məlumat var idi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Fuad Muradov ilin əvvəllindən “bu il heç bir layihənin komitənin maliyələşdirməyəcəyi” ni söyləyib. Səbəb isə həmin sözü gedən qurultaya həddindən ziyadə çox maliyyə sərf olunduğu göstərilib.

İlboyu xarici ölkələrdə ermənilərin aktiv fəaliyyətinə cavab olaraq, yaydıqları yalanları ifşa edəcək gücə malik layihələri maliyyələşdirməyərək, sadəcə bu qurultaya maliyyə ayırmaq nə qədər məntiqə sığır anlamaq çətindir. Deyəsən rus demiş “krupnu” yəni böyük maliyyə silinməsi nəzərdə tutulur.

Məlumatı dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Asiya ölkələri şöbəsinin böyük məsləhətçisi, eyni zamanda Türkiyə üzrə kurator kimi tanınan Kənan Məmmədovla əlaqə saxladım. Kənan Məmmədov 22 aprel tarixində diasporanın heç bir festival keçirməyəcəyini söylədi. Məlumatın yalan olduğunu bildirdi. Daha sonra “xaricdə yaşayan azərbaycanlıların dəvəti ilə apreldə hər hansısa bir tədbirin keçirilməsi nəzərdə tutulmur?”sualına isə “23 apreldə tədbir var“deyə cavab verdi.

Kənan Məmmədovun sözlərinə görə isə gizli keçirəcəkləri qurultaya xaricdən dəvət olunan bir sıra azərbaycanlılar var. Daha sonra mətbuatı məlumatlandırmaq üçün, yayılan yanlış məlumatı düzəltmək məqsədi ilə nəzərdə tutulan tədbir haqqında geniş məlumat istədim. Kənan Məmmədov isə bunun mənim səlahiyyətlərimə daxil olmadığını və insanları doğru bilgi ilə məlumatlandırmaq kimi bir niyyətlərinin olmadığını söylədi.

Daha sonra məlumat gözləyirəm desəm də, tədbirlə bağlı heç bir məlumat verilmədi. Əldə etdiyimiz məlumata görə, bu qurultay xarici ölkələrdə yaşayan bir sıra soydaşlarımız tərəfindən birmənalı qarşılanmayıb, hətta soydaşlarımız arasında düşmənçilik və ayrı-seçkilik yaranmasına səbəb olur. Sadəcə Rusiya Federasiyasından 60 nəfər həmyerlilərimiz, Türkiyədən sadəcə 10 nəfər tədbirə dəvət olunmaqla, ümumilikdə 300 nəfərlik bır qurultay keçirilməsi planlanır. 23 aprel tarixində Şuşada keçiriləcək qurultaya dəvət olunan soydaşlarımız aprel ayının 19, 20 və 21 dən etibarən Azərbaycanda artıq otellərə yerləşdiriləcək. Nəzərə alın bu qədər insanın 3-4 gün öncədən otel və yol xərclərinin tutduğu maddi vəsaitə xaricdə onlarla konfranslar keçirmək mümkün olardı.

Hazırda xaricdə bu tədbirlə bağlı məlumat alan hər kəs diasporaya şikayətlə müraciət edərək, nə üçün dəvət olunan insanlar arasında adlarının olmadığını söyləyir. Diaspora o kimi şikayətləri ört-bas edir.

Bu zaman, “hansı göstəricilərinə görə, xaricdə yaşayan soydaşlarımız Şuşada keçiriləcək qurultaya dəvət alıb?”sualı yaranır.

Xaricdə yaşayan soydaşlarımız iki qrupa bölünür: Vətən üçün çalışanlar və diaspora üçün çalışanlar. Baxın dəvət alan insanlar, bir iki nəfər istisna olmaqla məhz diaspora üçün çalışanlardır…

Cənab Prezident!
İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə Sizin çağırışlardan sonra xaricdə yaşayan azərbaycanlılar arasında müəyyən həmrəylik formalaşmağa başlamışdı. Hazırda keçiriləcəyi nəzərdə tutulan qurultay yenə də xaricdə yaşayan Azərbaycanlılar arasında təbəqələşmə və kin-küdurət yaradır. Belə ki, qurultaya dəvət olunmayanlar və qurultaya dəvət olunanlar arasında yaranan nifaq birmənalı olaraq, ermənilərin Azərbaycan diasporasını parçalamaq niyyətlərinə xidmət edir.



Belə olan halda sual olunur: Diaspora komitəsi nəyə xidmət edir?
Digər tərəfdən Azərbaycanda keçiriləcəyi nəzərdə tutulan qurultaya dəvət olunan soydaşlarımızın Azərbaycan üçün nə kimi xidmətlərinin olduğu məsələsi də araşdırılsa, bir sıra məqamların da üstü açıla bilər.

Diaspora Komitəsinin belə “fəaliyyəti” sadəcə Rusiya və Türkiyə üçün keçərli deyil, hətta Qarabağ müharibəsində Böyük Zəfərimizdən sonra Azərbaycana qarşı qərəzli mövqe tutan Niderland Krallığında, İsveçdə yaşayan soydaşlarımızın da başına gətirilib. Komitə fəaliyyət göstərməyən, amma komitəyə sərf edən bir neçə şəxsi özünə xarici ölkədə koordinator təyin edərək, həmin ölkədə həqiqi fəaliyyət göstərən şəxslərin işlərinə, səylərinə kölgə salaraq, xaricdəki soydaşlarımız arasına nifaq salmaqla məşğuldur.

Ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin jurnalistlərə məmurların doğru və dürüst çalışmaları üçün nəzarət etməyə Prezidentə kömək etmək kimi çağırışına cavab olaraq, bu gün Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Komitəsinin “Vətənə və dövlətə” deyil, birmənalı olaraq “Cibə və şəxsi mənafeyə” xidmət mexanizmlərini ifşa etmək məqsədi daşıyır.

Nə üçün Azərbaycanın güclü diasporası yoxdur?
Çünki Azərbaycan diasporasının rəhbərliyi erməni diasporasını hədəf alaraq, çalışma prinsipi ilə yox, sadəcə öz şəxsi mənfəətləri üçün çalışır və xaricdə yaşayan soydaşlarımızın heç birinin hansı çətinliklərlə üzləşməsindən xəbərləri yoxdur. Xaricdə xarici dövlətə məxsus yerli idarəetmə orqanlarının dəstəyi ilə görülən işlərin və “şapka” qarşılığında sözün əsil mənasında satılan layihələrin hesabına bu gün komitə fəaliyyətsizliyini saxta bir şəkildə ört- bas edə bilir.

Diaspora xaricdə iki şəkildə tədbir keçirib maliyyə silməklə məşğuldur. Bu ya müəyyənləşdirilmiş şəhərlərdə Azərbaycan bayrağı ilə keçirilən yürüyüşlərdir, ya da gərəksiz konsert proqramlarıdır ki, bu kimi tədbirlərin hər birində xərclənən maliyyə, qatılan insanların sayı diasporanın istəyinə görə artırıla bilinir və statistik məlumatlar üzərində oynanıldığı kimi, həmin tədbirlərə ayrılan maliyyə rəqəmləri üzərində də oynanılır. Bu heç kəsə sirr deyil.

Bu gün minlərlə şəhidi olan bir azərbaycanlı olaraq, illərdir davam edən işğala son qoyan bir qalib dövlətin nümayəndəsi olaraq, belə bir diasporanın qalib Azərbaycana yaraşmayacaq şəkildə dövlətimin başını aşağı edəcək fəaliyyətsizliyini, dələduzluğunu yazmasam mən də onlardan biri olardım…

Hər kəs bilməlidir ki, əlində silah əsgərlərimiz Qarabağı ermənilərdən necə təmizlədisə, biz jurnalistlər də dövlətə xəyanət edən, xisləti ermənidən betər olan məmurlardan dövlətimizi təmizləməliyik. Bu qalib dövlətin jurnalistlərinin devizi olmalıdır. Yetər ki, Cənab Prezident İlham Əliyev bizi duysun və səsimizə səs versin! Çünki bizim başlıca məqsədimiz dövlətimizi “virus məmurlardan” təmizləməkdə ona yardım etməkdən ibarətdir!

Bu gün biz qalib dövlətik, amma xaricdə erməni diaporası ilə, onların Azərbayacana qarşı etdikləri əməllərlə qarşılaşırıq. O zaman bizim yerə göyə sığdırmadığımız diaspora komitəsinin sadəcə bayraq yelləməsini görəndə, “donuzdan bir tük də qənimətdir” prinsipi ilə çalışıb, həmyerlilərimizə layihələri “şapka” yəni müəyyən komisiyon qarşılığında satışını həyata keçirib, sonra da görülən işləri diasporanın fəaliyyəti kimi təqdim edən sözün əsil mənasında həyasız bir sistemi, əsaslı və köklü islahatlar apararaq, dövləti dirçəltməyə çalışan Cənab Prezident İlham Əliyevin bütün fəaliyyətinə zərbə vurmaqla məşqul olan bir sistemdir.

Komitənin “aparatdakı” himayədarları…
Dəfələrlə əlimizdəki faktları, mövcud vəziyyəti yazıb başda Siz olmaqla, xalqımı belə bir erməni xislətli diaspora fəaliyyət sistemindən xilas etməyə cəhd etsək də, bunun qarşısı alınıb. Etibarlı mənbələrdən verilən məlumata görə, Prezident apartında diasporanın fəaliyyətsizliyini ört bastır edən, bir sıra media kapitanlarına təlimat verərək, “diasporanın uğurlu fəaliyyətli” başlığı altında sifariş yazılar yazdıraraq, həmin sistemin fəaliyyətziliyinə bir şəkildə saxta don geyindirməyə çalışılır.

Diasporanın başlıca işi xaricdə fəaliyyət göstərən bütün ictimai bilrikləri, dərnəkləri, federasiyaları bir biri ilə düşmənçilik mövqeyində olması mexanizmini qoruyub saxlamaqdır. Bu tendensiya Rusiyada da, Türkiyədə də, eynilə davam etdirilir.

Təsəvvür edin ki, birlikdə hərəkət edən ictimai birliklər heç bir halda “şapka” ilə diaspora komitəsindən layihə satın almaz və alsa da bunun diasporanın adına çıxmasına razı olmaz. Bu nöqteyi nəzərdən yanaşanda, diasporanın “nifaq salma” siyasətinin əsil üzü açılır.
Cənab Prezident, Sizi əmin edirəm ki, bu hər şeyi olduğu kimi yazaraq, ifşa etdiyim həmən bu yazının yayınından sonra Azərbaycan mediasında diasporanın bu kimi saxta fəaliyyətinə don geyindirəcək bir neçə məqalələr, millət vəkilləri arasında sorğular yayınlanacaq… Əmin olun ki, onların bu şəkildə fəaliyyətə baş vurmaları, mənim bu söylədiklərimin təsdiqi olacaqdır.

Cənab Prezident, erməni xislətli məmuru kənarda deyil, birmənalı olaraq, Prezident Aparatında diaspora komitəsinin bütün dələduzluqlarını ört -bas edən bir “banda” fəaliyyət göstərdiyini diqqətə almaq lazımdır. Ona görə də, hər kəsə “bu aparatdan dəstəklənir” dediklərində sadə insanlar bunun arxasında Sizin imzanızın olduğunu düşünür.

Nəzərə alın ki, diasporanın fəaliyyətsiliyinin ən xırda detalları, Şuşada keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının Qurultayından sonra üzə çıxacaq…

Diasporanın “aparatda” arxalandıqları himayədarları kimlərdir? Baxın bu şəxslərin adlarını bir daha, dəqiqləşdirdikdən sonra faktlarla diqqətinizə çatdıracağıq.

Cənab Prezident, mən əminəm ki, dövlətə ziyan vuran, xalq arasında nifaq salma prinsipi ilə çalışan bir sıra “məmurların” şəxsi əlaqələrindən istfadə edərək, bu kimi məqamların ört-bas edilməsinə izn verməyəcəksiniz!

Cənab Prezident, apardığınız bütün köklü islahatları sıfıra endirmək prinsipi daşıyan bu erməni xislətli məmurlardan arınmaq adına müzəffər jurnalist kimi hər daim dövlətimizin keşiyindəyik…



P.S

Xahiş olunur, Diapora Komitəsi ilə bağlı əllərində faktlar xaricdə yaşayan soydaşlarımız birbaşa redaksiya heyyəti ilə əlaqə saxlasın.
Ülkər Fərmanqızı \voicepress.az\ /TURKİSHFORUM – ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. ABD Kongresinin Temsilciler Meclisi salon kapılarının üzerinde 23 mermer kabartma portre yer almaktadır. Bu portreler, Amerikan yasalarının temelini oluşturan ilkeleri gerçekleştiren…

  2. Paradigma değişikliği.inönü abd başkanına deklere ettiği mektubu gibi..” yeni bir dünya kurulur.Türkiye yerini alır.”

Son Yazılar

  • FEYM GRUBU BÜLTENİ – Ermeni Faaliyetleri (10 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Rus Sınır Muhafızları Güney Ermenistan’da Yol Kontrol Noktaları kurdu… Artan uyuşturucu kaçakçılığı ve diğer yasadışı […]
  • Pelosi’nin Tayvan Ziyareti, Xi Jinping Döneminin Sonu mu?
    Pelosi’nin Tayvan ziyareti, zamansız, kışkırtıcı, yaşlı kadının kompleksi gibi ifadelerle hafife alınmamalıdır. Kongrede muhtemelen son dönemini yaşayan Pelosi’nin daha önce de benzer eylemleri olmuştur. Fakat Tayvan ziyaretinin, “kimseyi takmayan kadın” etkinliğinin ötesinde anlamı bulunmaktadır. Kuvvetler ayrılığının başarıyla uygulandığı ABD’de kongre üyesinin faaliyeti başkanı bağlamaz. Ancak özellikle dış politikada işbirliği yolları aranır. Beyaz Saray, bu ziyaretin riskini görerek önce karşı çıktı. Sonra da Pelosi’nin böyle bir ziyaret hakkının olduğu söylendi. Önemli husus, diğer Kongre üyeleriyle gerçekleşen ziyarete katılanları taşıyan uçak Çin’in gafletinden dolayı Tayvan’a inmemiştir. Pekin yönetimi tehdit-gösteri kapasitesini sonuna kadar kullandı, tüketti, ancak karşısında donanma takviyeli uçak gemileri vardı. Yani bu ziyaret aslında Beyaz Saray ne derse desin bütünüyle bir devlet projesiydi.
  • ESKİ ASKERLER (7)-HÜSEYİN MÜMTAZ
    Okuma Süresi: 3 Dakika ESKİ ASKERLER (7) HÜSEYİN MÜMTAZ                 “Kitap Yazan Eski Askerler”den Kazım Özalp’in tarihimize kazandırdığı eser “MİLLİ […]
  • FEYM Grubu Bülteni (09 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Jeopolitik oyunlar… Analistler, son Rus-Türk görüşmesini Ermenistan-Azerbaycan ve Ermenistan-Rusya temaslarıyla karşılaştırıyor. Ermenistan ve Karabağ’ da […]
  • KALIN İFADE
    Okuma Süresi: 4 Dakika Kanımca bir çok Türk vatandaşı ilk okulda ve lise de tarih dersindeki Osmanlı Devletinin yükselme devrini […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.