Bakıda keçirilən beynəlxalq konfransda humanitar minatəmizləmə fəaliyyətindən bəhs olunub


Okuma Süresi: 11 Dakika

Bakıda keçirilən beynəlxalq konfransda humanitar minatəmizləmə fəaliyyətindən bəhs olunub -AZERBAYJANNEWS.AZ / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə aprelin 1-də Bakıda “Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operator, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirib.

Konfransın açılış mərasimində çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, tədbir ilk olaraq mina probleminin, onun törətdiyi nəticələrin və fəsadların qlobal miqyasda işıqlandırılması və gündəmə gətirilməsi baxımından növbəti fürsətdir. Sirr deyil ki, bu gün də minalar və müharibələrin qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, beynəlxalq miqyasda mövcud olan bu cür problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir.

“Bu konfrans bizim üçün həm də əməkdaşlıq, bölüşmə, öyrənmə və inkişaf baxımından önəmli platforma rolu oynayır. Azərbaycan Hökumətinin təşəbbüsü ilə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu konfransa dünyanın 34 ölkəsindən 150-yə yaxın nümayəndə qatılıb. Konfransa dünyanın müxtəlif yerlərindən videoformatda qoşulan iştirakçılar da var. Düşünürük ki, bu platforma mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan ən mühüm məsələlərin işıqlandırılması, onların həlli istiqamətində səmərəli müzakirələrin təşkili üçün olduqca münbit bir mühit olacaqdır.

Konfransın mövzusu, yəni, “Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusu Azərbaycan üçün də ən aktual məsələlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq, ölkəmizdə minatəmizləmə fəaliyyətinin həm mahiyyətcə, həm də məzmunca yeni mərhələsinə keçid istiqamətində önəmli addımlar atılır”, – deyə V.Süleymanov qeyd edib.

ANAMA-nın İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, minaları yerləşdirmək asan, onları təmizləmək isə bir o qədər çətindir. Lakin Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Bu məram Azərbaycanda minatəmizləmə fəaliyyətinə xüsusi bir anlam qatmış olur və bu işə əlavə stimul verir. 2020-ci il noyabrın 10-dan bu günədək 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 10 mini tank əleyhinə mina, 19 mini piyada əleyhinə mina, 26 mini isə partlamamış hərbi sursatlar olub. Azərbaycanda minatəmizləmə fəaliyyətinin məhz bərpa və quruculuq işləri ilə paralel, əlaqələndirilmiş aparılması özlüyündə bu fəaliyyətin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlılığının əyani göstəricisidir. Azərbaycanın təcrübəsi, həmçinin mina probleminin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində nə dərəcədə ciddi maneələr yaratdığının bariz nümunəsidir. Bu gün ANAMA-nın gündəlik fəaliyyəti “Dayanıqlı şəhərlər və icmalar”, “Torpaq ekosisteminin mühafizəsi”, “Sənaye, innovasiya və infrastuktur”, “Layiqli əmək və iqtisadi artım” kimi Dayanıqlı İnkişaf Məqsədləri ilə bilavasitə bağlıdır.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir. Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək.

“Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi ərazilərin minalardan təmizlənməsindən asılıdır. İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox şəxs minaya düşərək həlak olub. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, bunun dəqiqliyi 25 faiz təşkil edir”, – deyə H.Hacıyev vurğulayıb.

Tədbirdə BMT-nin İnkişaf Proqramının köməkçi administratoru xanım Uşa Rao-Monarinin videomüraciəti təqdim olunub.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışında bildirib ki, Aİ ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib. Bunun 1,5 milyonu humanitar məqsəd – minalardan təmizlənmə üçün nəzərdə tutulub. Bundan əlavə, UNICEF vasitəsilə 500 min avro məbləğində vəsait ayrılıb.

O deyib ki, Aİ minalardan təmizlənmə sahəsində ANAMA-nı dəstəkləyir, BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir, öz təcrübələrini bölüşür. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ekoproqram çərçivəsində əməkdaşlıq mövcuddur.

“Minalar dəhşətli silahdır və hərbçi ilə mülki əhali arasında fərq qoymur. Bunun üçün də mina qurbanlarının 80 faizi uşaqlardır. Minalardan təmizlənmə insanlar üçün lazımdır, əhalinin gələcəyi üçün bu problemlər həll olunmalıdır”, – deyə Peter Mixalko qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib ki, insanlar 30 il əvvəl tərk etdiyi torpaqlarına qayıtmaq istəyir, bunun üçün isə bu ərazilər minalardan təmizlənməlidir. ANAMA-ya daha çox yardım göstərilməlidir. Böyük Britaniya bu problemin həllinə, insanların ağrılarının azalmasına, sülhə öz töhfəsini verir.

“Mən azad olunmuş ərazilərdə olmuşam, bu torpaqlarda yenidənqurma işlərini görmüşəm. Yollar, hava limanı, dəmiryolu tikilir. Mən bunlara şahid olmuşam. Bu, böyük nailiyyətlərdir və bu münasibətlə sizi təbrik edirəm”, – deyə səfir bildirib.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin mina problemi ciddi beynəlxalq məsələ olduğunu vurğulayıb. Deyib ki, bu problem insan həyatı üçün davamlı təhlükə mənbəyidir. Qeyd edib ki, minalar kimyəvi və bioloji silahlar qədər təhlükəli hesab olunmalıdır. BMT bu sahədə səylərini artırmalıdır. O, mina problemi ilə bağlı fikir və təcrübə mübadiləsinin aparıldığı bu konfransın Azərbaycanda və digər ölkələrdə minatəmizləmə prosesinin fəallaşdırılmasına əlavə təkan verəcəyinə ümidvar olduğunu deyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva diqqətə çatdırıb ki, BMT–nin hesabatına görə, son bir ildə 7 minə yaxın insan mina partlayışlarından həlak olub və ya yaralanıb. Azərbaycanda isə son 1 il yarımda 100-dən çox belə hal qeydə alınıb.

“Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan təmizlənməyibsə, insan özünü evindəki kimi hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik.

Biz BMT olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik ki, hər bir qadın, uşaq, kişi öz evində təhlükəsiz yaşasın”,- deyə Vladanka Andreeva əlavə edib.

“Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kün ən dəhşətli minaları Azərbaycanda gördüyünü deyib. Bildirib ki, minalar nəinki Azərbaycandan, hər yerdən təmizlənməlidir. BMT-nin digər Dayanıqlı İnkişaf Məqsədi minalardan təmizlənmə olmalıdır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı sabiq rəhbəri Ercan Murat nəzərə çatdırıb ki, ANAMA təkcə Azərbaycanda deyil, Əfqanıstanda, Türkiyədə minaların təmizlənməsinə öz dəstəyini verib. BMT bunu yüksək qiymətləndirir. Konfransın nəticələri və tövsiyələri beynəlxalq inkişaf və humanitar minatəmizləmə ictimaiyyətinə təqdim olunacaq ki, bu da gələcək əməkdaşlığa zəmin yaradacaq.

Konfrans çərçivəsində “Ümumdünya Minatəmizləmə Fəaliyyəti–inteqrasiya yanaşması”, “Azərbaycanda Minatəmizləmə Fəaliyyəti, imkanlar və çağırışlar”, “Minatəmizləmə fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri, Qadın – Minaaxtaran”, “Zərərçəkənlərə yardım (minatəmizləmədə insan faktoru)”, “Vətəndaş cəmiyyəti və Humanitar Minatəmizləmə Fəaliyyəti” mövzularında panel iclasları keçirilib.

Tədbir çərçivəsində ANAMA ilə Türkiyənin İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı (İHH) və Türk QHT İnsani Mayın Faaliyeti Derneği (İMFAD), Rusiyanın “ENERQOTRANSPROYEKT” Elmi-tədqiqat və layihə-axtarış energetika və nəqliyyat institutu” MMC, Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı arasında anlaşma memorandumları imzalanıb.

Sonda keçirilən panel müzakirələrin nəticələrinə dair təqdimat olub.

Qeyd edək ki, tədbir uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf üçün humanitar minatəmizləmə fəaliyyətinin potensialı ilə 2030-cu ildə davamlı inkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa çalışan 16-cı Dayanıqlı İnkişaf Məqsədini araşdırıb. Bundan əlavə, məcburi köçkünlərin öz doğma yurdlarına “Böyük Qayıdış” adı ilə geri qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir ki, bu zaman Dayanıqlı İnkişaf Məqsədləri vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.

Konfrans Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti infrastrukturunun və potensialının gücləndirilməsi üzrə davamlı səylərə əsaslansa da, onun məqsədi həm də hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalar haqqında məlumatlılığı artırmaq və ölkə, Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma, bərpa işlərini həyata keçirdiyi üçün intensiv minatəmizləmə fəaliyyətlərindən əldə olunmuş ən yaxşı təcrübələri, öyrənilmiş dərsləri təklif etməkdir.

“Humanitar minatəmizləmə fəaliyyəti üzrə mükəmməllik laboratoriyası” kimi mövqe tutmaq məqsədi daşıyan Azərbaycan öz təcrübəsini dünya üzrə humanitar və inkişaf sahəsində fəaliyyət göstərən iş icraçıları ilə bölüşməyə, tərəfdaşlıq əlaqələrini gücləndirməyə və geniş əməkdaşlıq mexanizmləri yaratmağa çalışır.

BMTİP ilk dəfə 1993-cü ildə Kambocada Humanitar minatəmizləmə fəaliyyəti dəstəkləməyə başladığı andan etibarən minatəmizləmə fəaliyyətinin inkişafı barədə müzakirələrə daxil edilməsinin güclü tərəfdarı olub. O vaxtdan etibarən BMT-nin İnkişaf Proqramı 40-dan çox ölkədə minatəmizləmə fəaliyyəti üzrə proqramları dəstəkləyib və hazırda BMT-nin Minalarla Mübarizə Strategiyasına (2019-2023) uyğun olaraq, minatəmizləmə fəaliyyətinə yanaşmaların inkişafı üzrə aparıcı təşkilatı hesab edilir.

BMT-nin İnkişaf Proqramı 1999-cu ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına kömək edib və bu günədək onun işinə, o cümlədən 806 mindən çox mina və partlamamış hərbi sursatın təmizlənməsi, insanların evlərinə təhlükəsiz qayıtmasının təmin olunmasına dəstək göstərir. Bundan əlavə, BMTİP fövqəladə hallara cavab qruplarının təlimi, təchiz edilməsi və yerləşdirilməsi üçün maliyyə vəsaitinin təmin olunmasında da Agentliyə yardım edib.


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. ABD Kongresinin Temsilciler Meclisi salon kapılarının üzerinde 23 mermer kabartma portre yer almaktadır. Bu portreler, Amerikan yasalarının temelini oluşturan ilkeleri gerçekleştiren…

  2. Paradigma değişikliği.inönü abd başkanına deklere ettiği mektubu gibi..” yeni bir dünya kurulur.Türkiye yerini alır.”

Son Yazılar

  • FEYM GRUBU BÜLTENİ – Ermeni Faaliyetleri (10 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Rus Sınır Muhafızları Güney Ermenistan’da Yol Kontrol Noktaları kurdu… Artan uyuşturucu kaçakçılığı ve diğer yasadışı […]
  • Pelosi’nin Tayvan Ziyareti, Xi Jinping Döneminin Sonu mu?
    Pelosi’nin Tayvan ziyareti, zamansız, kışkırtıcı, yaşlı kadının kompleksi gibi ifadelerle hafife alınmamalıdır. Kongrede muhtemelen son dönemini yaşayan Pelosi’nin daha önce de benzer eylemleri olmuştur. Fakat Tayvan ziyaretinin, “kimseyi takmayan kadın” etkinliğinin ötesinde anlamı bulunmaktadır. Kuvvetler ayrılığının başarıyla uygulandığı ABD’de kongre üyesinin faaliyeti başkanı bağlamaz. Ancak özellikle dış politikada işbirliği yolları aranır. Beyaz Saray, bu ziyaretin riskini görerek önce karşı çıktı. Sonra da Pelosi’nin böyle bir ziyaret hakkının olduğu söylendi. Önemli husus, diğer Kongre üyeleriyle gerçekleşen ziyarete katılanları taşıyan uçak Çin’in gafletinden dolayı Tayvan’a inmemiştir. Pekin yönetimi tehdit-gösteri kapasitesini sonuna kadar kullandı, tüketti, ancak karşısında donanma takviyeli uçak gemileri vardı. Yani bu ziyaret aslında Beyaz Saray ne derse desin bütünüyle bir devlet projesiydi.
  • ESKİ ASKERLER (7)-HÜSEYİN MÜMTAZ
    Okuma Süresi: 3 Dakika ESKİ ASKERLER (7) HÜSEYİN MÜMTAZ                 “Kitap Yazan Eski Askerler”den Kazım Özalp’in tarihimize kazandırdığı eser “MİLLİ […]
  • FEYM Grubu Bülteni (09 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Jeopolitik oyunlar… Analistler, son Rus-Türk görüşmesini Ermenistan-Azerbaycan ve Ermenistan-Rusya temaslarıyla karşılaştırıyor. Ermenistan ve Karabağ’ da […]
  • KALIN İFADE
    Okuma Süresi: 4 Dakika Kanımca bir çok Türk vatandaşı ilk okulda ve lise de tarih dersindeki Osmanlı Devletinin yükselme devrini […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.