Latviyada on mindən çox ukraynalı qaçqına işləmək icazəsi verilib

Latviyada on mindən çox ukraynalı qaçqına işləmək icazəsi verilib AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM -ABDULLAH TÜRER YENER Latviyada 10 min 564 ukraynalı qaçqına işləmək hüququ ilə müvəqqəti yaşamaq icazəsi verilib. - ukraine ukrayna savas cocuk bomba yikinti
,

Latviyada on mindən çox ukraynalı qaçqına işləmək icazəsi verilib AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM -ABDULLAH TÜRER YENER
Latviyada 10 min 564 ukraynalı qaçqına işləmək hüququ ilə müvəqqəti yaşamaq icazəsi verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, mülki müdafiə komissiyaları Latviyanın muxtar bölgələrində 6 min 747 nəfəri yerləşdirib. Riqada 1327 nəfər, Yurmalada 651 nəfər, Ventspils və Ventspils bölgəsində isə 509 nəfər qalmağa ehtiyac duyub. Yurmala şəhər duması artıq ukraynalı qaçqınların qəbulu imkanlarının kritik həddə yaxınlaşdığını bildirib.

Qeyd edilir ki, ukraynalı qaçqınların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Biometrik pasportları olan, sosial və ya yerləşdirmə üzrə yardıma ehtiyacı olmayan Ukrayna sakinləri dövlət orqanlarına xəbərdarlıq etmədən Latviyada ildə 90 günə qədər qala bilərlər.

Okumaya devam et  Urmulu milli fəal Behzad Paşazadə ETTELAAT-da dindirilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir