“Dəmir yumruğ”un növbəti təntənəsi

“Dəmir yumruğ”un növbəti təntənəsi-AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerbaycanbayragi

“Dəmir yumruğ”un növbəti təntənəsi-AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətinin siyasi-hüquqi təsdiqi olan 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının müddəalarından biri erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılmasıdır.

Lakin işğalçı ordunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməyib. Buna görə Ermənistan bəyanatın müddəalarını pozur.

Erməni təxribatının qarşısı qətiyyətlə alınıb

Prezident, Ali Baş Komandan İlham Əliyev həmişə bəyan edib ki, “dəmir yumruq” yerindədir və düşmənin istənilən təxribatının qarşısı dərhal alınacaq. “Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!” – deyə İlham Əliyev bildirib.

Vətən müharibəsindən sonra düşmən bir neçə dəfə “dəmir yumruğu”n zərbəsini hiss edib. Hər dəfə “dəmir yumruq”dan sonra ermənilər üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyə məcbur edilib. Xatırladaq ki, ötən ilin noyabr ayında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar törətmişdilər. Həmin vaxt Azərbaycan Ordusunun döyüş postlarına hücum edən erməni hərbi birləşməsinə qarşı təxirəsalınmaz əməliyyat həyata keçirilmişdi. Darmadağın edilərək geri otuzdurulan düşmənin təxribat planı iflasa uğradılmışdı. Erməni hərbçiləri tərk-silah edilərək saxlanılmış, ordumuz tərəfindən xeyli sayda silah və sursat qənimət götürülmüşdü.

Həmin təxribatı törətməklə Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsinin qarşısını almaq istəyirdi. Lakin elə zərbə aldı ki, bir daha delimitasiya və demarkasiya prosesinə qarşı çıxa bilmədi.

Bir neçə gün əvvəl isə baş verənlər bir daha təsdiq etdi ki, “dəmir yumruq” yerindədir. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına əsasən, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstəriblər. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Fərruxda Azərbaycan bayrağı dalğalanır!

Bu günlərdə ordumuzun bölmələri tərəfindən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılıb. Rusiya sülhməramlılarının olduğu Azərbaycan torpaqlarında hələ də qalan qanunsuz silahlı dəstələrin təxribatının qarşısının alınmasından sonra erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilib. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək ab-hava yaratmaqdan, ictimaiyyəti çaşdırmaqdan və yanlış istiqamətə yönəltməkdən ibarət olub.

Təəssüf ki, bundan sonra Rusiya Müdafiə Nazirliyinin açıqlamalarında həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, ordumuzun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz bu ərazidə əməliyyat şəraitinə tam nəzarət edir.

44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan dövləti tərəfindən azad edilmiş ərazilərdə iki iqtisadi rayon yaradılıb: Qarabağ və Şərqi Zəngəzur. Bu gün respublikamızda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur.

Həmçinin Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd də yoxdur. Yalnız Fərrux kəndi var. Hansı ki, onun uğrunda hələ 1990-cı illərin əvvəllərində neçə-neçə oğullarımız şəhid olub. Təəssüf ki, o vaxtlar AXC-Müsavat qaragüruhunun yarıtmaz idarəçiliyi səbəbindən həmin ərazini əldə saxlamaq mümkün olmayıb. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfər bu kənd üzərində də ordumuzun nəzarətinin təmin olunmasına imkan yaradıb. Fərrux kəndində də Azərbaycan bayrağı dalğalanır. Artıq vaxtilə bu kənd uğrunda şəhid olmuş qəhrəman vətən oğullarının ruhu şaddır.

Prezident İlham Əliyev müsahibələrinin birində demişdir: “Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”. Bir neçə gün öncə qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatına qarşı dərhal görülən tədbirlər də təsdiq edir ki, “dəmir yumruq” istənilən an, istənilən təhdidin qarşısını almaq və düşmənin başını əzmək üçün hazır vəziyyətdədir.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Okumaya devam et  Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurur

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir