ABŞ səfiri: Azərbaycan dünya üzrə ərazisi minalarla ən çox çirklənmiş 10 ölkədən biridir

ABŞ səfiri: Azərbaycan dünya üzrə ərazisi minalarla ən çox çirklənmiş 10 ölkədən biridir- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - Azerbaycan tower

ABŞ səfiri: Azərbaycan dünya üzrə ərazisi minalarla ən çox çirklənmiş 10 ölkədən biridir- AZERBAYJAN NEWS.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi işində fəal kömək edir. Birləşmiş Ştatlar Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və insanların minalardan zərər görməməsi üçün minatəmizləmə fəaliyyətlərinə 500 min ABŞ dolları vəsait ayırıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Lənkəranda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute) Azərbaycan hökuməti ilə minaları aşkarlayan itlərin verilməsi barədə razılığa gəlib. Ümumilikdə, Azərbaycana 300 belə itin verilməsi nəzərdə tutulur. Bu vaxta kimi isə 20 it Azərbaycan tərəfinə təqdim edilib. Azərbaycanda minaların təmizlənməsinə böyük ehtiyac var. Azərbaycan dünya üzrə ərazisi minalarla ən çox çirklənmiş 10 ölkədən biridir. Çox şadam ki, ABŞ ilə yanaşı, digər beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu humanitar ehtiyacına öz köməklərini göstərirlər”.

Qeyd edək ki, bu gün ABŞ səfirinin Lənkərana səfəri çərçivəsində Amerika Guşəsi də açılıb. Bununla da Azərbaycanda fəaliyyət göstərən bu cür guşələrin sayı 7-yə çatıb.

Okumaya devam et  Şənbə gününün hava proqnozu AÇIQLANDI: 29 dərəcə isti olacaq

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir