Azərbaycanı birləşdirən bayram


Okuma Süresi: 7 Dakika

Azərbaycanı birləşdirən bayram- AZERBAYJAN NEWS.AZ / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Novruz tonqalı zəfər rəmzinə çevrilir

Xalqımız Novruz bayramını qeyd edir. Heç bir tarixi hadisə ilə bağlı olmayan bu bayram qədim əcdadlarımızın mifik dünyagörüşlərinə əsasən baharın gəlişini, təbiətin canlanmasını, torpağın oyanmasını özündə ehtiva edən el şənliyidir. Novruz bayramı yeni həyat mənasını daşımaqla baharın – yeni ilin gəlişi kimi qeyd olunur.

Xalqımızın milli-mənəvi dəyərlərinin təcəssümü

Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı sadəcə şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanların ürəyində özünə yer etmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində formalaşmışdı. Təbiətlə bağlı olan bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır.

Onu da qeyd edək ki, hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Çünki məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsinin zənginliklərinə yiyələnmiş, milli dəyərlərinə daha hörmət və ehtiramla yanaşmağa başlamışdır. Ulu Öndərin başlatdığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi Novruz bayramı ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə daha kütləvi qeyd olunmağa başlamışdı.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra müxtəlif qadağalar aradan qalxdı və xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə, adına layiq şəkildə qeyd etməyə başladı. Beləcə, tariximizin yaddaşından süzülüb gələn Novruz bayramı bir çox çətinliklərdən ötərək bugünümüzə qovuşdu, özünün layiqli yerini tutdu. Ümummilli Lider Heydər Əliyev Novruz bayramını Azərbaycanın dövlət müstəqilliyinin xalqa verdiyi bəhrələrdən biri kimi səciyyələndirirdi.

Mehriban Əliyevanın qlobal Novruz töhfəsi

Ulu Öndərin əsasını qoyduğu ənənələri davam etdirən Prezident İlham Əliyev xalqımızın milli dəyərlərinin qorunmasına, yaşadılmasına və təbliğinə xüsusi diqqətlə yanaşır. Dövlət başçısı hər il Novruz bayramı münasibətilə xalqa təbrik ünvanlayır. “Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir”, – deyə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqımıza təbrikində bildirib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtda təşkil olunan bayram şənliklərində iştirak edir və öz sevinclərini ictimaiyyətlə paylaşırlar.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq bir neçə ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.

Eyni zamanda BMT tərəfindən 21 Mart Beynəlxalq Novruz Günü elan edilib. Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasında “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin təqdimatı 2010-cu il fevralın 23-də keçirilib və qəbul olunub. BMT-nin Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Azad olunmuş torpaqlarımıza bahar gəlib

Artıq ikinci ildir ki, xalqımız Novruzu tamam başqa əhvali-ruhiyyədə qeyd edir. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. 30 ilə yaxın idi ki, düşmən tapdağında olan torpaqlarımız Novruza həsrət idi. Müzəffər Ordumuz 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki qələbə ilə xalqımızın bu mənəvi iztirabına son qoydu. Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə həm də Novruz bayramını Qarabağa qaytardı. İndi azad olunmuş bütün torpaqlarımızdan – doğma Qarabağımızdan baharın xoş qoxusu gəlir.

Ötən il Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə qaladığı bayram tonqalı böyük rəmzi məna daşıdı. Çünki bu tonqal Azərbaycanın həm döyüş meydanındakı zəfərinin, həm də xalqımızın mənəvi qələbəsinin təcəssümü idi. Bununla İlham Əliyev torpaqlarımızın işğaldan azad edildiyini bir daha dünyaya nümayiş etdirdi. Bu bayram tonqalı ilə İlham Əliyev bir daha Şuşanın Azərbaycan şəhəri olduğunu bəyan etdi.

İndi bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ torpaqlarını işğaldan azad edən Prezident İlham Əliyev indi ona yeni həyat bəxş edir, tarixi şöhrətini özünə qaytarır. Prezident İlham Əliyev xalqımıza təbrikində bu barədə deyir: “Məhz parlaq zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır. Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm”.

Bu bayramda xalqımız öz şəhidlərini ehtiramla anır. Məhz onlar canları bahasına torpaqlarımızı azad etdilər. İgidlərimiz sayəsində bu gün bütün dünya bizi qalib xalq kimi tanıyır.

Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilmiş Novruzu bu il daha böyük sevgi və sevinclə qeyd edir. Çünki artıq azadlığa qovuşmuş torpaqlarımıza əsl bahar gəlib. Çünki illər idi torpaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər indi bu bayramı könül dolusu ilə qarşılayırlar.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. ABD Kongresinin Temsilciler Meclisi salon kapılarının üzerinde 23 mermer kabartma portre yer almaktadır. Bu portreler, Amerikan yasalarının temelini oluşturan ilkeleri gerçekleştiren…

  2. Paradigma değişikliği.inönü abd başkanına deklere ettiği mektubu gibi..” yeni bir dünya kurulur.Türkiye yerini alır.”

Son Yazılar

  • FEYM Grubu Bülteni
    Okuma Süresi: 1 Dakika Ermeni Faaliyetleri (11 Ağustos 2022) 1. ABD Senato Dış İlişkiler Komitesi Başkanı Senatör Bob Menendez Azerbaycan’ın […]
  • “DAYANIŞMA!”-HÜSEYİN MÜMTAZ
    Okuma Süresi: 3 Dakika “DAYANIŞMA” HÜSEYİN MÜMTAZ                 Hem ne “dayanışma”!                 KKTC Cumhurbaşkanı Tatar Konya’da düzenlenen “5’inci İslâmî Dayanışma […]
  • Kabotaj Bayramı
    Okuma Süresi: 1 Dakika Denizcilik Ve Kabotaj Bayramının 96.yılı Milletimize kutlu olsun. Başta Atatürk olmak üzere Kurtuluş Savaşı’nın kahraman TBMM’in […]
  • Türkiye neden Avrupa Birliği’ne kabul edilmedi?
    Okuma Süresi: 1 Dakika Kısaca cevap vermek gerekirse: Erdoğan yüzünden. AB, temel insan haklarına saygı, hukukun üstünlüğü, kilise ve devletin […]
  • İMAM HAKLI MI?
    Okuma Süresi: 2 Dakika DİB’in desteksiz ve destursuz fetvalarına ve vaazlarına itiraz ederken, bir imam:      Dekolte giyinen bayanları işaret ederek; […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.