Site icon Turkish Forum

İsrail və müttəfiqləri İranın raket və dron təhlükəsinə qarşı bölgədə birgə müdafiə sistemi qururlar

“Aznews tv”xəbər verir ki, İsrail mediası bu ölkənin Hərbi Hava Qüvvələrinin qeyri-rəsmi raporuna istinadən xəbər yayıb ki, Tel-Əviv tezliklə Yaxın Şərqlə hərbi koalisiya yaratmaq üçün müqavilə imzalaya bilər. - msg 1181644289 6081

İsrail mediası ölkənin Yaxın Şərqdəki müttəfiqləri ilə İranın raket və insansız uçaq təhlükəsinə qarşı birgə müdafiə sistemi qurmaq üçün əməkdaşlıq etdiyini bildirib.

“Aznews tv”xəbər verir ki, İsrail mediası bu ölkənin Hərbi Hava Qüvvələrinin qeyri-rəsmi raporuna istinadən xəbər yayıb ki, Tel-Əviv tezliklə Yaxın Şərqlə hərbi koalisiya yaratmaq üçün müqavilə imzalaya bilər.

Məlumata görə, hava hücumundan müdafiə koalisiyasının yaradılması üçün birgə əməkdaşlıq fürsəti İsrail ilə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla ərəb ölkələri arasında münasibətlərin normallaşmasına dair razılaşmadan sonra yaranıb.

İsrailin hərbi rəsmilərinin fikrincə, koalisiyanın mühüm üstünlüyü ondan ibarətdir ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn coğrafi baxımdan İranın dəstəklədiyi yaraqlıların fəaliyyəti üçün mühüm mərkəz olan İran və İraqa yaxındır.

Xatırladaq ki, ötən günlərdə İsrailin xarici işlər naziri ölkəsinin bölgənin ərəb ölkələri ilə əlaqələrinin möhkəmlənməsinin İranı vahiməyə saldığını bildirmişdi.

Exit mobile version