Karate üzrə Qran-Pri turnirinin qalibi: Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığım üçün çox sevinirəm

Karate üzrə Qran-Pri turnirinin qalibi: Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığım üçün çox sevinirəm /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - karate azerbaycan

Karate üzrə Qran-Pri turnirinin qalibi: Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığım üçün çox sevinirəm /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Karate üzrə Qran-Pri turnirinin qalibi: Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığım üçün çox sevinirəm /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - karate azerbaycan

Karate üzrə Qran-Pri turnirinin qalibi: Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığım üçün çox sevinirəm

Xorvatiyada keçirilən Qran-Pri turnirinə qızıl medal üçün getmişdim. Qarşılaşmalar çətin olsa da, onların öhdəsindən gəldim. Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığım üçün çox sevinirəm.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində qızıl medal qazanmış Fərid Ağayev deyib.
Turnirdə 75 kiloqram çəki dərəcəsində 18-21 yaşlı gənclərin yarışında mübarizə aparan karateçimiz ilk görüşündə Avropa çempionatının mükafatçısı olan Slovakiya təmsilçisini 3:1, sonrakı görüşlərində xorvatiyalı və italiyalı rəqiblərini tam üstünlüklə məğlub etdiyini, yarımfinalda isə burnundan ciddi zədə almasına baxmayaraq Monteneqro idmançısı ilə qarşılaşmanı da qələbə ilə başa vurduğunu bildirib: “Qalibiyyət üçün güclə yanaşı, iradə də möhkəm olmalıdır. Yarımfinalda zədə səbəbindən burnumun qırılmasına baxmayaraq məğlub olmağı bir an belə düşünmədim. Finalda isə Makedoniya təmsilçisinə 4:2 hesabı ilə qalib gəldim və fəxri kürsünün ən yüksək pilləsində yer aldım”.

Bu qələbədə böyük payı olan məşqçilərinə minnətdarlığını bildirən Fərid Ağayev qarşıda onları gözləyən nüfuzlu yarışlarda uğurla çıxış etməyi qarşıya məqsəd qoyduğunu vurğulayıb: “Qarşıda bizi böyüklər arasında Liqa turniri və Avropa çempionatı gözləyir. Bu nailiyyətimi həmin yarışlarda təkrarlamağı qarşıya məqsəd qoymuşam”.

Okumaya devam et  Vatikanın Papa Şurasının katibi: Azərbaycanın dinlərarası dialoq sahəsindəki zəngin təcrübəsi dünya üçün model ola bilər

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir