Milli fəal Yusif Sələhşur ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb

Bundan öncə Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsində təbrizli milli-mədəni fəal və sənətçi Yusif Sələhşurun məhkəmə iclası keçirilib. - 6fcdb572 273e 48ab b15b f16dad6938c7

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı bölməsində Əli Əhmədinin başçılığı ilə keçirilən məhkəmə toplantısında Təbrizdə yaşayan milli-mədəni fəal Yusif Sələhşur barədə yen qərar çxıarılıb. Milli fəal ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb.

Bundan öncə Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsində təbrizli milli-mədəni fəal və sənətçi Yusif Sələhşurun məhkəmə iclası keçirilib.

Noyabrın 15-də hakim Rza Fruğinin başçılığı ilə keçirilən məhkəmədə milli-mədəni fəal “səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittiham edilib.
İttihama görə milli fəal 22 milyon 200 min tümən cərimə və 37 qamçı cəzası qərarı çıxarılıb.

Yusif Sələhşur 25 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən Təbrizdə saxlanılıb.

O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda Təbriz zindanına köçürülüb və 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qeyd edək ki, mədəni fəal Yusif Sələhşur Azərbaycan milli rəqsləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və basqılarla qarşılaşıb.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Okumaya devam et  BU DA CAVANŞİR FEYZİYEVİN VƏTƏN, DÖVLƏT VƏ PUL PƏRVƏRLİYİ!

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir