İran iki britaniyalı məhbusu pul qarşılığında azadlığa buraxdı

İran-Britaniya vətəndaşı olan Nazənin Zağəri Retklifin və Ənuşe Aşuri İran zindanından buraxılaraq martın 16-ı axşam saatlarında Tehranı tərk ediblər. - ran iki britaniyal m hbusu pul qar l nda azadl a buraxd 0 1647488292

Onlar İran-Britaniya vətəndaşıdırlar.

İran-Britaniya vətəndaşı olan Nazənin Zağəri Retklifin və Ənuşe Aşuri İran zindanından buraxılaraq martın 16-ı axşam saatlarında Tehranı tərk ediblər.

Britaniyanın xarici işlər naziri Liz Truz özünün sosial media hesabında etdiyi paylaşımda faktı təsdiq edib və İranda həbsdə olan başqa britaniyalı məhkum Murad Tahbazında İrandan çıxmasına çalışdıqlarını yazıb.

Sözügedən Britaniya-İran vətəndaşlarının Məhəmmədrza Şah Pəhləvi dövründə İngiltərənin “Çiftayn” tanklarının alınmasına görə İrana olan 520 milyon dollar borcunun ödənilməsi ilə bağlı danışıqların müqabilində sərbəst buraxıldığı bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə Britaniyadan bir qrup rəsmi şəxs onların azadlığa buraxılması ilə bağlı danışıqlar aparmaq üçün Tehrana səfər etmişdilər.

Britaniya hökumətinin iki vətəndaşının azadlığa buraxılması üçün İran hökumətinə ödəniş etməsi iranlı sosial media istifadəçiləri və insan haqları fəallarının fərqli reaksiyaları ilə qarşılaşıb.

Onlar Britaniya hökumətinin əməlini İran mollalarına xərac vermək kimi dəyərləndirib və İran zindanlarında ağır şərayitdə saxlanılan minlərlə siyasi məhbusun müdafiəsiz olduqlarını qeyd ediblər.

Qeyd edək ki, İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölklərin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır.

Okumaya devam et  Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir