Site icon Turkish Forum

İran Ermənistanda Nizamini “böyük fars şairi” kimi təbliğ edir

Ermənistanın paytaxtı İrəvan şəhərində "Aran və Şirvanda Nizami Gəncəvi və farsca danışıq" mövzusunda konfrans keçirilib. - 81cdd7c5 fa76 4655 af52 a9dad2e3f84d

Ermənistanın paytaxtı İrəvan şəhərində “Aran və Şirvanda Nizami Gəncəvi və farsca danışıq” mövzusunda konfrans keçirilib.

“Aznews tv”xəbər verir ki, martın 14-də İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası tərəfindən böyük “İran şairi” Nizami Gəncəvinin anım həftəsi münasibəti ilə konfrans keçirilib.

Qeyd edək ki, İran və Ermənistan adı Azərbaycanla bağlı bir sıra məsələlərdə olduğu kimi, onun şairlərini də öz adlarına çıxarmağa cəhd edirlər. Orta əsrlərdə dövrün tələbi ilə farsca yazan və Gəncə şəhərində dünyaya gələn dahi Azərbaycan şairi Nizami Gəncəvinin məhz farsca yazmasından məharətlə sui-istifadə edən İran rejimi bu planlarının davamını 20-ci əsrdə məşhur təbrizli Məhəmməd Hüseyn Şəhriyarın yenə rejim tərəfindən mənimsənilməsində təkrar edib. Bu məkrli siyasətdə isə işğalçı Ermənistan rejimi həmişəki kimi yenə İran hakimiyyətinin yanında yer alır.

Exit mobile version