Güney Azərbaycanın partiya və təşkilatlarından Ukrayna Prezidentinə və Millətinə dəstək məktubu

Güney Azərbaycanın partiya və təşkilatlarından Ukrayna Prezidentinə və Millətinə dəstək məktubuUkrayna Prezidenti Zati-aliləri Vladimir ZelenskiSizə və cəsur Ukrayna xalqına salamlar və uğurlarTəəssüf ki, dünya demokratiya və insan haqları dövründə avtoritar və diktator bir insanın amansız faciəsinə şahidlik edir. Günlərdir ki, cəsur Ukrayna xalqı Vladimir Putinin başçılıq etdiyi rus ordusunun işğalına məruz qalıb və milyonlarla Ukraynalı öz evindən və vətənindən didərgin düşüb. Təəssüf ki, hər keçən gün faciənin dərinliyi daha da artır və qarşı tərəf öz hərbi gücünə arxalanaraq daha çox cinayət törədir. Hər gün mülki ərazilər, xüsusilə müdafiəsiz uşaq və qadınlar bombalanaraq insan haqları və beynəlxalq hüquq dəyərləri göz ardı edilir və zorakılığa məruz qalır. Ancaq Ukrayna xalqı azadlığı, ədaləti, insan haqlarını və demokratiyanı müdafiə etmək, böyük bədəl bahasına vətənini qorumaq üçün hər gün daha çox mübarizə aparır.Son bir neçə ildə Ukrayna xalqı minlərlə vətəndaşının həyatını qurban verərək bu faciəvi təcrübəni dəfələrlə yaşayıb, lakin dünya bu ədalətsizliyi, zülmü və təcavüzü ancaq seyr edib. Vladimir Putinin Krım yarımadası və Donbasdakı aqressiyasına və işğalına qarşı bu laqeydlik və hərəkətsizliyin nümunələrini gördük.Cəsur Ukrayna Xalqının Prezidenti Zati-aliləri Vladimir ZelenskiBildiyiniz kimi, Azərbaycan torpağı dəfələrlə rus imperializminin işğalına məruz qalıb və rus təcavüzü nəticəsində Azərbaycan quzey və güney hissələrinə parçalanıb, xalqımız əzab-əziyyətlə dolu bir tarix yaşayıb. Quzey Azərbaycan nəhayət Rusiya işğalından qurtulsa və müstəqilliyini geri qazansa da, Güney Azərbaycan hələ də Putinin yaxın müttəfiqi olan və onu dəstəkləyən İran-Fars müstəmləkəçiliyi altındadır. Məhz buna görə də işğal, təcavüz, məcburi köç, müstəmləkəçilik və müəyyən mənada öz müqəddəratını təyin etmək hüququndan məhrum edilmə əzabları bizim, Güney Azərbaycan xalqının və qəhrəman Ukrayna xalqının ortaq dərdidir.Biz hesab edirik ki, Putin rejimi beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın ərazi-milli və siyasi müstəqilliyini pozub, Ukraynada qeyri-qanuni olaraq hərbi güc tətbiq etməklə, habelə mülki hədəfləri hədəfə almaqla insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib.Biz Güney Azərbaycan təşkilatları və partiyaları Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini dəstəkləməklə yanaşı, bütün hökumətləri, təşkilatları və insan haqları qurumlarını Ukrayna xalqına dəstək və yardım etməyə çağırırıq. Biz inanırıq ki, Ukrayna xalqının müqaviməti vətənin müdafiəsi və öz milli müqəddəratını təyin etmək hüququdur və Sizin müdrik rəhbərliyinizlə yaxın gələcəkdə bu işğal müharibəsində Ukrayna xalqının qələbəsini görəcəyik.Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə İranın faşist və diktatura rejiminin dəstəyini də pisləyirik və qınayırıq.Yaşasın UkraynaYaşasın Azərbaycan və Ukrayna xalqlarının dostluğu - 9f077811 98e6 4b8d 9726 45257a17de66

Güney Azərbaycanın partiya və təşkilatlarından Ukrayna Prezidentinə və Millətinə dəstək məktubu
Ukrayna Prezidenti Zati-aliləri Vladimir Zelenski
Sizə və cəsur Ukrayna xalqına salamlar və uğurlar
Təəssüf ki, dünya demokratiya və insan haqları dövründə avtoritar və diktator bir insanın amansız faciəsinə şahidlik edir. Günlərdir ki, cəsur Ukrayna xalqı Vladimir Putinin başçılıq etdiyi rus ordusunun işğalına məruz qalıb və milyonlarla Ukraynalı öz evindən və vətənindən didərgin düşüb. Təəssüf ki, hər keçən gün faciənin dərinliyi daha da artır və qarşı tərəf öz hərbi gücünə arxalanaraq daha çox cinayət törədir. Hər gün mülki ərazilər, xüsusilə müdafiəsiz uşaq və qadınlar bombalanaraq insan haqları və beynəlxalq hüquq dəyərləri göz ardı edilir və zorakılığa məruz qalır. Ancaq Ukrayna xalqı azadlığı, ədaləti, insan haqlarını və demokratiyanı müdafiə etmək, böyük bədəl bahasına vətənini qorumaq üçün hər gün daha çox mübarizə aparır.
Son bir neçə ildə Ukrayna xalqı minlərlə vətəndaşının həyatını qurban verərək bu faciəvi təcrübəni dəfələrlə yaşayıb, lakin dünya bu ədalətsizliyi, zülmü və təcavüzü ancaq seyr edib. Vladimir Putinin Krım yarımadası və Donbasdakı aqressiyasına və işğalına qarşı bu laqeydlik və hərəkətsizliyin nümunələrini gördük.
Cəsur Ukrayna Xalqının Prezidenti Zati-aliləri Vladimir Zelenski
Bildiyiniz kimi, Azərbaycan torpağı dəfələrlə rus imperializminin işğalına məruz qalıb və rus təcavüzü nəticəsində Azərbaycan quzey və güney hissələrinə parçalanıb, xalqımız əzab-əziyyətlə dolu bir tarix yaşayıb. Quzey Azərbaycan nəhayət Rusiya işğalından qurtulsa və müstəqilliyini geri qazansa da, Güney Azərbaycan hələ də Putinin yaxın müttəfiqi olan və onu dəstəkləyən İran-Fars müstəmləkəçiliyi altındadır. Məhz buna görə də işğal, təcavüz, məcburi köç, müstəmləkəçilik və müəyyən mənada öz müqəddəratını təyin etmək hüququndan məhrum edilmə əzabları bizim, Güney Azərbaycan xalqının və qəhrəman Ukrayna xalqının ortaq dərdidir.
Biz hesab edirik ki, Putin rejimi beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın ərazi-milli və siyasi müstəqilliyini pozub, Ukraynada qeyri-qanuni olaraq hərbi güc tətbiq etməklə, habelə mülki hədəfləri hədəfə almaqla insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib.
Biz Güney Azərbaycan təşkilatları və partiyaları Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini dəstəkləməklə yanaşı, bütün hökumətləri, təşkilatları və insan haqları qurumlarını Ukrayna xalqına dəstək və yardım etməyə çağırırıq. Biz inanırıq ki, Ukrayna xalqının müqaviməti vətənin müdafiəsi və öz milli müqəddəratını təyin etmək hüququdur və Sizin müdrik rəhbərliyinizlə yaxın gələcəkdə bu işğal müharibəsində Ukrayna xalqının qələbəsini görəcəyik.
Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə İranın faşist və diktatura rejiminin dəstəyini də pisləyirik və qınayırıq.
Yaşasın Ukrayna
Yaşasın Azərbaycan və Ukrayna xalqlarının dostluğu

Güney Azərbaycan Təşkilatlar İş Birliyi:
1- Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem
  1. Böylesine âdi, tiksindirici bir yazıyı sayfalarınızda görmekten üzüntü duydum..Bu yazılanları kaleme alanın bırakınız ülkemizde bulunmasını, bu Dünya’da bile yeri olmaması…

  2. AYYAS, GAY, DIKTATOR…NUFUSTA ADINI (IBRANICE) KAMAL OLARAK DEGISTIRDI.SELANIK YAHUDISIDIR. “bu prensipleri, gökten indiği sanılan kitapların doğmalarıyla asla bir tutmamalıdır. Biz,…

  3. Türkiye’nin Atatürk propagandasından yeterince almışsınız gibi görünüyor. Atatürk figürü, “Hitler veya Mussolini kazanırsa ve barış zamanlarında devletin tam kontrolünü ele…

  • Türkiye Yolsuzluk Algı Endeksi’nde Küme Düştü

    Türkiye Yolsuzluk Algı Endeksi’nde Küme Düştü

    Yolsuzlukla mücadelede dünyanın önde gelen sivil toplum kuruluşlarından olan ve 100’ün üzerinde ülkede faaliyet gösteren Uluslararası Şeffaflık Örgütü (Transparency International:TI), 1995’ten bu yana her yıl yayımladığı Yolsuzluk Algı Endeksi sonuçlarını  30 Ocak’ta  açıklamıştır.  Örgüt,  yolsuzluğun toplumlar üzerindeki yıkıcı etkisini sonlandırmak için insanları dünya çapında güçlü bir koalisyon içinde bir araya […]


  • “Turizm 12 aya yayılırsa istihdam artar…”

    “Turizm 12 aya yayılırsa istihdam artar…”

    2022 yılını ziyaretçi artışında dünya ortalamasının üzerinde tamamlayan Türkiye, 2023 sezonuna hazırlanıyor. TÜRSAB Başkanı Firuz Bağlıkaya, TÜROB Başkanı Müberra Eresin ve TTYD Başkanı Oya Narin, Kültür ve Turizm Bakanı Mehmet Nuri Ersoy’un “Hedefimiz 60 milyon turist, 56 milyar dolar turizm geliri” dediği 2023 sezonunu Dünya gazetesinden Nurdoğan Arslan Ergün’e değerlendirdi. Sektördeki maliyet artışının […]


  • 2023 yılında iş turizmindeki iyileşmenin devamı bekleniyor…

    2023 yılında iş turizmindeki iyileşmenin devamı bekleniyor…

    Global Business Travel Association (GBTA), iş turizmindeki iyileşmenin devam etmesini bekliyor. Yapılan son çalışma, 2023’te küresel iş turizminde 2022’ye göre bir artış gerçekleşeceğini gösteriyor. GBTA tarafından dünya çapındaki 600 endüstri profesyoneli ile yapılan ankete göre; bu yıl özellikle finans, sigorta, servisler ve danışmanlık sektörlerindeki şirketler iş turizmi için çok heyecanlı. GBTA CEO’su Suzanne Neufang, ‘’İş turizmindeki geri […]


  • Yeni turizm yılı umut veriyor…

    Yeni turizm yılı umut veriyor…

    Geçen sezonu ayakta kalabilecek şekilde geçiren turizm sektörü yeni sezondan umutlu. Yurt dışı rezervasyonları yüz güldürüyor. Almanya’dan ise beklenenin üstünde rekor rezervasyonlara imza atılıyor. Turizmciler “Yeni sezon umut veriyor” görüşündeler. Otelciler ise fiyatlara rekor zam yaptı. Almanya’da pek çok tüketicinin yaz sezonu için erken rezervasyon yapmasıyla Ocak ayı tekrardan ”rezervasyonların en yüksek […]


  • Her şey turizm için…

    Her şey turizm için…

    Pandemi dönemi ülkelerin turizmini de etkiledi. Hong Kong Pandemi sonrasında turistleri geri çekmek için 500 bin ücretsiz uçak bileti verecek. İşte detaylar…    Turist çekmek için uçak bileti verecek Hong Kong hükümeti, turizm endüstrisini canlandırma ve ziyaretçileri şehre geri çekme çabalarının bir parçası olarak 500 bin ücretsiz uçak bileti vermeyi planladığını duyurdu. TRT […]



Posted

in

by