Suriya Oğuz Türklərinin (Türkmənləri) ən Qədim Yurdu Hələb şəhəri


Okuma Süresi: 9 Dakika

Suriya Oğuz Türklərinin (Türkmənləri) ən Qədim Yurdu Hələb şəhəri- Dr.Muhtar Fatih BEYDİLİ / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Türk tarixində əsrlərlə mühüm rollar oynamış Türkmənlər bu gün İraq, Suriya, İordaniya, Livan, Əfqanıstanda gedən münaqişənin əsas hədəflərindən biridir. Proqramda türkmanların dünəni və bu gününə nəzər salınır, onların tarixən məskunlaşdığı ərazilərdən, qurduqları dövlətlərdən, dövrümüzdə hansı ölkələrdə məskunlaşmasından, saylarından söhbət açılır.

Türkmənlərin Yaxın Şərqdə məskunlaşması Altay nəzəriyyəsi, şumerlər, quzların islamı qəbul etməsi… Türkmanların, ümumiyyətlə, türk xalqlarının indiki Yaxın və orta Şərqdə məskunlaşması tarixdə mövcud olan Altay nəzəriyyəsi ilə bağlıdır. Türkmənlərin tarixi ilə araşdırmalar zamanı da təəssüf ki, onların Ortadoğuda məskunlaşmasının XI əsr, hətta XVI əsrə təsadüf etməsinə dair yanlış fikirlərə rast gəlinir. Təbii ki, XI və XVI əsrlərdə həmin bölgələrə həqiqətən türkmanların böyük axını olub.

Amma türkmanların etnos kimi harada yarandığı, hansı bölgələrdə intişar etdiyi təbii ki, fərqli məsələdir. Məsələn, Yaxın və Orta Şərqdə türklərin ən qədim tarixi əslində şumerlərlə başlayır. Şumerlərlə türkmanlar arasında eynilik işarəsi qoymaq fikrimiz yoxdur. Tarixi mənbələrdə biz türkman adına Çin mənbələrində tye-kyuk-men şəklində rast gəlmişik.

Türkiyə və Ərəb mənbələrinin məlumatına görə, türkmənlər Suriya, İraq və İranda 11-ci əsrdən məskunlaşmış türkdilli xalqdır.
Türk, Türkmən, Türkman, Oğuz terminlərinin yaranma­sı­na və tarixi inkişaf yoluna aydınlıq gətirən Əfzələddin Əsgərov yazır ki, Türkman etnonimi tarix səhnəsinə ilk dəfə 8-ci yüzildə çıx­mışdır. Həmin yüzildə birdən-birə Çin qay­naq­ları “Türkman (Te-kü-monq) ölkəsi”ndən bəhs etmişdir.

Türkman­lar Oğuzların İslamı qəbul et­məsindən ən azı 200 il öncə bir etnos olaraq möv­cud idi və bu etnos türksoylu etnik qruplardan olan bir sıra oba və oymaqları öz içə­risinə almışdı. Ancaq 10-cu yüzildən başlayaraq Oğuzların İslamı qə­bul edib Türk­man­lara qatılması bu etnosun taleyində mühüm rol oynadı.
Səlcuqluların hakimiyyəti illərində (1038-1157) Suriya­da Türklərin yerləşimi artır, bölgənin iqtisadi və hərbi qüdrəti yüksəlir.

1063-cü ildən Hələb, Lazikiyə, Trablusşam və Asi İr­mağı vadisi boyunca Hama, Humus və Şam bölgəsinə Türk­manların topluca yerləşməsi başlamışdır. 1069-1070-ci illərdə isə Kurlu və Atsız bəylərin rəhbərliyi altında olan əsgəri birliklər Güney Suriyanı tamamilə ələ geçirmişlər. Malazgirt (1071) Savaşından sonra Aşağı və Yuxarı Fərat boyunca Sal­tuklar, Mengücekler, Danişməndilər, Yınaloğulları, Artuklar kimi Türk bəylikləri qurulmuşdur.

1077-ci ildə Suriya Səlçuqlu məliyi olan Tutuş özünü sultan elan edərək Oğuzların Yıva boyu ilə Bayat, Əfşar, Bəy­dili, Dügər və Üçok tayfalarını Şam və Hələbdə yerləşdirdi. Suriya fatehi kimi tanınan Atsız öldükdə Tutuş daha öncə hakim olduğu Suriya şəhərlərini ələ geçirir (1079), sonra Qüdsü tütaraq Böyük Səlçuqlar dövlətinə bağlı olan Suriya Səlçuqlular dövlətini yaradır.

1127-ci ildə Məlikşahın Hələb valisi Ağ Sunqurun oğlu İmadəddin Zəngin Mosul valisi təyin edildi. Səlibçilərə qarşı savaşdan qalıb çıxan İmadəddin Zəngin Urfanı aldıqda av­ropalılar 1137-ci ildə II səlib yürüşü təşkil edirlər.

Onlar əsas etibarilə şimalda, Suriyanın Türkiyə ilə həmsərhəd Latakiya əyalətinin Türkmən dağları deyilən hissəsində, habelə Hələb, İdlib, Homs, Hama , Rakka, Tartus və Suriyanın Güney-Batısın­da, İsrailin Quzey-Doğusunda yerləşmiş Colan təpələrinin Kuneytra Dəməşq regionlarında kompakt şəkildə yaşayırlar Colan türkmənləri.

SURİYA TÜRKMƏNLƏRI CAN ATA VATAN AZERBAYCAN TÜRKLERİ QARDAŞLIQI ?

Bu gün Suriyada Türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır. Bu şəhərdə artıq yaşayanların sayı sıfıra bərabərdir. Burada hökmən bildiməliyik ki, Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin önəmli simalarından, Hürufiliyin əsas nümayəndələrindən biri olan olan mütəffəkir və şair İmaddədin Nəsiminin (14-cü əsr) məzarı da Hələb şəhərindədir. Bu gün Nəsiminin məzarının hansı vəziyyətdə olmasıyla bağlı dəqiq bilgiyə sahib deyilik.Yaxın Şərqin ən kiçik ölkələrindən olan 5 milyon əhalisi olan Livanda 100 min nəfərə yaxın türkmən yaşayır. Türkmənlər ölkənin paytaxtı Beyrutda və eləcə də Suriya ilə sərhədə yaxın kəndlərdə yaşayırlar.

Göründüyü kimi, kifayət qədər ciddi rəqəm alınır. Yaxın Şərqin yalnız 3 ölkəsində İraqda Suriyada Livanda 8 milyona yaxın türk insanı yaşayır. Bu insanların böyük əksəriyyəti tayfa əlaqələrini, adlarını, adət və ənənələrini yaşadırlar. Onların böyük çoxluğu Azərbaycan və Türkiyəni özünün ikinci vətəni hesab edir. Məhz bu amildən istifadə etməklə Azərbaycan bu ölkələrdəki türkmən əhali arasında ciddi iş apara, sayı 8 milyonu ötən əhalini fəal diaspora çevirə bilər. Çox təəssüf ki, hazırda bu ölkələrdə davam edən terror və daxili müharibə din üzərində bölünməni dərinləşdirib. Eyni xalq olmalarına baxmayaraq, soydaşlarımız bir çox hallarda qarşı-qarşıya gələn tərəflərdə yer alırlar.

Azərbaycanın milli və etnik kimlik üzərindən aparacağı siyasət türkmənlərlə əlaqələrin inkişaf etdirilməsi, onların yaşadıqları ölkələrdə məhz milli kimlik üzərindən təşkilatlanaraq güclü Azərbaycan diasporuna çevrilməsi üçün işlər görülə bilər. Bunun üçünsə Azərbaycanın müvafiq qurumlarının sanballı fəaliyyət proqramı və onu həyata keçirəcək konsepsiyası olmalıdır. Əgər bunu təmin edə bilsək, çox qısa zamanda Azərbaycan həm bu ölkələrdə, həm də bütövlükdə dünyanın bütün nöqtələrinə səpələnmiş türkmənlərin vasitəsilə diaspor şəbəkəsinə sahib ola bilər.Yeri gəlmişkən, məzarı Suriyanın şimalında yerləşən və Osmanlı dövlətinin qurucularının ulu babası hesab olunan Süleyman şah Suriyaya məhz Azərbaycan ərazilərindən köçüb. Bu və digər faktlar Suriya türkmənlərini Azərbaycan əhalisi ilə qohumluğunu sübut edir.

SURİYADAKI TÜRKMANLARIN SAYILƏRI
Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlətinə görə 1906-cı ildə Hələb şə­hərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Mü­səlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hə­ləbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bе­ləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Laz­kiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra böl­gəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın ya­şadığı göstərilir.

Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli, Ulaşlı, Qaraşıxlı, Gü­neçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsa­lı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Bu­dak, Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musa­bəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qa­raqoyunlu, Sincar tayfa və tirələrindəndir .20-ci yüzildən zaman-zaman bölgənin Türkman əhalisi ya köçürülmüş, ya da qırğınlara və təqiblərə uğramışdır, bu­nun sоnucunda da onların sayı azalmışdır.

Suriyada yaşayan Türkmanlar haqqında araşdırıcılar ara­­­sında fikir birliyi yoxdur. Bunun da səbəbi ölkədə yaşayan Türkmanların dövlət tərəfindən dəqiq qeydiyyatının çap olun­mamasıdır. Onlar Müsəlman adı altında tanınırlar ki, bu da xalqın milli kimliyini deyil, dini inancını göstərir. Ölkədə yaşayan Türkmanları adətən iki qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana di­lində danışanları daxil edirlər. Onların sayı 2,5 milyon nə­fər­dir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilmə­yən­lə­ri daxil edirlər. Onların sayı 1,5 milyona yaxındır olduğu göstərilir.

Suriyada Əsəd rejimi ərzində türkmənlərə öz dillərində qəzet-jurnal dərc etmək və yazmaq qadağan edilmişdi. Hökumət onları və başqa etnik qrupları milli azlıqlar kimi tanımırdı, əvəzində vahid ərəb xalqı siyasətini qabardırdı.
Bəşər Əsədin qatı düşməni olan türkmənlər 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan az sonra rejimə qarşı silaha.

QAYNAQLAR

1-Faruk Sümer Oğuzlar (Türkmənlər): Tarixlər – Oğlan Təşkilatı – Dastanlar – Dekabr 2016
2-Əli Şamil (Əli Hüseyn oğlu Şamilov). Cоlan Türk­man­ları (folklor və etnoqrafiya örnəkləri). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 154 səh.
3-Dr.Muxtar Fatih BEYDİLİ..SURİYA TÜRKMƏNLƏRI CAN AZERBAYCANLA BİRLƏŞDİRƏN NƏDİR?http://suriyeturkmenleri.com/7-faaliyetlerimiz&catID=393
3- Dr.Muhtar FATIH Suriya Türkmənləri kimdir… https://modern.az/articles/78911/1/?fbclid=IwAR0q2xrEgeorMnYU9UkEak7PqE5MPt9aK3q1nlyVv2rRfNsLNfykp4I35f8


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. ABD Kongresinin Temsilciler Meclisi salon kapılarının üzerinde 23 mermer kabartma portre yer almaktadır. Bu portreler, Amerikan yasalarının temelini oluşturan ilkeleri gerçekleştiren…

  2. Paradigma değişikliği.inönü abd başkanına deklere ettiği mektubu gibi..” yeni bir dünya kurulur.Türkiye yerini alır.”

Son Yazılar

  • FEYM Grubu Bülteni
    Okuma Süresi: 1 Dakika Ermeni Faaliyetleri (11 Ağustos 2022) 1. ABD Senato Dış İlişkiler Komitesi Başkanı Senatör Bob Menendez Azerbaycan’ın […]
  • “DAYANIŞMA!”-HÜSEYİN MÜMTAZ
    Okuma Süresi: 3 Dakika “DAYANIŞMA” HÜSEYİN MÜMTAZ                 Hem ne “dayanışma”!                 KKTC Cumhurbaşkanı Tatar Konya’da düzenlenen “5’inci İslâmî Dayanışma […]
  • Kabotaj Bayramı
    Okuma Süresi: 1 Dakika Denizcilik Ve Kabotaj Bayramının 96.yılı Milletimize kutlu olsun. Başta Atatürk olmak üzere Kurtuluş Savaşı’nın kahraman TBMM’in […]
  • Türkiye neden Avrupa Birliği’ne kabul edilmedi?
    Okuma Süresi: 1 Dakika Kısaca cevap vermek gerekirse: Erdoğan yüzünden. AB, temel insan haklarına saygı, hukukun üstünlüğü, kilise ve devletin […]
  • İMAM HAKLI MI?
    Okuma Süresi: 2 Dakika DİB’in desteksiz ve destursuz fetvalarına ve vaazlarına itiraz ederken, bir imam:      Dekolte giyinen bayanları işaret ederek; […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.