Təbrizli Mehdi Əmini Ukrayna ordusunda işğalçılara qarşı döyüşəcək

O, Ukraynanın “Şefçenko” Universitetinin məzunudur. - brizli ehdi mini krayna ordusunda i al lara qar d y c k 0 1646295042 780x470 1

O, Ukraynanın “Şefçenko” Universitetinin məzunudur.

Təbrizdən olan və 20 ildir Ukraynada yaşayan Mehdi Əmini Rusiyanın işğalına qarşı savaşmaq üçün Ukraynada könüllülər siyahısına yazılıb.

Təbriz Universitetində fizika oxuyan Mehdi, 20 il bundan öncə təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb və orada öyrənci yoldaşı Viktoriya ilə tanış olduqdan sonra ailə quraraq Ukraynada yaşamağı qərara alıb.

“Deyirəm ki, sən əcnəbi olduğun üçün sənə silah verməzlər. Mehdi deyir ki, mən əcnəbi deyiləm, ukraynalıyam. 20 ildir bu ölkədə yaşayıram və buranı qorumaq mənim borcumdur. Biz özümüz dirəniş göstərib savaşmasaq nə Amerika, nə İngiltərə və nədə Polşa bizə yardım etməyəcək. mən Ukraynanı sevirəm və buranın Rusiyanın qarşısında təslim olmaması üçün döyüşçəliyik”-deyə, təbrizli Mehdi Əmininin həyat yoldaşı Viktoriya bildirib.

Okumaya devam et  İran televiziyasında Azərbaycan rəqsinə senzura tətbiq edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir