Şərqi Azərbaycan valisi sərvətlərin İranın başqa bölgələrinə daşınmasına qarşı çıxdı

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətin mədən gəlirlərinin başqa bölgələrə ayrılmasından narazılığını bildirib. - 0 1646377681

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətin mədən gəlirlərinin başqa bölgələrə ayrılmasından narazılığını bildirib.

Bunu ayrı-seçkilik kimi dəyərləndirən vali deyib ki, Azərbaycanın sərvətləri özündə qalmalıdır.

“Əyalət mədənlərindən əldə edilən vəsaitlər tam olaraq əyalətin özünə ayrılmalıdır və mən xalqın qulluqçusu olaraq bu məsələnin həll olunması üçün çalışacağam”-deyə, vali bildirib.

Rəzəvi Xurrəm Şərqi Azərbaycan Mədənlər Şurasının toplantısındakı çıxışında Vərziğanın “Süngün” mis mədəninin inkişafının və ona bağlı sənayenin yaradılmasının tərəfdarı olduğunu vurğulayıb.

O, İran Milli Mis Şirkətinin ekologiyanın çirkləndirilməsi və çevrə problemləri ilə bağlı ictimai öhdəliklərinə əməl etmədiyinə işarə edib.

“Milli Mis Şirkəti ilə anlaşmamıza görə, bölgədə baş verən ekoloji problemlərin aradan qaldırılması üçün yeni meşə zolaqları salınmalı idi. Ancaq bu günə kimi demək olarki bu baş tutmayıb”-deyə, Şərqi Azərbaycan valisi qeyd edib.

Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalının Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır.

Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

Okumaya devam et  Təhlükəsizlik idarəsi güneyli fəalları təhdid edib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir