Nazir: İran Ermənistanda avtomobil istehsalına birgə sərmayə qoymağa hazırdır

İran-Ermənistan əlaqələrinin çoxtərəfli ola biləcəyini açıqlayan sənaye naziri deyib: "İki ölkənin imkanları ikitərəfli mübadiləni üstələyir və biz bir neçə ölkəni iqtisadi məsələlərdə birləşdirə bilərik". - msg 1181644289 5517

İran-Ermənistan əlaqələrinin çoxtərəfli ola biləcəyini açıqlayan sənaye naziri deyib: “İki ölkənin imkanları ikitərəfli mübadiləni üstələyir və biz bir neçə ölkəni iqtisadi məsələlərdə birləşdirə bilərik”.

“Aznews tv”xəbər verir ki, martın 3-də İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşdə Seyidrza Fatemi Əmin bildirib: “İran və Ermənistan siyasi və mədəni sahələrdə böyük əməkdaşlıq ediblər, amma təəssüf ki, iqtisadi əlaqələrimiz iki ölkə arasındakı siyasi və mədəni əlaqələrdən çox geridədir və bu gün iqtisadi əlaqələri möhkəmləndirmək bizim üzərimizə düşür”.

İranlı nazir ölkəsinin Ermənistanla qarşılıqlı əmtəə ticarəti və sərmayə qoyuluşu sahələrində əməkdaşlığının olduqca vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, İran-Ermənistan əlaqələri özəlliklə son vaxtlar artan xətt üzrə inkişaf edir. Bu qarşılıqlı münasibətlərə əsasən siyasi, ictimai, iqtisadi, idman və daha bir çox sahələri misal göstərmək olar. İranlı və işğalçı erməni dövlətinin rəsmilərinin davamlı görüşərək dostluqdan-qardaşlıqdan dəm vurmaları bir daha bu xəbis niyyətdən xəbər verir.

Okumaya devam et  İsrailin Laziqiyyə limanına hücumu nəticəsində İranın Suriyaya göndərdiyi silahların 75 faizi məhv edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir