SEPAH yenidən Azərbaycanı təhdid etdi: “İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək”

İran İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) aid olan tvitter hesabında yenidən Azərbaycan Respublikasına qarşı köhnə iddialar təkrarlanıb. - حملهروسیهبهاوکراین 780x450 1

İran İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) aid olan tvitter hesabında yenidən Azərbaycan Respublikasına qarşı köhnə iddialar təkrarlanıb.

“Aznews tv” xəbər verir ki, paylaşımda İran rəsmilərinin Rusiyanın işğal əməliyyatı ilə bağlı mövqeyi bir daha təkrarlanaraq Ukrayna qarşı hücum “böhran” kimi qələmə verilib.

“İran İslam Respublikası Şərqi Avropada yaranmış gərginliyi Avropa və Amerikanın təcavüzkar siyasətlərinin nəticəsi hesab edir və öz maraqlarını və təhlükəsizliyini müdafiə etməyi ölkələrin təbii və fitri haqqı hesab edir”-deyə, Rusiyanın hücumu özünümüdafiə kimi qələmə verilib.

Paylaşımın sonunda 44 günlük Vətən Savaşı zamanı İran rəsmilərinin Suriyadan Qarabağa muzdlu döyüşçülərin gətirilməsi, Azərbaycanda İsrail qüvvələrinin yerləşdirilməsi ilə bağlı irəli sürdükləri ittihamlar bir daha təkrarlanıb.

“Şübhəsiz ki, İran İslam Cumhuriyyəti şimal sərhədlərində sionist ünsürlərin və təkfirçi qüvvələrin mövcudluğuna dözməyəcək”-deyə, Azərbaycan təhdid edilib.

Okumaya devam et  Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir