Zənganda xalçaçılıq sahəsi iflasa uğrayıb

“Bundan öncədə Zəngan əyalətində çox sayda əldə toxuma xalçanın istehsal olunmasına baxmayaraq ixracat istənilən səviyyədə deyildi. - nganda xal a l q sah si iflasa u ray b 0 1645516706

Zəngan əyalətinin Baş Gömrük İdarəsinin rəisi Mirhaşım Seyidəhmədi əyalət gömrüklərindən xalça ixracatının həyata keçirilmədiyini və bu sahədə çalışanların durumunun olduqca ağır olduğunu deyib.

“Bundan öncədə Zəngan əyalətində çox sayda əldə toxuma xalçanın istehsal olunmasına baxmayaraq ixracat istənilən səviyyədə deyildi.

Zəngan xalçaçılarının zəhmətilə toxunan xalçalar xarici ölkələrə Qum şəhəri adı altında və bu şəhərin tacirləri tərəfindən ixrac olunur”-deyə, Seyidəhmədi bildirib.

O, Zənganda beynəlxalq hava limanı olmadığı üçün hal-hazırda incəliyi və keyfiyyətinə, az yer tutmasına görə maraqla qarşılanan əyalət xalçalarının ixrac oluna bilmədiyini və bunun Tehran vasitəsilə həyata keçirldiyi üçün əyalət toxucu və tacirlərinə yetərli qazanc qalmadığını söyləyib.

Baş Gömrük İdarəsinin başçısı Zəngan xalçalarının əyalətin öz adına ixrac olunması yönündə əsas addımlardan birinin bölgədə toxunan xalçalar üçün vahid brendin təyin olunması olduğunu deyib.

Okumaya devam et  Güney Azərbaycan Siyasi Təşkilatlarının, Cənab Prezident İlham Əliyevə Türk Dövlətlər Təşkilatındakı çıxışı üçün təşəkkür məktubu

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir