“Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”

“Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”- AzərbaycanPrezidentiİlhamƏliyevinyerliteleviziyakanallarınamüsahibəsindən / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev

“Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”- AzərbaycanPrezidentiİlhamƏliyevinyerliteleviziyakanallarınamüsahibəsindən / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

“Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”- AzərbaycanPrezidentiİlhamƏliyevinyerliteleviziyakanallarınamüsahibəsindən / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev

– Cənab Prezident Zəngəzurla bağlı biz bilirik ki, Sizin şəxsi tarixçəniz də var. Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarınızı ziyarət etdiniz. Şuşa azad olunanda Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bilərikmi?

– Bəli, belədir. Mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz, bəli. Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir.

Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm.

Okumaya devam et  Rumıniya KİV-ləri ölkəmizdə qeyd edilən Zəfər Günü ilə bağlı məqalələr yayıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir