Hörmətli qazaxıstanlı dostlar! Əziz Qazax xalqı!


Okuma Süresi: 5 Dakika

Hörmətli qazaxıstanlı dostlar! Əziz Qazax xalqı!-Prof .Limunat Emrahlı -an.t / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Son günlər sizlər faciəli hadisələr yaşadınız. Bu günlərdə milyonlarla qazaxıstanlı fiziki, mənəvi və psixoloji təhlükə ilə üzləşdi. Yüzlərlə insan həlak oldu və yaralandı. Şübhəsiz ki, bu hadisələr Qazax xalqında dərin mənəvi-psixoloji sarsıntılar yaşatdı və bütün bunlar hələ də davam edir.

Son günlər sizlər faciəli hadisələr yaşadınız. Bu günlərdə milyonlarla qazaxıstanlı fiziki, mənəvi və psixoloji təhlükə ilə üzləşdi. Yüzlərlə insan həlak oldu və yaralandı. Şübhəsiz ki, bu hadisələr Qazax xalqında dərin mənəvi-psixoloji sarsıntılar yaşatdı və bütün bunlar hələ də davam edir.
Qazaxıstanda baş verən bu hadisələr bizə – azərbaycanlılara yaxşı məlumdur. Sizi yaxşı başa düşürük. Necə deyərlər, türk atalar sözündə deyildiyi kimi: “Dərdlini dərd çəkən anlar”.
Hamımız bilirik ki, bütün bunların səbəbi Rusiya imperiyası, onun Qazaxıstan ərazisini işğal etmək iddialarıdır. Bu imperiya türk xalqını əsarətdə saxlamaq, milliyyətimizi unutdurmaq, bizi parçalamaq, hələ uzun müddət idarə etmək üçün davamlı olaraq belə hərəkətlər edir. Tarixi torpaqlarımızı, mədəniyyətimizi özəlləşdirmək, onmin illər boyu yaşadığımız əraziləri zəbt etmək, milli sərvətlərimizə sahib çıxmaq niyyəti güdür. Təəssüf ki, bu, əsrlər boyu belədir. Deyəsən, bu vəziyyət hələ bir müddət də davam edəcək.
2022-ci ilin əvvəlindən Qazaxıstanda baş verənlər, təəssüf ki, hələ başlanğıcdır. Siz də bilirsiniz ki, Rusiya siyasətçilərinin belə hadisələrdən öz xeyirlərinə istifadə etmək planları olub və indi də var. Ya da bu hadisələri özləri törədiblər. Bunu artıq Rusiya imperiyasının tarixi təcrübəsi də sübut edib. Buna bənzər hadisələr 34 il əvvəl Azərbaycanda, Bakıda, Sumqayıtda, nəhayət 1990-cı ilin 20 yanvarında da törədilib. Bir sözlə, belə faciələr Azərbaycan xalqına qarşı dəfələrlə yaşadılıb.
Hələ ondan əvvəl, XIX – cu əsrin əvvəllərində Gülüstan müqaviləsi ilə əzəli torpaqlarımızı, Güney Azərbaycanı bizdən ayırıb amansız fars rejiminə verdilər. XX-ci əsrdə Cənubi Azərbaycanda dəfələrlə inqilablar oldu. Amma Rusiya bu ərazilərdə öz maraqları olan bəzi Qərb ölkələri ilə birləşərək bu inqilabları qan içində boğdular. Bundan sonra Azərbaycanın Zəngəzur ərazisi ermənilərə verərək Naxçıvan və Türkiyə ilə quru yollarımızı bağladılar. Sonra isə Qarabağı Ermənistan ərazilərinə birləşdirilmək üçün fitnə-fəsad törətdilər, lakin 30 il keçdikdən sonra Azərbaycan xalqının və Türkiyənin birgə səyi ilə bu proses dayandırdə, təhlükə isə hələ də qalmaqdadır.
Oxşar hadisələr Gürcüstan və Ukraynada da baş verdi. Rusiya müxtəlif bəhanələrlə Abxaziya, Osetiya, Donbass və Krımı da nəzarətə götürdü. İndi Qazaxıstanda da eyni proseslər gedir. Bu çox təhlükəli tendensiyadır. Məlumdur ki, Şərqdən Çin, Şimaldan isə Rusiya Qazaxıstan ərazilərini ələ keçirmək niyyətlərini gizlətmirlər. Baxmayaraq ki, onmin illərdir bizim ulu babalarımız o torpaqlarda yaşayıblar.
Aydındır ki, son illər türk xalqları arasında yayılmağa başlayan turançılıq ideyaları Qərblə yanaşı, tarixi ərazilərimizi işğal etmiş dövlətləri də qıcıqlandırır. Onlar türk xalqlarına qarşı repressiyalarını davam etdirmək niyyətindədirlər. Biz isə Uyğur, Qafqaz, Ahıska, Kosova, Azərbaycan və digər türklərə qarşı repressiyaları, soyqırımları unutmuruq və unutmayacağıq.
Sizi yaxşı başa düşürük, əziz qazax türkləri! Biz qazax xalqının bu faciələrini öz kədərimiz kimi qəbul edirik. Siz bizim soydaşlarımız, qardaş və bacılarımızsınız. Sizin itkiniz və bizim itkimizdir. Baş verənlərin sizdə nifrət və intiqam hissi yaratdığını anlayırıq.
Mən sizləri mənfi emosiyalarınızı, intiqam və qəzəb hisslərinizi boğmağa, ehtiyatlı, təmkinli, təşkilatlanaraq hərəkət etməyə, güvəndiyiniz və etibar etdiyiniz liderlərin ətrafında birləşməyə çağırıram. Səylərinizi bir məqsəd ətrafında birləşdirin! İndi bütün Qazax xalqı Qazaxıstanın bütövlüyünü qorumaq üçün birlikdə hərəkət etməlidir. Şübhəsiz ki, türk dövlətləri və xalqları da sizi bu mübarizədə tək qoymayacaqlar. Biz – vətənpərvər, azadlıqsevər azərbaycanlılar, sizinlə bir yerdəyik.
Vətəndaş və milli hüquqlarınızı qorumaq üçün başlatdığınız bu mübarizədə sizə uğurlar diləyirəm!

Tanrıya güvənin, ona sığının!
Tanrı sizləri qorusun!
Tanrı türk xalqını qorusun!
Tanrı dünyamızı qorusun!

Limunət Əmrahlı, Azərbaycan, Bakı şəhəri, 10 yanvar, 2022-ci il


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. adim selma yavuzoglu almanya lubecktayim tane cocucgum var vatikan turkiyeyi kitliyor kolnerdom turkiyeyi kitliyor inter pol turkiyeyi kitliyor burda soykirim…

Son Yazılar

  • FEYM Grubu Bülteni (09 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Jeopolitik oyunlar… Analistler, son Rus-Türk görüşmesini Ermenistan-Azerbaycan ve Ermenistan-Rusya temaslarıyla karşılaştırıyor. Ermenistan ve Karabağ’ da […]
  • KALIN İFADE
    Okuma Süresi: 4 Dakika Kanımca bir çok Türk vatandaşı ilk okulda ve lise de tarih dersindeki Osmanlı Devletinin yükselme devrini […]
  • Türkiye İran’ı tanımıyor.
    Okuma Süresi: 3 Dakika 1. Türkiye İran’ı tanımıyor. Osmanlı İran’a (Türkiye’ye) Osmanlı’nın gözünden, din acısından bakıyor. Osmanlı da Safevi de […]
  • Hızlanan değişimi kavramak
    Okuma Süresi: 3 Dakika Bülent ESİNOĞLU Tarihin bazı dönemlerinde değişim hızlanır. Ya da biz hızlanmış gibi görürüz. Aslında sabit hızda […]
  • Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin dışlanması kabul edilemez
    Okuma Süresi: 3 Dakika Yokuş: “Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin dışlanması kabul edilemez.” Konya’da 9-18 Ağustos tarihleri arasında düzenlenecek olan İslami […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.