Sən bunlara layiq deyildin vətındaş

Sən bunlara layiq deyildin vətındaş - Yasəmən QARAKOYUNLU - BAKÜ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - turer yener

Sən bunlara layiq deyildin vətındaş – Yasəmən QARAKOYUNLU – BAKÜ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Ölkəmizdə prezidentin təyin etdiyi İcra hakimləri nə edirdilər?
1. Təyin edildikləri rayonun mərkəsində böyük bir H.Əliyev parkı salırdılar.
2. Parkda H.Əliyevə 3 ya 4 metrlik heykəl dikirdilər.
3. Rayonun mərkəzi küçəsini və fasadlarını yüngülvari təmir etdirirdilər ki, guya işlədikləri haqda rəy formalaştıra bilsinlər.
4. “Qurtuluş bayramı” təntənə ilə qeyd edilirdi və bu bayramlarda H.Əliyev, İ.Əliyev Allah elan olunurdu. Allahlaştırma prosesi və nağılları cəmiyyətdə təbliğ olunurdu. Ölkədə “analoqu olmayan inkişaf” lardan danışılırdı.
5. İcra hakimləri və nazirlər, deputatlar hökümətə sadiqliklərini sübut etmək üçün “H.Əliyev+Atatürk” nağılları uydurur, iki şəxsiyyətin də ulu öndər olduqlarını özəlliklə də Türkiyədə ciddi təbliğ edirdilər. Bir ara H.Əliyevə şəxsiyyətinə mistik xüsusiyyətlər əlavə etmək məcburiyyəti hiss etdikləri üçün Şah İsmayılla H.Əliyevi, Qızılbaşlıqla YAP hakimiyyətini əlaqələndirməyə cəhdlər belə oldu. İdeologiyası olmayan, milli ideologiyadan imtina edən, yalnız şəxsiyyətə söykənən siyasi hakimiyyət şəxsiyyətə mistik, mifik xüsusiyyətlər yükləməyə məcbur idi. İcra hakimləri boş qafaları ilə bu rolu gözəl oynayırdılar. Onların ideoloqları isə R.Mehdiyev, Ə. Həsənov idi. Xalqa “Qurtuluş gətirən ulu öndər” və “analoqu olmayan inkişaf” bəxş edən “sakral ailə” konsepsiyası saat kimi tıkır- tıkır işləyirdi. İşləyir. Minlərlə akademik, professor bu konsepsiyanın təbliğatçısı, işçisi.
6. Bütün bu işlər yerinə yetirildikdən sonra, hakimiyyətə prezidentə sadiqliklərini sübut etdirən təbliğat təşviqat işlərini tamamladıqdan sonra, düşürdülər xalqın canına. Xalqdan pul yığmaq, soyğunçuluq, talançılıq, insanları əzmə, döymə, ailələrin dağıdılması, şəxsiyyətlərin sındırılması, insan ləyaqətinin alçaldılması, nələr, nələr. Rəzalət!
7. Bundan sonrasını bilirsiniz. Çarəsiz Xalqdan Xilaskar Mehriban Əliyevaya və qurtuluşçu İlham Əliyevə, prezident aparatına uzanan saysız hesabsız cavabsız məktublar….
30 ilin yığılıb qalmış problemləri. Sönmüş ümidlər, hakimiyyətə və dövlətə qarşı qəzəb və nifrətin yüksəlişi
8. İcra hakimləri bütün bu görəvləri ustalıqla yerinə yetirdikdən sonra şəhərin, rayonun mərkəzində xalqdan, dövlətdən oğurladıqları paralarla top dağıtmaz, gün keçirməz qəsr, şato, villa tikdirirdilər və burada öz meşşan həyatları, bahalı maşınları, qoruma sistemi ilə xalqın gözündə hakimiyyətin gücünü və sarsılmazlığını nümayiş etdirirdilər…
9. Beləcə feodal iyerarxiyası və klan ənənəsi üzərində qurulmuş sarsılmaz güc formalaşdı. Bu güc dövlət deyil, dövlət obrazına bürünmüş moketdir. Dövlət vətəndaşa çalışan, xidmət edən bir qurum deyilmi? Bu moket vətəndaşa, xalqa deyil, YAP çalışmırmı. Bu moketdə təmsil olunanların xalqdan oğurladıqları milyonlar göz qabağında deyilmi? Bu moket oğru sistemin məşrulaştırılması deyilmi?

10. Sən bunlara layiq deyildin vətəndaş. Sən güclüydün, şərəfliydin..

Okumaya devam et  İranda İmamət, Əfqanıstanda Xilafət modelləri

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir