Güney Azərbaycanda qadınlara qarşı zorakılığın durumu

Güney Azərbaycanda qadınlara qarşı zorakılığın durumu- MEHERREM BEY ELYAR -GÜNEY AZERBAYCAN / TURKİSHFORM - ABDULLAH TÜRER YENER - guneyazerbaycan bayrak

Güney Azərbaycanda qadınlara qarşı zorakılığın durumu- MEHERREM BEY ELYAR -GÜNEY AZERBAYCAN / TURKİSHFORM – ABDULLAH TÜRER YENER

Güney Azərbaycanda qadınlara qarşı zorakılığın durumu- MEHERREM BEY ELYAR -GÜNEY AZERBAYCAN / TURKİSHFORM - ABDULLAH TÜRER YENER - guneyazerbaycan bayrak

Mehr xəbər agentliyinin məlumatına görə, 6 Azər 1400-cü il şənbə günü axşam Batı Azərbaycanda Tekantəpə kimi tanınan Təkab şəhərinin kəndindən olan 34 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb. Təkab şəhristanının dadsitanlığının açıqlamasında, kişi üç uşağını da şiddətlə döydüyünü əlavə edərək, uşaqlarından birinin hazırda mərizxanaya yerləşdirildiyini bildirib. İran mediasında dərc edilən sorğuya görə, Koronavirusunun yayılması və qərəntinə dövründə iranlı qadınların yüzdə 77-dən çoxu “qərəntinə zamanı ən azı bir növ zorakılığa məruz qalıblar”.
Eləcə də, İranın amar Mərkəzinin son 4 ildə “ər-arvadın fiziki zorakılığı” sahəsində verdiyi hesabata görə, pezeşki-qanuninin işlərinin yüzdə 94-i həmişə bu mövzuda olub. Ötən həftə 25 noyabr Qadınlara Qarşı Zorakılığın uluslararası Mübarizə Günündə İranda qadınlara qarşı zorakılığın vəziyyəti ilə bağlı müxtəlif hesabatlar dərc edilib. Bir çox ölkələrdə siyasətçilərin diqqətini qadın məsələlərinə cəlb etmək üçün belə hallardan istifadə olunur, ancaq İranda bir çox uluslararsı münasibətlər kimi bu gün də unudulub.
Qadınlara qarşı cinayət və zorakılıqla bağlı xəbərlərə nəzər salsaq, Güney Azərbaycanın bölgələrində baş verən bu hadisələrin çox yüksək amar göstəriciləri aydın görünəcək. Şübhəsiz ki, bu cür müşküllərin kökünü kəsmək diqqətli və çoxtərəfli araşdırma tələb edir, ancaq Azərbaycanın gəlişməməsi və tüğyan edən yoxsulluğun göstəriciləri, şübhəsiz ki, qadınlara qarşı zorakılığın yüksək səviyyəsi ilə birbaşa bağlıdır. İranda qadın hüquqları həmişə müzakirə mövzusu olub.
amma İslam İnqilabının qələbəsi və Vilayəti-Fəqih sisteminin qurulmasından sonra qadınların hüquqlarının pozulması sistematik şəkildə etiraf edildi. Məsələn, İran qanunlarına əsasən, çoxqadınlı qanunu kişilər üçün tanınır. İslam qanunlarına görə kişilər eyni anda birdən çox qadınla evlənə bilərlər. Halbuki, çağdaş dünyada bunu etmək hüquqlar əsasında qeyri-mümkün görünür və ən ənənəvi ölkələrdə bu, qadın hüquqlarının açıq şəkildə pozulması hesab olunur.
Bundan başqa, qadın hüquqlarının aşkar şəkildə pozulması da uşaq nikahı məsələsidir. İranda qanunlarına görə, qızlar üçün minimum nikah yaşı on üçdür, ancaq daha kiçik yaşda nikah məhkəmənin icazəsi ilə mümkündür. Oğlanlar üçün evlənmək üçün minimum yaş həddi on beş yaş bəlli edilsə də, əməldə oğlanlar üçün də tez evlənmək mümkün olur.
başqa tərəfdən, kiçik yaşında evlənmiş qızların istənməyən hamiləliklər və başqa problemlərlə qarşılaşırlar. Son illər nikah vamı almaq erkən nikah üçün maraq dairəsinə çevrilib. Bu baxımdan Azərbaycanın bölgələrində uşaq nikahlarının sayı çox yüksəkdir və bəlkə də bu, yoxsulluqla da bağlı ola bilər.
Azərbaycan hər zaman qadın hüquqlarını önə çəkib və xalqın mədəniyyəti buna əsaslanıb. Son illər kişi və qadınların bərabər hüquqlarını təmin etmək üçün çabalar göstərilir.Azərbaycan həmişə mübarizənin ön cərgəsində olub. Amma gerçəklik ondan ibarətdir ki, bu gün Azərbaycan hətta İran daxilində də insan haqları standartlarından uzaqdır. Buna görə də cəsarətli tənqidlərə və yalnış ənənələrə etiraz üçün ehtiyac duyulur.

Okumaya devam et  Güneyli fəal aclıq aksiyası keçirir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir