Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ali Məclisinin 1-ci sesiyasının qətnaməsi

Beşiktaş stadı, Bakü, Azerbaycan

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ali Məclisinin 1-ci sesiyasının qətnaməsi-Bakı şəhəri, 28 noyabr 2021-ci il
ADR Partiyasının İnformasiya departamenti-/ TURKISHFORUM- ABDULLAH TÜRER YENER

ADR Partiyasının Ali Məclisi ölkəmizdəki ictimai, siyasi, sosial və digər sahələrdəki dözülməz vəziyyəti müzakirə edərək narahatlıq yaradan və həlli vacib olan aşağıda qeyd edilmiş məsələləri Azərbaycan xalqının və həll edilməsi üçün hakimiyyətin diqqətinə çatdırmağı zəruri bilir.
1) Qarabağ probleminin həlli ilə bağlı üçtərəfli danışıqlara dair.
İşğalçı rus ordusunun “sülhməramlı” adı altında Qarabağa gətirilməsi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqinda Konstitusiya Aktının 12, 14, 15-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin tələblərinə, xalqın iradəsinə ziddir və dövlət suverenliyinə qəsd kimi dəyərləndirilməlidir.
Son bir il ərzində müşahidə edilən faktlar ondan ibarətdir ki, Qarabağdakı rus hərbi kontingenti “sülhməramlı” missiyasına aid olmayan fəaliyyətlərlə; ermənilərin Qarabağa daşınıb məsskunlaşdırılması, erməni hərbi birləşmələrinə və erməni gənclərə döyüş təlimlərinin keçirilməsi, təxribatların stimullaşdırılması, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları əleyhinə digər fəaliyyətlərlə məşğuldur. Bu faktların məntiqi təhlili o, qənaətə gəlməyə əsas verir ki, rus ordu birləşmələri Azərbaycan ərazisində qaldığı müddətdə yazılmamış missiyasına uyğun olaraq Qarabağda ziddiyyətlərin daha da dərinləşməsini stimullaşdıraraq Rusiyanın Azərbaycandakı varlığını əbədiləşdirməyə çalışır və çalışacaq.
Azərbaycan dövlət başçısının bu reallıqları daha yaxşı bildiyi halda, rus ordusunun Qarabağdan çıxarılması istiqamətində narazılıq və irad ifadə etmk əvəzinə “Soçi görüşü”ndə rus “sülhməramlıları”nın fəaliyyətini yüksək dəyərləndirməsi və ümumiyyətlə, ölkə suverenliyi və ərazi bütövlüyünün təminatı istiqamətində prinsipial mövqe ifadə etməməsi şiddətlə pislənməlidir.
ADR Partiyası Ali Məclisi üçtərəfli Soçi danışıqlarında Azərbaycan dövlət başçısının xalqın mövqeyinə zidd olaraq Rusiyanın Qarabağda sabitləşdirici rolu, rus “sülhməramlı”larının fəaliyyəti barədə, eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrasına dair səsləndirdiyi müsbət fikirləri bölüşmür və onları qətiyyətlə rədd edir.
ADR Partiyası Ali Məclisi hesab edir ki, üçtərəfli Soçi görüşündə erməni qızını “xilas” edən rus əsgərinə heykəl qoyub bizi barbar, haqsız göstərən rus “sülhməramlı”ların anti-Azərbaycan fəaliyyətinə İlham Əliyev tərəfindən münasibətin bildirilməməsi təəssüf doğurur.
ADR Partiyası bəyan edir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasına, 7-ci bəndində nəzərdə tutulan məcburi köçkünlərin ərazilərinə qaytarılmasına, 9-cu bəndində nəzərdə tutulan Azərbaycan və Naxçıvanı birləşdirən nəqliyyat dəhlizinə dair məsələlər hələ də öz həllini tapmayıb.
ADR Partiyası bildirir ki, Azərbaycan-Ermənistan sərhədlərinə Rusiya qoşunlarının yeridilməsi yolverilməzdir və Azərbaycan dövlət başçısı belə qanunsuzluğa razılıq verəcəyi təqdirdə xalqın müqavimətinin təşkili istiqamətində fəaliyyətə start verəcəkdir.
ADR Partiyası Azərbaycan hakimiyyətindən rus ordusunun Azərbaycandan çıxarılmasını, Laçın dəhlizindən ölkəmizin ərazisinə giriş və çıxışı sərhəd buraxılış məntəqəsi və gömrük postları qurmaqla nəzarətə götürməyi, erməni silahlılarının Azərbaycan ərzisini tərk etməsini, məcburi köçkünlərin yurdlarına qayıdış planını açıqlamağı, işğaldan azad edilmiş ərazilərdən biznes, infrtastruktur və təsərrüfat fəaliyyətinə dair layihələr barədə zəruri məlumatları açıqlamağı tələb edir.
2) Hakimiyyətin soyğunçu siyasəti və pis idarəçiliyinin nəticəsində əhalinin sosial durumunun pisləşməsinə dair.
ADR Partiyası Ali Məclisi bildirir ki, son zamanlar sürətlə artan qiymətlər, kommunal tariflər əhalinin yaşam şərtlərini çətinləşdirir. Buna baxmayaraq gələn ildən dövlət rüsumlarının və aksizlərin qaldırılması da gözlənilir. Bütün bunların, eləcə də bazarların qarşılıqlı əlaqələri nəticəsində artan inflyasiyanı düzgün ölçülmədiyi halda belə rəsmi statistik məlumatlar da təsdiq edir ki, 2021-ci ilin yanvar-oktyabr ayında əhalinin gəlirləri nominal ifadədə 2 faiz artsa da, bu artım tempi inflyasiyadan geridə qalmış və nəticədə gəlirlər real ifadədə 3,7 faiz azalmışdır. Odur ki, ADR Partiyası hakimiyyətdən anti-inflyasiya tədbirləri ilə qiymət və tarif bahalaşmasının qarşısını almağı, eləcə də əhalinin sosial müdafiə və təminatını yaxşılaşdırmaq üçün əmək haqqı, pensiyalar və sosial müavinətləri dekabrın 1-dən artırmağı və işsizlərin, ya məşğulluğunu təmin etməyi, ya da onları işsizliyə görə sosial sığorta ödənişlərinin həyata keçirilməsini tələb edir.
3) Siyasi məhbusların azad edilməsinə dair.
ADR Partiyası hesab edir ki, Baydenin dekabrda keçiriləcək “Demokratiya Sammiti”nə Azərbaycanın dəvət edilməməsi ölkədə vətəndaş hüquq və azadlıqlarının boğulması, siyasi motivli zorakılıq, həbs, repressiya və işgəncələrin dövlət idarəçiliyinin əsasını təşkil etməsi ilə bağlıdır. Ölkədə hələ də siyasi motivlərlə zindana atılmış 123-dən çox məhbus, o cümlədən 14 nəfər ömürlük həbsə məhkum edilmiş insan var ki, onların adları qərəzli olaraq amnistiya və əfv siyahılarına salınmır. Əldə olan istintaq materialları və monitorinqlər nəticəsində məlum olmuşdur ki, “Nardaran işi”, “Tərtər işi”, “Gəncə işi”, “Tovuz işi”, “Polad Aslanov işi”, “Əfqan Sadıqov işi” üzrə həbs edilmiş şəxslər, həmçinin digər siyasi məhbusların hamısı qondarma ittihamlarla həbs edilmişlər. Odur ki, Azərbaycan hökuməti ölkənin insan haqq və azadlıqları, demokratiya imicini sağlamlaşdırmaq məqsədilə, istisnasız olaraq, bütün günahsız siyasi məhbusları azad etməli, siyasi repressiya, həbs və işgəncələri durdurmalıdır.
ADR Partiyası Ali Məclisi heç bir cinayət faktı olmadan siyasi qərəzlilik səbəbindən 7 il 3 ay həbs cəzasına məhkum edilmiş Qarabağ qazisi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli pozulmuş hüquqlarına etiraz və bəraət tələbilə artıq 24 gündür ki, ölüm aclığını davam etdirməsinə baxmayaraq, hakimiyyət hələ də adekvat münasibət nümayiş etdirməməsindən narahatlığını bildirir və hakimiyyətdən Saleh Rüstəmlinin həyatına olan təhlükələri nəzərə alıb, bu zülmə və cinayətə dərhal son verilməsini, Saleh bəyin dərhal azad edilməsini tələb edir.
Bakı şəhəri, 28 noyabr 2021-ci il
ADR Partiyasının İnformasiya departamenti

Okumaya devam et  Azerbaycanın başı eyilmez oğlu

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir