Dəhliz qərarı verildi, qalır rəmzi “adqoyma mərasimi” – əks halda, Ermənistan üçün “əlvida, Laçın dəhlizi!

Dəhliz qərarı verildi, qalır rəmzi “adqoyma mərasimi” - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi! yeni müsavat/ turkishforum - Abdullah Türer yener - pasinyan aliyev
,

Dəhliz qərarı verildi, qalır rəmzi “adqoyma mərasimi” – əks halda, Ermənistan üçün “əlvida, Laçın dəhlizi! yeni müsavat/ turkishforum – Abdullah Türer yener

Dəhliz qərarı verildi, qalır rəmzi “adqoyma mərasimi” - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi! yeni müsavat/ turkishforum - Abdullah Türer yener - pasinyan aliyev

Soçidəki üçtərəfli görüşdən sonra erməni cəmiyyəti süst düşüb, açıq-aydın bir pərtlik var. Ermənistan təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryanın son danışıqlarla bağlı mövqeyi bu pərtliyin növbəti nümunəsidir. Paşinyanı milli maraqlarını müdafiə etməməkdə suçlayan Şahnazaryan yekun sənəddə Ermənistanın xeyrinə hər hansı məqamın olmadığını belə, iddia edib.

Baş nazir Nikol Paşinyanın son görüşdə ənənəvi “hərbi əsirlər” ifadəsindən imtina etməsi, Soçidə “girovlar” və “saxlanılan şəxslər”dən danışması da erməniləri qəzəbləndirib. Açıq-aydın görürlər ki, Paşinyan Azərbaycan dövlətinin xəbərdarlıqlarından nəticə çıxarıb, erməniləri, erməniçiliyi hövsələdən çıxaran həm də budur. Azərbaycan Prezidenti demişdi: “Hərbi əsirlər yoxdur, terror törətmiş şəxslər var!”

Paşinyan görüşdən öncə öz aləmində kəskin ritorika ilə çıxış etdi, “güc” nümayişinə baş vurmaq istədi. Amma Laçın-Kəlbəcər istiqamətindəki terror-təxribat planlarının cavabını artıqlaması ilə alan Ermənistan rəhbərliyi Soçidən də “ağzı yanmış” halda döndü.

Erməni baş nazir budəfəki görüşdə də ürkək-ürkək Minsk Qrupunu Putinin “yadına salmağa” çalışdı, Azərbaycanı təcavüzdə ittiham etmək cəhdi göstərdi, özünə bir az da yazıq görkəm verdi. Ancaq nəticəyə təsir etmədi bu gedişlər, keçmədi, Moskva bu dəfə inanmadı: həm də “timsahın göz yaşları”na…

Nəticə: imzalanan yekun bəyanatda Dağlıq Qarabağdan bəhs olunmadı, çünki Azərbaycan Prezidentinin dediyi kimi, keçmişdə qalıb, belə inzibati ərazi mövcud deyil!

Nəqliyyat və komunnikasiya xətlərinin açılması zərurətindən, bu istiqamətdə işlərin aparılmasından bəhs olundu, Azərbaycan da bu istiqamətdə əzmlə çalışır. Artıq Zəngəzur dəhlizinin təməli də qoyulub. Düzdür, dəhliz ifadəsi sənəddə əksini tapmayıb, amma Ermənistanın cəhdlərinə baxmayaraq, söhbət təkcə dəmir yolundan getmir, həm də avtomobil magistralı müzakirə mövzusudur. Prezident Putinin də öz çıxışında bir neçə dəfə dəhliz ifadəsindən istifadə etməsi ermənilərə yaman yer eləyib. Üstəlik, Paşinyanın da Naxçıvan və Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yolların olacağını söyləməsi artıq erməni ictimai rəyində şübhə yeri qoymayıb: dəhliz olacaq! Soçi görüşünün ab-havası da ondan xəbər verir ki, məsələ qapalı görüşdə həllini tapıb, sadəcə “ad qoyma” mərasimi, daha doğrusu, üçtərəfli formatda Zəngəzur koridoru adının rəsmiləşdirilməsi növbəti mərhələdə, məsələn, 4-cü görüşdə də baş verə bilər. Əks halda, “əlvida, Laçın dəhlizi!”

İrəvan onu himayə edənlərin də ürəyinə yol tapmaqdan ötrü ATƏT-in Minsk Qrupunun yenidən bölgəyə gəlməsi üçün çox canfəşanlıq etdi. Soçi bəyanatında isə Minskin “M”sı belə əks olunmadı. Əvəzində…Görüşdən sonra Azərbaycan Prezidenti ilə Belorus Prezidenti arasında Soçi müzakirəsi oldu-ikitərəfli qaydada, yüksək əməkdaşlıq və münasibətlər şəraitində. Ermənini necə od götürməsin: KTMT-dəki “müttəfiqi” “Qarabağ Azərbaycandır”, deyir. Rusiya dövləti də hesab edir ki, Azərbaycan və Ermənistan nəinki onun sülh məramına “şərik” çıxmaq istəyən ABŞ, Fransa, ya Avropa İttifaqının vasitəçiliyi ilə danışmalıdırlar, hətta özləri birbaşa əlaqəyə malik olmalıdırlar. Artıq müdafiə nazirləri arasında birbaşa telefon əlaqəsi var və davamı da gələcək ehtimal ki. Günün birində ikitərəfli görüş sərhəddə də keçirilə bilər. Elə isə uzaq Amerika, ya Avropaya getməyə nə ehtiyac?..

Azərbaycanın Soçidə əldə etdiyi üstünlüklərin davamı da var. Delimitasiya, demarkasiya məsələsində ən çox israr edən hansı tərəf olub? Təbii ki, Azərbaycan! Hətta aylar öncə Qərb dairələri də bu məsələnin sonrakı mərhələyə saxlanılması üçün ölkəmizə təsir etməyə çalışırdılar.

Ancaq Azərbaycan Prezidenti qətiyyətlə bu məsələnin üzərində dayandı, ordumuz sərhədlərimizin hər qarışı uğrunda canı-qanı ilə mücadilə apardı. Azərbaycan lideri Soçiyə hansı məqamda yollandı? Komandanı olduğu ordu Ermənistanı “ovuc içi” kimi nəzarətə götürəndən sonra! İndi artıq “delimitasiya və demarkasiya sonraya qalsın” deyən yoxdur, Paşinyan da istəkli görünür, çünki sərhədlər dəqiləşməyincə, ərazi bütövlüyü tanınmayınca…Azərbaycan əsgəri də qarşısındakını tanımayacaq…Dövlət başçımız Soçidə qətiyyətini nümayiş etdirən zaman Azərbaycanın Qərbi Zəngəzirda (!) Gorus-Qafan yolu üzərində tikdiyi yanacaqdoldurma məntəqəsini foto-videokadrları yayıldı…Erməni revanşistlər donquldanır: “pulemyot hədəfində necə demarkasiya, delimitasiya aparmaq olar”, deyərək. Yəni son bəhanələridir, bilirlər ki, olacaq, çünki Azərbaycan istəyir! İstisna deyil ki, 15 dekabr Brüssel görüşünədək üçtərəfli komissiya toplaşıb bu istiqamətdə də hansısa razılaşmalar əldə edə bilər, Putin də anons etdi.

Azərbaycan döyüşü udmuş ölkədir, özünə inamı var, düşmən ordunun son qalıqlarını da darmadağın etməyə qadir olduğunu 15-16 noyabr döyüşlərində bir daha nümayiş etdirdi. Ancaq hətta ən qızğın döyüşlər zamanı, erməni ordusu dinc insanlarımıza qarşı müharibə cinayətləri törədən zaman Azərbaycan ordusu qırmızı cizgiləri keçmədi, istər döyüş əməliyyatları dövründə, istər sonrakı aylarda bütün humanitar normalara riayət edilməsi istiqamətində addımlar atdı. Savaş başa çatandan sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbçinin Ermənistana qaytarılması, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilməsi, elə Soçi görüşü ərəfəsində biri yaralı olmaqla, iki nəfərin Ermənistana heç bir şərt qoyulmadan qaytarılması kişiyanə münasibət idi. (Ancaq N.Paşinyanın cəsarəti çatmadı bu jesti qiymətləndirsin, qayıdandan sonra linç olunacaq, deyə-E.P.)

Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb, sülh istəyib, amma torpaqlarından da keçməyəcəyini daim bəyan edib. Bu gün ərazi bütövlüyünü təmin etmiş ölkəmiz şübhəsiz ki, nəhayət, düşmənçiliyin aradan qaldırılması istiqamətində addımlar atılmasının, münasibətlərdə yeni səhifənin açılmasının tərəfdarıdır. Düzdür, erməni xislətinə bələdik, amma bu, bizim mövqeyimizdir, ehtihyatı əldən verməmək, tarixi unutmamaq şərtilə dinc yolla qonşuluğumuzu davam etdirmək istəyirik. Dövlət başçılarına sülhü simvolizə edən “zeytun budağı”nı hədiyyə edən Vladimir Putin də Azərbaycan dövlət başçısının dediklərini bir daha ifadə etdi, sülhməramlı mövqe sərgilməsi ilə. Ümumilikdə Soçi görüşü Azərbaycan üçün əhəmiyyətli oldu, həm ordumuzun, həm də diplomatiyamızın qərar tutduğu strateji əhəmiyyətli mövqelərin qorunub-saxlanılması baxımından, həm də qarşımızdakı hədəflərə çatmağımız üçün əlavə imkanlar yaratdı.

Qarşıdakı Brüssel görüşünə heç nə qalmadığını erməni ekspertlər də dilə gətirirlər. Ümid edirlər ki, bəlkə həmin görüş bir neçə erməni hərbçinin də azad olunması ilə nəticələnə bilər. Ermənilər hər görüşdən “əsir” gözləyirlər. Etiraf edirlər: diqtə edən Azərbaycandır. Heç şübhəsiz Soçidə Paşinyan anladı ki, bir daha hərbi əsirlər və ya “status” söhbətini uzatması, görüş boyunca üzünü ona tərəf çevirməyən İlham Əliyevin çox kəskin reaksiyasına səbəb ola və keçilən yolun da üstündən xətt çəkə bilər, ona görə də məsələnin üstündən keçdi. Erməni revanşistləri tərəfindən “top”a tutulan Paşinyan acınacaqlı durumdadır, şübhəsiz, bunu Putin də yaxşı bilidiyi üçün balansı qorumağa çalışır. Amma necə deyərlər hər şeyin əvvəli olduğu kimi, bir sonu da var. Artıq sonun əvvəlləridir Ermənistan üçün…

Bu günlərdə 1988-ci ilin məlum hadisələrindən – Ermənistandan azərbaycanlıların deportasiya edilməsinin ilk dalğazının başlanmasından daha bir il keçir. 25-30 minlik Qarabağ ermənisi üçün nələrsə tələb edənlər unudur ki, o zaman ermənilər dədə-baba yurdundakı qardaşlarımıza dəhşətlər yaşatdılar: qətlə yetirilənlər, ev-eşiyindən didərgin salınanlar, sitəm görənlər…

Şübhəmiz yoxdur ki, “biz Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq” deyən məğrur Ali Baş Komandan günün birində bu hədəfinə də çatacaq. Bəlkə də Soçi görüşlərinin birində. Zatən, ermənilər də etiraf etməyə başlayıblar: “İlham Əliyev dediyini edir”.


Elşad PAŞASOY
Telegram
Bizim Telegram kanalımıza abunə olun

29.11.2021
02:17
4277

ŞƏRHLƏR
Şərh yoxdur
ƏLAQƏLİ XƏBƏRLƏR
29.11.2021 4277

Dəhliz qərarı verildi, qalır rəmzi “adqoyma mərasimi” – əks halda, Ermənistan üçün “əlvida, Laçın dəhlizi!”
28.11.2021 542

Fransız marşalın Biləcəridəki qəbri
28.11.2021 655

Rüşvəti yayan tapıldı
28.11.2021 2960

Zatı qırıqların milləti və minnəti
27.11.2021 831

Oğrumuz da fağırlaşıb…
27.11.2021 797

“Dondurulmuş müharibə” durumu kimə sərf edir? – Bir görüşə üç baxış
27.11.2021 5160

Putinin “Zeytun budağı” hədiyyəsi-mesaj kimədir?
27.11.2021 779

Bizə təzədən “Amerika” açmaq istəyən Amerika – erməniyə “ayı xidməti” bitmədi?
27.11.2021 297

Azərbaycan Avropa məkanına qatılacaqmı?
27.11.2021 650

Qol dərdi, qıç dərdi
27.11.2021 977

Məktəbliləri niyə oğurlayırlar
26.11.2021 1246

Yenə yeddi tezis?-Paşinyanın Soçi görüşü öncəsi dedikləri…
XƏBƏR LENTİ

29 Noyabr 2021

08:01 Günün qoroskopu: işlərdə bəxtiniz gətirəcək

05:42 Bakıda kişi ailə üzvü tərəfindən bıçaqlanıb

05:26 Fransada bir neçə polis əməkdaşı atəşfəşanlıq zamanı yaralanıb

05:09 Çexiyada COVID-19-a qarşı tətbiq edilən qadağalara qarşı etiraz aksiyası keçirilib

04:53 Ərdoğan Mustafa Cengizin vəfatı ilə əlaqədar başsağlığı verib

04:36 Bakıda məşhur mağazanın dam örtüyü yanıb – FOTO

04:19 Bakıda əlbəyaxa dava zamanı oğlana üç bıçaq zərbəsi vurulub

04:04 Bayden bu gün “Omikron” ştammı ilə bağlı vəziyyət barədə danışacaq

03:47 Ümrə ziyarətində vəfat edən azərbaycanlı zəvvar Mədinədə dəfn olunub

03:32 İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

03:17 “Omikron” ştammının daha çox yoluxucu olması ilə bağlı konkret məlumatlar yoxdur

03:02 Türkiyə vətəndaşı Qazaxda ürək tutmasından dünyasını dəyişib

02:47 Ərəb ölkələri Parlamentlər Şəbəkəsində təmsil olunacaq

02:32 Konqoda kəndə silahlı hücum edilib, 12 nəfər ölüb

02:17 Dəhliz qərarı verildi, qalır rəmzi “adqoyma mərasimi” – əks halda, Ermənistan üçün “əlvida, Laçın dəhlizi!”

02:02 “Napoli” klubu öz stadionunda Maradonanın abidəsini ucaldıb – FOTO

01:47 Formula 1 komandasının yaradıcısı vəfat etdi

01:32 Türkiyədə son sutkada 21 mindən çox COVİD-19-a yoluxma halı baş verib

01:26 Daha 27 rusiyalı diplomat ABŞ-ı tərk edir

01:17 İran turistlər üçün vizaların verilməsini bərpa edir

01:02 Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

00:48 Peyvəndin effektivliyinə təsir edən amillər

00:33 Köçəryan-Sarkisyan cütlüyü Paşinyana qarşı “qanuni oğrular”dan istifadə edir

00:19 ŞOK: “Omikron” artıq qapımızda -Qonşu ökədə yeni COVID ştammı həyəcanı

00:04 14 gün bu metodu etsəniz, virus məhv olar – Türk professor

Okumaya devam et  İranın “Araz” və Ermənistanın “Mehri” Azad İqtisadi Zonaları arasında anlaşma memorandumu imzalanıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir