Bir güllə atılmadan azad olunan Şəhid(lər) şəhər(i)

Bir güllə atılmadan azad olunan Şəhid(lər) şəhər(i) Elşad PAŞASOY -BAKÜ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - pasinyan aliyev putin

Bir güllə atılmadan azad olunan Şəhid(lər) şəhər(i) Elşad PAŞASOY -BAKÜ /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Bir güllə atılmadan azad olunan Şəhid(lər) şəhər(i) Elşad PAŞASOY -BAKÜ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - pasinyan aliyev putin

Əgər Paşinyan Azərbaycan Prezidentinin Ağdamdakı çıxışına diqqətlə qulaq asıb, dərs götürsəydi…

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sözləri keçən ilin 23 noyabrında söyləmişdi, Ağdam rayonu azad ediləndən 3 gün sonra. Yer üzündən silinmiş Ağdamın yarımsalamat qalmış tək nişanəsinin – qoşa minarəli Ağdam məscidinin qarşısında!

Artıq o zəfər tarixinin bir ili tamam olur, Ağdam şəhəri düz 1 ildir ki, azaddır! O zaman Ermənistan rəhbərliyi 3 rayonumuzun dinc yolla azad olunması ilə bağlı tarix verdi və ilk olaraq Ağdam Ermənistanın işğalçı qüvvələrdən təmizləndi. Bir güllə atılmadan azad olundu, Qafqazın Xirosiması, ruhlar şəhəri, qəbristanlıqları belə, yer üzündən silinmiş Ağdam…Amma qüdrətli Azərbaycana torpaq lazım idi, məqsədinə çatdı, quracaq, yaradacaq, daha gözəl damlı Ağdam tikəcək, necə ki, artıq işlər sürətlə gedir…

Ağdamın dağıdılmış infrastrukturunun bərpasına ehtiyac var | Report.az

Bir ölcə Azərbaycan Prezidenti Birinci xanımla Ağdam məscidini ziyarət edərkən vaxtilə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlamışdı. Elə o ziyarətində dövlət başçısı Məkkə dualarından bəhs etmişdi: “Etdiyim duaların arasında birincisi torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq”.

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar | Report.az

Qayıtmışıq, şükürlər olsun! Ötən bir ildə Ağdama saysız-hesabsız səfərlər təşkil olunub, yerli və xarici vətəndaşlar, diplomatlar, ziyalılar, jurnalistlər…Hətta bu günlərdə ağdamlı həmkarımız kitab təqdimatını keçirdi Ağdamda! İnsanlarımız Ağdamla nəfəs alırlar. Hətta yenidən qurulan şəhərdə qəbristanlıq üçün ayrıca yer ayrılması üçün müraciət edənlər də var. İnsanlar hələ Böyük Qayıdış olmasa da, dünyasını dəyişən əzizlərini bu, cənnət məkanda dəfn etmək istəyirlər. Bu, Ağdama, digər azad yurdlarımıza əbədi qayıdışın qətiyyətli nümayişidir. Biz bir daha heç zaman öz torpaqlarımızı yağıya təslim etməyəcəyik, deməkdir! Bakıda o qədər “əmanət məzarlar” var ki, Qarabağa qayıdışını gözləyir…

Azərbaycan Prezidenti ötən il Ağdamda olarkən əminliklə demişdi ki, Ermənistan ordusunu, hərbi cinayətkarları, onların tör-töküntülərini məhv etmişik. “Biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik”, demişdi. Ötən müddət bird aha təsdiqlədi, elə 16 noyabr döyüşləri də. Ermənistan ordusunun nə kökdə olduğunu 4 saatlıq döyüşlər göstərdi: 4 post itiriblər, 24 əsgər, hələ tapa bilmirlər, tapdıqları meyitləri daşıyırlar…Hə, bir də Bakıya daha 13 zabit və əsgər gətirilib, “Qarabağ Azərbaycandır” dərsini əxz eləyərək. Əgər Paşinyan Azərbaycan Prezidentinin Ağdamdakı çıxışına diqqətlə qulaq asıb, dərs götürsəydi, nə dekabrda Hadrut tərəfdə terror törətdiyi üçün zərərsizləşdirilənlərin, nə də ötən həftə Kəlbəcər-Laçın bölgəsində cəzasını alan quldurların dərdini çəkməzdi. Hələ də gec deyil, növbəti ciddi səhv daha böyük fəlakətlərə apara bilər, deyilib axı: Dəmir Yumruq yerində!

maxresdefault.jpg (127 KB)

Azərbaycanın qüdrətli, qeyrətli əsgəri Gorus-Qafan yolunun ardınca, Gorus-İrəvan yolunu nəzarət altına alıb! Hardan-haraya! Keçən il bayrağımız ucalan Ağdamda isə Ağıllı şəhər salınır! 2021-ci ilin 28 may tarixində təqdim olunan Ağdam şəhərin Baş Planının özü belə, görənləri heyrətə gətirir. Görün Ağdam necə gözəl olacaq…

Həmin mübarək gündə müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama növbəti səfərində Ağdam şəhərində ucaltdığı bayrağın kölgəsində “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”, söylədi, dost-düşmənə mesajını verdi. Ölkəmizin başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. O gündən nəhəng layihələr icra olunur.

Prezident-İlham-Aliyev-Agdamda-3.jpg (501 KB)

Bütün bunlar yuxu deyil, reallıqdır, şəhidlərimizin, qazilərimizin sayəsində qazanılmış Böyük Zəfərimizin ürəkaçan mənzərəsidir. Qısa müddətdə Şuşaya Zəfər yolunu çəkən, Qarabağın qapısı olan Füzuli hava limanını istifadəyə verən, Zəngəzur dəhlizinin təməlini qoyan, Zəngilanın ağıllı kəndinə Qayıdışa hazırlıq görən Azərbaycan dövləti Ağdamı yeni simada dünyaya təqdim edəcək! Bütün erməniçiliyin və ermənipərəstliyin tədricən məhvinə aparır bu sürətli inkişaf! Bir az o tərəfdə, Rusiya sülhməramlılarının kölgəsində yoxsul daxmalarında qorxa-qorxa Ağdam tərəfə boylanan ermənilər də ağıllı olacaqlarsa, bu, ağıllı yaşayış məntəqələrindən bəhrələnə biləcəklər, əks halda, özlərindən küssünlər…

Ağdam şəhid rayondur. Ağdam həm də Qarabağ müharibəsində ən çox şəhid verən yaralı rayonumuzdur: 6 min şəhid! Şəhidlərimizin ruhu şaddır, qayıtmışıq, mübarək yurdun doğma nəfəsli insanlarıdır öz ocağında. Bu illərdə nələr çəkdi ağdamlılar?…Getsin o günlər, bir daha qayıtmasın! 1993-cü ilin iyununda Ermənistan ordusu tərəfindən işğal edilən Ağdam inzibati rayonu 1930-cu ildə yaradılmışdı. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Amma görək ermənilər bu gözəllikləri görə bilibmi işğal illərində? Yarasa xislətli qonşularımız üçün Ağdam ərazisi yalnız hərbi təlimlər keçirmək, torpağı tanklarla şumlamaq üçün lazım idi. Bir də “tiqranakert” adlı gorbagorlarının “izi”ni axtarırmışlar, dediklərinə görə. Əslində onlar qəbirlərdə qızıl diş və nişan üzüyü, qədim Qarağacı qəbristanlığında, Qarabağ xanlarının nəslinə aid məzarlarda zinət əşyaları üçün torpağın altını üstünə çeviribmişlər…Goreşənlər!

1_1.png (1.29 MB)

Qədim türk dilində “kiçik qala” olan “Ağdam” sözünə belə, zərrəcə aidiyyatı olmayanların tariximizə vurmadıqları zərbə qalmamışdı bu şəhərdə. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdi. O zaman hələ hayların izi-tozu yox idi bölgəmizdə. Hansı ki, Ağdam ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdu ki, bu ərazi qədim insanların yaşayış məskənlərindən biridir, e.ə. IV-VI minilliyi əhatə edən, “misdaş” dövrünə gedib çıxan tarix. Ermənilərsə Pənahəli xanın yadigarı olan Şahbulaq qalasını “özününküləşdirmək” üçün əllərindən gələni etsələr də, buna nail ola bilməmişdilər. Qala təkbaşına döyüşmüşdü bu vandal tayfa ilə, sinə gərmişdi azadlıq gününədək!

Qara tarixi xatırlayaq: Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdamərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Təsəvvür edin, Çörək muzeyinə qədər darmadağın edilmiş bir rayondan söhbət gedir!

Ağdam: xarabalığa dönmüş şəhərdə bir gün – BBC News Azərbaycanca

Amma beynəlxalq ictimaiyyət illər ərzində biganə qaldı bu vandalizmə, işğala, terror! 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi, “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb olundu. Ancaq nə olsun? İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərinikobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərtörətdi. Yenə də dünyadan sərt reaksiya görmədi. Yekunda Azərbaycan dövləti tarixi ədaləti bərpa etməklə yanaşı, həm də beynəlxalq hüququn, BMT-nin, digər qurumların üzünü ağ elədi, Ağdamı azad etməklə!

Yeni günün mübarək, azad AĞDAM

28 il ərzində nə qədər insanımız Ağdamın məşhur Dörd yoluna qədər gedir, ordan həsrət-həsrət doğma yurdlara boylanır, qüssə içində geri qayıdırdı. İndi o həsrətdən sadəcə xatirələr qalıb. Hə, bir də azğın düşmənin izləri, basdırdığı minalar. Düşmən bu illərdə münbit torpaqlarımızda mina əkdi, təkcə Ağdamda onların sayı 97 mindir! Amma bu səddi də keçəcəyik, “Ohanyan səddi” kimi…

Ağdama qayıdışımızın ilk ili mübarək, Azərbaycan, sənə ağ damlı şəhər və kəndlər necə də gözəl yaraşır!



Okumaya devam et  Təbrizli millət vəkili: Şüarlarla vətəndaşların süfrəsi zənginləşdirmək mümkün deyil

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir