Bir daha ayrı düşməyəcəyimiz Ağdam- Azad şəhərdə qəhrəmanlarla görüş

Bir daha ayrı düşməyəcəyimiz Ağdam- Azad şəhərdə qəhrəmanlarla görüş- Yeni müsavat / turkishforum - Abdullah Türer yener - turer yener

Bir daha ayrı düşməyəcəyimiz Ağdam- Azad şəhərdə qəhrəmanlarla görüş- Yeni müsavat / turkishforum – Abdullah Türer yener

Bu gün- 20 noyabr Ağdamın işğaldan azad olunduğu gündür. Artıq 20 noyabr bizim üçün təqvimdə qələbə günlərindən biridir.

2020-ci ilin 10 noyabrında imzalanan müqaviləyə əsasən düşmən bu torpaqları tərk etmək məcburiyyətində qaldı. Və tam bir ildir ki, Ağdam azaddır…

Məlum olduğu kimi, düşmən Ağdamı tərk etmək üçün 10 gün vaxt istəmişdi. Birinci Qarabağ savaşında ən çox şəhid verən şəhərlərimizdən olan Ağdam istiqamətində ikinci Qarabağ müharibəsində də şəhidlər verdik. Bu istiqamətdə əsasən ağır artilleriya döyüşləri gedirdi.

Hiyləgər düşmən Ağdamı təhvil verərkən bütün yollara mina düzdü. Ordumuz Ağdama daxil olarkən qurulan pusqularda şəhidlər verdi, qazilərimiz oldu. Amma bütün bu çətinliklərə baxmayaraq Ağdamın böyük bir hissəsi qısa müddətdə minalardan təmizləndi.

Bu gün bizim yanımızda Ağdam istiqamətindəki döyüşlərdə iştirak edən, Ağdama ilk daxil olan qəhrəman döyüşçülərimiz var.
Buradan aşağını səsli oxuyacam…

Əsgərimizin keşik çəkdiyi Ağdamda yenidənqurma işləri son sürətlə davam edir.

Ən əsası isə hərbçilərimizin şəraitinin yaxşılaşdırılmasına diqqət ayrılıb.

Bu səfərimiz çərçivəsində Ağdamda hərbçilər üçün yaradılan modul tipli yerləşmə məntəqəsində də olduq. Burada əsgərlərimiz üçün lazım olan şərait yaradılıb.


Azad Ağdamda artıq ağ damlar ucalır, şəhər dirçəlir. Bu il bərəkətli Ağdam torpağının məhsulunu biz dəririk. Yandırılan, məhv edilən yaşıllıqlar cana gəlir, döyüş meydanına çevrilən sahələrdə otlar cücərir, təbiət canlanır…

Bu gününə də şükür, Ağdam. Daha gözəl, daha da ağ günlərini görəcəyik. Bir daha ayrılmayacağımızın əminliyi ilə səninlə vidalaşırıq.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdama təşkil olunan media tur çərçivəsində hazırladığımız videoreportajı izləyə bilərsiniz:



İlkin Muradov

Okumaya devam et  Urmu Gölünün Kritik Durumu və Millətimizin Etirazları İlə Bağlı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Bildirişi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir