Azərbaycanda pandemiya bu tarixdə bitəcək – ŞOK AÇIQLAMA

Azərbaycanda pandemiya bu tarixdə bitəcək – ŞOK AÇIQLAMA- YENİ MÜSAVAT*BAKÜ / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Biz “koronaya dözümlü xalq” çıxdıq, yoxsa bunun başqa səbəb var?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib. Ötən həftə isə daha 99 000 doza vaksin ölkəyə çatdırılıb.

Məlumdur ki, Bakıda olan “Pfizer” vaksinin 6 aylıq müddəti başa çatıb, amma Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVİD-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərib. Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bəs görəsən, yeni gətirilənlər də 6 ay əvvəlki istehsaldır, yoxsa…

Azərbaycanda qaydalara əməl olunmur, amma “yeni dalğa”, xəstəliklə bağlı ağırlaşmalar yüksək səviyyədə deyil. Qonşu ölkələrdə, Avropa ölkələrində isə epidemioloji vəziyyət ağır olaraq qalır. Bizdə vəziyyəti nəzarət altında saxlamağı hökumət necə bacardı? Nəzərə alınsa ki, sərt karantin rejimi tətbiq edilmir, məktəblər, iri ticarət mərkəzləri açıqdır. Eyni zamanda ölkəyə xarici ölkələrdən gəliş-gediş də var. Ötən il belə bir vəziyyət yaransaydı, 4 mindən çox yoluxma sayı müşahidə edilərdi. Vaksin vurdurduq o səbəbdən, biz “koronaya dözümlü xalq” çıxdıq, yoxsa bunun başqa səbəb var? Bu və digər suallarla bağlı ekspertlərin fikirlərini öyrəndik.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova “Yeni Tv”-nin canlı yayımında

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Vaksinlərin saxlanma şəraiti və yararlılıq müddəti ilə bağlı araşdırmalar Avropa Dərman Agentliyi EMA və Amerika Qida və Dərman Administrasiyası tərəfindən aparılır. Bununla bağlı tövsiyələr peyvəndin istifadəsi və saxlanmasına dair may ayında artıq verilmişdi. ÜST bu qurumların bəyanatlarını rəhbər tutaraq məktubda vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məlumat bildirib. Hazırda ölkəmizdə istifadə olunan peyvəndin yararlılıq müddəti 31 dekabr 2021-ci ilədək hesab olunur”.

K.İsmayılova əlavə edib ki, hazırda koronavirusla bağlı epidemioloji vəziyyət ölkəmiz üçün stabil hesab oluna bilər: “Lakin yanaşı olaraq mövsümi infeksiya halları da izlənir. Qəfil və kəskin iqlim dəyişikliyi də buna öz növbəsində təkan verən amillər sırasındadır. Mutasiya etmək viruslara xas xüsusiyyətdir, bu, əhalidə narahatlıq doğurmalı deyil, sadəcə olaraq, qorunma tədbirlərinə əməl etmək yetərlidir. Hazırda dünyada ən çox ölüm sayı Rusiyada izlənilir, bu isə onlarda vaksinasiya olunmuş əhalinin sayının azlığı ilə əlaqələndirilir. Azərbaycanda hazırda buster doza alan şəxslər kifayət saydadır”.

Bu arada, Britaniya alimləri Botsvanada COVİD-19-un bütün digər variantlarından potensial olaraq daha təhlükəli ola biləcək yeni bir koronavirus ştammının ortaya çıxması barədə xəbərdarlıq ediblər. Məlumata görə, B.1.1.529 elmi adı olan ştamın tərkibində 32 mutasiya var ki, onların da bir çoxu onun yüksək ötürücülük qabiliyyətini və vaksinlərə qarşı müqavimətini göstərir. Nəşrin məlumatına görə, indiyədək Botsvana, Cənubi Afrika və Honq Konqda bu ştammın on halı müəyyən edilib.

Ümumiyyətlə, bəzi ekspertlər hesab edirlər ki, bu yeni virus infeksiyaları, mutasiyalar süni olaraq ona görə yaradılır ki, dünya əhalisinin sayı azalsın. Bu doğrudurmu?

Həkim-radioloq Aydın Əliyev: “Heç utanırsız? Az da olsa vicdanınız varmı?”

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də “Yeni Müsavat” a mövzu ilə bağlı fikirlərini bildirib: “Yoluxma sayı çox olan ölkələrlə müqayisə etsək, məsələn, Rusiyada peyvəndləmə bizdəki kimi deyil, orada azdır. Rusiyada antipeyvənd kampaniyası çox aparıldı. Ona görə də virus səbəbindən xəstələnənlərin və ölənlərin sayı çoxdur. Almaniyada əhalinin sayı bizim ölkə ilə müqayisədə çoxdur. Amma Almaniyada peyvəndləmə yaxşı aparılır. Ona görə düşünmürəm ki, Almaniyada təhlükəli vəziyyət yaransın. Bizim ölkədə də vaksinasiya kifayət qədər aparılıb. Həm də yoluxub sağalanlar çoxdur. Qeydiyyata düşməyin yoluxub sağalanlar da var. Onlarda da davamlı immunitet əmələ gəlib. Yoluxanların da əksəriyyəti təkrar yoluxanlar və peyvənd olunanlar xəstəliyi yüngül keçirirlər. Ona görə mən düşünmürəm ki, bizdə təhlükəli vəziyyət yaranıb. Fikrimcə, yaza qədər pandemiya bizdə tamamilə yekunlaşacaq”.

Həkim “viruslar insanların sayının azaldılması məqsədilə yaradılıbmı” sualına da cavan verib: “Qətiyyən razı deyiləm, bunlar hamısı cəfəngiyyatdır. Bizim marketdən alıb yediklərimiz, aldıqlarımız, telefonlarımız kifayət edir, bizi öldürmək istəsələr heç əlavə virusa ehtiyac olmaz. İnsanların sayını azaltmaq üçün vasitələr çoxdur… Ona görə də belə cəfəng söhbətlərə inanmaq lazım deyil”.

Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

A.Türer YENER tarafından

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu. - İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi. - Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde terhis oldu. - 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı. - 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu. Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur. - 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş, Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir. - 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım. Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım. - 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı, Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır. - Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım. Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir. - A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır. - 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur. - A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır. A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur. - Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur. - Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur - A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir. -Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım. -2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.