Qətiyyətli siyasətin uğurlu nəticəsi

Qətiyyətli siyasətin uğurlu nəticəsi – Məhəmməd NƏRİMANOĞLU,-BAKÜ / TURKİSHFORUM – ABDULLAH BTÜRER YENER

Azərbaycan Prezidenti İlham Əliyev hələ 44 günlük Vətən müharibəsi başlamamışdan xeyli əvvəl qətiyyətlə bəyan edirdi: “Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Dövlət başçısı bu tarixi həqiqəti 2007-ci il martın 9-da öz təşəbbüsü ilə keçirilən dünya ölkələrindəki Azərbaycan və türk diasporları rəhbərlərinin Bakı Forumunda bütün kəskinliyi ilə bəyan etmişdi. Bununla da bir daha təsdiqlənmişdi ki, dövlət başçısı milli məsələlərdə güzəştə getməyən liderdir. O, hakimiyyətə gələndən böyük Zəfər gününə kimi, 17 il ərzində yorulmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində təcavüzkar Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apararaq, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Azərbaycan Prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ölkəmiz bu məsələdə heç bir güzəştə getməyəcək.

Azərbaycan Prezidentinin müxtəlif tədbirlərdə dəfələrlə söylədiyi “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallıq onun yalnız Ermənistana, dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də beynəlxalq ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Hələ 2016-cı ildə “Rossiya seqodnya” BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində qətiyyətlə bildirirdi: “Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh – bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz…”

Bu fikirlər dövlət başçısı İlham Əliyevin yenilməyən qətiyyəti idi. 3 oktyabr 2019-cu ildə Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir də dillər əzbəri oldu: “Mən Ermənistan baş nazirinin təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”

Dağlıq Qarabağ problemi ilə bağlı dönməz və ardıcıl siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin bu cəsarətli mövqeyi xalqımız tərəfindən razılıqla qarşılanır, alqışlanır və bizi tarixi qələbəyə yaxınlaşdırırdı. Prezident hər şeydən öncə bu illərdə güclü ordu-güclü dövlət-güclü iqtisadiyyat strategiyası ilə vəhdətdə, azərbaycançılığa söykənən güclü xalq və kreativ, intellektual Azərbaycan vətəndaşı formulasında xalqın milli mənafeyini qorumağa, ölkəmizdə yaşayan bütün xalqların birgəyaşayış həyat tərzinə hörmət amilini formalaşdırdı.

Bu illər ərzində Ali Baş Komandan ordu quruculuğuna xüsusi diqqət yetirir, ölkənin Silahlı Qüvvələrini Cənubi Qafqazın ən qüdrətli ordusuna çevirirdi. 2021-ci ildə “Global Firepower” təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 64-cü yerdə qərarlaşıb.

Tariximizin ən şanlı səhifələrindən olan Aprel və İyul döyüşləri kiçik bir məkanı əhatə etsə də, sanki dünyanın böyük bir mövzusuna çevrildi. İyul döyüşündə isə mənfur ermənilərin təxribatı o demək idi ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycana qarşı fəal şəkildə müharibəyə hazırlaşır. Dağlıq Qarabağdan və ümumilikdə münaqişə zonasından kənarda yerləşən Tovuzda 2020-ci ilin iyulunda baş verən təxribat da düşmənin “yeni strategiya”sının tərkib hissəsi idi. Düşmən Tovuz ətrafında yerləşən strateji yüksəklikləri ələ keçirməyə cəhd etdi. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alsa da, general Polad Həşimov və polkovnik İlqar Mirzəyev, həmçinin bir neçə əsgər və zabitimiz qəhrəmanlıqla şəhid oldu. Avqust ayında düşmənin Tərtər istiqamətində təxribatçı-kəşfiyyat qrupu zərərsizləşdirildi. Qrupa rəhbərlik edən erməni zabiti isə əsir götürüldü. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı növbəti dəfə müharibəyə hazırlaşdığının əyani sübutu idi. Ali Baş Komandanın yaratdığı güclü ordu ilə döyüşlər həm də ermənilərə Azərbaycan adlı məmləkətin nə qədər böyük miqyasa sahib olduğunu bir daha təsdiqlədi.

Buna baxmayaraq, İlham Əliyev var gücü ilə məsələnin qansız-qadasız həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olunmadığını vurğulayırdı. Müharibənin başlanğıcı hesab edilən Aprel və İyul döyüşləri zamanı dövlət başçısı tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi!

Zəfərimizin bir illiyi xüsusi təmtəraqla, həm də Qarabağda, Şuşada, illərlə erməni vandalizminin qurbanına çevrilmiş, ötən ilin 8 noyabrından azad edilmiş tarixi Azərbaycan ərazilərində qeyd edildi. Şuşa nəinki azad edildi, həm də Qarabağda düşmən üzərində tarixi Zəfərimizin bayrağı qaldırılan qala, mədəniyyət paytaxtı, musiqi festivalları şəhəri kimi yeni növrağına qovuşdu…



Məhəmməd NƏRİMANOĞLU,

A.Türer YENER tarafından

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu. - İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi. - Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde terhis oldu. - 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı. - 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu. Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur. - 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş, Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir. - 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım. Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım. - 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı, Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır. - Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım. Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir. - A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır. - 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur. - A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır. A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur. - Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur. - Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur - A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir. -Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım. -2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.