“Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar…” – Zəngəzurun Çakaten kəndi ətrafında vəziyyət

“Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar...” - Zəngəzurun Çakaten kəndi ətrafında vəziyyət Musavat/turkishforum - Abdullah Türer Yener - turer yener

“Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar…” – Zəngəzurun Çakaten kəndi ətrafında vəziyyət Musavat/turkishforum – Abdullah Türer Yener

Zəngəzurun hazırda Ermənistanın Qafan rayonuna aid olan Çakaten kəndi ətrafında Azərbaycan tərəfi gömrük məntəqəsi yerləşdirməyə hazırlaşır. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yazdığına görə, kəndin ətrafında azərbaycanlılar vaqon yerləşdiriblər və onu gömrük məntəqəsinə çevirməyə hazırlaşırlar.

Musavat.com-un virtualaz.org-a istinadən məlumatına görə, Çakaten kəndi Gorus-Qafan yolunun üzərində yerləşir və bəlli olduğu kimi, ötən ilin dekabrından etibarən həmin yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Bir neçə gün əvvəl isə Azərbaycan tərəfi yolun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib, nəticədə Ermənistan vətəndaşları artıq bu yoldan istifadə edə bilmirlər. Və Tatev kəndindən keçən alternativ, hələ hazır olmayan və yağışlı-qarlı havalarda keçilməz dağ yoluna istiqamətləniblər. O cümlədən Ermənistana yük daşıyan İran TIR-larının bir qismi bu yoldan istifadə edir və tez-tez qəzalar baş verir.

Gorus-Qafan yolu həm də qismən Zəngilan rayonu ərazisindən keçir və Çakaten kəndinin sakinləri Qafana getmək üçün bu yoldan istifadə edirlər. Kəndin administrasiyasının keçmiş rəhbəri Ara Abramyan azərbaycanlıların yolun üzərində vaqon yerləşdirdiklərini təkzib etməyib. Amma deyib ki, Azərbaycan tərəfinin məhz nə quraşdırdığını bilmir. “Onlar nəsə qazırlar, kran gətiriblər və hansısa işləri yerinə yetirirlər, amma bilmirəm ki, məhz nə edirlər”, – o bildirib.

Arutyunyan deyib ki, Azərbaycan tərəfi Çakatendən Qafana aparan yeganə yolun üstündə vaqon yerləşdiriblər və əgər onlar yolu bağlasalar kənd blokadada qalacaq. Zəngəzurun ermənilərin indi Nerkin Hand adlandırdığı kəndinin rəhbəri Xaçatur Baqdasaryan da Azərbaycan hərbçilərinin Çakaten-Qafan yolunda olduqlarını təsdiq edib. Onun sözlərinə görə, azərbaycanlılar gün ərzində kəndin 3-4 kilometrliyində intensiv iş görüblər, Baqdasaryan təxmin edir ki, bu işlər gömrük məntəqəsinin qurulması üçündür.

“Onlar ağacları kəsiblər, yolu təmizləyiblər. Yolda mən bir-iki azərbaycanlı gördüm, amma heç kim bizi dayandırmadı”, – o bildirib.

Baqdasaryan deyib ki, əgər yol bağlansa onun həmkəndlilərinin də vilayət boyu hərəkəti çətinləşəcək. Kənd sakinləri Mehridən keçib gedə bilərlər, amma bu yol yüz kilometr daha uzundur. Alternativ qrunt yol isə indi keçilməzdir, bu yolla ancaq cip-lər gedə bilər.

Çakaten kəndi Nerkin Hand kəndi ilə Qafan arasında yerləşir, hər iki kəndi Qafanla indi Azərbaycanın nəzarətində olan yol birləşdirir.

Qeyd edək ki, Azərbaycan tərəfi ötən ilin dekabrından etibarən onun suveren ərazilərindən keçən Gorus-Qafan yolu ilə Ermənistan vətəndaşlarının hərəkətinə imkan yaratmışdı. Lakin erməni tərəfi Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə ləngitməyə çalışdığı üçün görünür Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə edərək yolun öz ərazisindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq etməyə qərar verib.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem
  1. Böylesine âdi, tiksindirici bir yazıyı sayfalarınızda görmekten üzüntü duydum..Bu yazılanları kaleme alanın bırakınız ülkemizde bulunmasını, bu Dünya’da bile yeri olmaması…

  2. AYYAS, GAY, DIKTATOR…NUFUSTA ADINI (IBRANICE) KAMAL OLARAK DEGISTIRDI.SELANIK YAHUDISIDIR. “bu prensipleri, gökten indiği sanılan kitapların doğmalarıyla asla bir tutmamalıdır. Biz,…

  3. Türkiye’nin Atatürk propagandasından yeterince almışsınız gibi görünüyor. Atatürk figürü, “Hitler veya Mussolini kazanırsa ve barış zamanlarında devletin tam kontrolünü ele…

  • Her şey turizm için…

    Her şey turizm için…

    Pandemi dönemi ülkelerin turizmini de etkiledi. Hong Kong Pandemi sonrasında turistleri geri çekmek için 500 bin ücretsiz uçak bileti verecek. İşte detaylar…    Turist çekmek için uçak bileti verecek Hong Kong hükümeti, turizm endüstrisini canlandırma ve ziyaretçileri şehre geri çekme çabalarının bir parçası olarak 500 bin ücretsiz uçak bileti vermeyi planladığını duyurdu. TRT […]


  • Önemli uyarı…

    Önemli uyarı…

    Hacettepe Üniversitesi Tıp Fakültesi, Çocuk Sağlığı ve Hastalıkları Anabilim Dalı Öğretim Görevlisi ve Sağlık Bakanlığı Bilim Kurulu Üyesi Prof. Dr. Ateş Kara, Avrupa’da çocuklarda yayılan, Türkiye’de de görülen ‘Strep A’ bakterisinin yeni bir tür olmadığını; ancak günümüzde toplumu tedirgin eden ‘invaziv’ hastalıklara sebep olduğunu söyledi. Kara, şöyle konuştu: *Streptokok (Strep A) dediğimiz […]


  • Antalya’ya 12 milyon yabancı ziyaretçi…

    Antalya’ya 12 milyon yabancı ziyaretçi…

    2022 yılında Türkiye’nin turizmde öne çıkan şehirlerine gelen turist sayısı belli oldu. Türkiye’nin önde gelen turizm şehirleri Antalya, Aydın, İstanbul, İzmir ve Muğla’ya 2022 yılında gelen turist sayısını açıklandı. Kültür ve Turizm Bakanlığının verilerine göre 2022 yılında Türkiye’ye gelen yabancı turist sayısı 44 milyon 564 bin olurken, İstanbul 16 milyon […]


  • INADINA CUMHUR ITTIFAKI !..

    INADINA CUMHUR ITTIFAKI !..

    Mutabakata bak mutabakata tam bir inkisar-i  hayal oldu . Almislar ellerine ilkokul cocuklari gibi sanki karnelerini , Menemen testisi gibi dizilmisler , sempatik gulucukleriyle ; Avrupa`dan AFERIN bekliyorlar . Guler misin aglar misin ? Hic gulecek halimiz de yok ya.. Iyi ki bu altili masa kuruldu . Ama bir de sahnede olmayan […]


  • “Tedavisi yok…”

    “Tedavisi yok…”

    Sağlık Bakanlığı Bilim Kurulu Üyesi Prof. Dr. Alper Şener, dünyada ve Türkiye’de son dönemde covid-19 sonrası ‘Post Covid’ ya da ‘Long Covid’in görülmeye başladığını belirtti. Covid-19’un artık Türkiye için mevsimsel hale geldiğini, ‘Post Covid’ ya da ‘Long Covid’in tırmanışa geçtiğini ifade eden Prof. Dr. Alper Şener, insan vücudundan uzun süre kalabilen ‘Post Covid’ […]



Posted

in

by