Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib


Okuma Süresi: 2 Dakika

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib. Azerbayjan news.az / turkishforum – Abdullah Türer Yener

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi şəhidləri İlkin Əhədzadə, Elvin Salahov və Mahmud Əhmədovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından, igidliyindən danışıblar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin uca tutulduğuna görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. yetmez asılmalı da… ulan bi de müslümanım diyorsun kendine be… demek ateist şımarık ..

  2. kaftancıoğlu şimarık haddini bilmez saygısız apocu ateist.kötü niyetli yaramaz insan.50 yıl yatmalı kerata

Son Yazılar

  • HIDRELLEZ BAYRAMI
    Okuma Süresi: 5 Dakika Hıdırellez Bayramı her yıl olduğu gibi 5-6 Mayıs’ta geleneksel bayram olarak kutlanacak mı? Haydi iki günlüğüne […]
  • ATATÜRK’ü ANMA GENÇLİK VE SPOR BAYRAMI 2022
    Okuma Süresi: 6 Dakika 16 Mayıs 1919’da Mustafa Kemal Paşa’nın Kurtuluş Savaşını başlatmak için Samsun’a gitmek üzere yola çıktığı tarihtir. […]
  • ABDÜLHAMİT GERÇEĞİ
    Okuma Süresi: 5 Dakika ABDÜLHAMİT GERÇEĞİ       Ortak yol, ortak payda, asgari müşterek nedir bilemiyoruz. Tarihi kişiliklere önyargısız yaklaşmalıyız. Bizse tam […]
  • Urmu stadionunda milli şüarlar səsləndirilib
    Okuma Süresi: 1 Dakika İsfahan və Urmu futbol komandalarının görüşündə milli haqlarla bağlı şüarlar səsləndirilib. Mayın 17-də Qərbi Azərbaycan əyalətinin […]
  • Ərdəbildə məşhur tarixi təpə dağıdılır
    Okuma Süresi: 1 Dakika Bunun əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin icazəsi ilə edildiyi bildirilir. Ərdəbil əyalətinin Sümərin […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1