Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi

Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi-Azerbayjan news.az/ turkishforum- Abdullah Türer Yener

Bu qardaşlıq dövlət başçıları səviyyəsində daha yüksək zirvələrə ucalır

Beynəlxalq münasibətlərə nəzər salanda dövlətlərarası münasibətlərin bir qayda olaraq iki dövlət başçısı arasındakı əlaqələrə söykəndiyini görürük. Azərbaycan-Türkiyə münasibətlərinə gəldikdə isə bu yaxınlıq eyni zamanda iki xalqın əsrlərin dərinliyindən gələn qan qohumluğu ilə bağlıdır. Türkiyə ilə Azərbaycanın möhkəm qardaşlıq və dostluq tellərini təsdiq edən yüzlərlə faktı sadalamaq mümkündür, yəni onları axtarmağa belə ehtiyac yoxdur. Bu misilsiz qardaşlığı təsdiqləyən həmin faktlar bəlkə də hər birimizin həyatından, tərcümeyi-halından keçir.

Ötən əsrin 80-ci illərində Naxçıvanda Türkiyə ilə sərhəd boyu yaşayış məntəqələrində bəziləri Türkiyənin televiziya kanallarına baxmaq, türk musiqisini dinləmək üçün özləri xüsusi antenalar quraşdırardılar. Bu, qanunla qadağan olunmuş təhlükəli bir addım olsa da, ondan vaz keçmək mümkün deyildi. İnsanların qəlbində o taya elə böyük, güclü sevgi var idi ki, onları bu gizli addımı atmağa sövq edirdi.

O illərdə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrlar kimi təhsil alan tələbələrin “himni” də Zeynəb Xanlarovanın ifa etdiyi “Sev, kardeşim” adlı türk mahnısı idi. Bu mahnını türkdilli respublikalardan olan gənclərlə birlikdə latışlar, ukraynalılar da sevə-sevə oxuyardılar.

1990-cı ilin qanlı Yanvar hadisələri zamanı Türkiyə-Azərbaycan sərhədləri boyu hər iki tərəfdə yanan tonqalların alovu iki xalqın bir faciəni eyni ağrı, eyni qəzəblə yaşamasının təsdiqi kimi göylərə millənmişdi. O tərəfdən türk qardaşlarımız min il əvvəl olduğu kimi, bizim faciəmizə şərik olduqlarını alovların dili ilə ifadə edirdilər. Çünki sərhədlər bağlı idi, onları aşıb keçmək mümkün deyildi.

Bu faktlara indi bəlkə də az adam önəm verər, bəlkə də Türkiyədə, elə bizdə də bunları bilən az adam tapılar. Lakin reallıq odur ki, bu tarixi və genetik bağlılıqlar, iki xalqın qan qohumluğu tarix boyu mövcud olub və heç bir qadağa və məhrumiyyətlər, aramızda divar kimi çəkilən tikanlı sərhədlər bu qardaşlığın gücünü sarsıda, onu zəiflədə bilməyib.

Bu il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirak etməsi də əsrlərin dərinliyindən gələn bu qardaşlığın dövlət başcıları səviyyəsində yüksəklərə qaldırılmasının təzahürlərindən biridir.

Xatırladaq ki, bu, Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına ikinci səfəridir. Dörd ay bundan əvvəl o, Şuşa şəhərində olmuşdu. Birinci görüşdə imzalanan Şuşa Bəyannaməsi tarixi bir sənəd kimi iki dövlətin əlaqələrini beynəlxalq müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Sonuncu görüşdə Zəngilan rayonunun Ağalı kəndində hər iki Prezident mətbuata birgə bəyanatla çıxış etmişlər. Azərbaycan Prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında iki dövlət başçısının birgə iştirakını birliyimizin və gücümüzün göstəricisi kimi belə qiymətləndirmişdir: “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Türkiyə Prezidenti bununla bağlı mövqeyini bəyanatında belə təsdiqləmişdir: “Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik”.

Maraqlısı odur ki, müəyyən qüvvələr iki dövlətin əsrlərin dərinliyindən gələn qardaşlığını regional təhlükə kimi qiymətləndirməyə cəhdlər edir, bunun qarşısını almaq üçün davamlı surətdə müəyyən addımlar atır. Ən çox bu birlikdən narahat olan işğalçı Ermənistan və onu oyuncaq kimi ambisiyalarının quluna çevirən çoxmilyonlu erməni diasporudur.

Türkiyə-Azərbaycan münasibətlərinə gəldikdə isə bu əlaqələr bir qayda olaraq iqtisadi müstəvidə inkişaf edir. Azərbaycan Prezidenti mətbuata bəyanatında bu iqtisadi əlaqələrə toxunmuş, Zəngəzur dəhlizinin bütün Türk dünyasını birləşdirəcəyini qeyd etmiş, böyük avtomobil yolunun təməlinin birlikdə qoyulduğunu diqqətə çatdırmışdır.

Dövlət başçısı azad edilmiş torpaqlarda fəaliyyət göstərən Türkiyə şirkətlərinə təşəkkür etmişdir: “Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür”.

Prezident Rəcəb Tayyib Ərdoğan bəyanatında Azərbaycanın işğaldan azad edilən bölgələrinin qısa müddət ərzində dirçəldiyini, sürətlə inkişaf etdiyini diqqətə çatdırmış, Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı addımları qürurla belə qiymətləndirmişdir: “Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır”.

Rəcəb Tayyib Ərdoğan Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə Naxçıvanla birləşdirəcək yolların inşa edildiyini gördüyünü, bu kommunikasiyaların bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcəyini bildirmişdir: “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduğumuz, – bir az əvvəl cənab Prezidentin də dediyi kimi, – istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, sonuncu səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələr və regional proseslər ətraflı müzakirə olunmuş, davamlı sülhü təmin edə bilən geniş imkanların mövcudluğu etiraf edilmiş, bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşularının faydalana biləcəyinə diqqət yetirilmişdir. Ərdoğan bəyanatında demişdir: “Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək”.



Bahadur İMANQULİYEV,

A.Türer YENER tarafından

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu. - İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi. - Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde terhis oldu. - 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı. - 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu. Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur. - 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş, Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir. - 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım. Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım. - 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı, Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır. - Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım. Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir. - A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır. - 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur. - A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır. A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur. - Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur. - Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur - A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir. -Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım. -2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.