Site icon Turkish Forum

Ermənilərin yeni təxribatlarına cavabımız nə olacaq?

Ermənilərin yeni təxribatlarına cavabımız nə olacaq? – Elşad Musayevlə Arzuman Abdulkərimov “Canlı debat” da. New Musavat / turkishforum – Abdullah Türer Yener

Ermənilərin yeni təxribatlarına cavabımız nə olacaq? – Elşad Musayevlə Arzuman Abdulkərimov “Canlı debat” da. New Musavat / turkishforum - Abdullah Türer Yener - ermenishusha

Ermənistan yenidən suyu bulandırmağa çalışır. Bu ölkənin müdafiə naziri Qarabağa qanunsuz səfər edib. Ermənilər 8 noyabr günü Şuşa ətrafında təxribat törətmək istəyib. Su xəttinin təmiri adıyla Şuşa-Xankəndi yolunda diversiya qrupu olub. Həmin gün Azərbaycan prezidenti daxil olmaqla ölkə rəhbərliyinə daxil olan xeyli şəxs Şuşada tədbirdəydi. Azərbaycan XİN xatırladıb ki, həmin yerdə ermənilər hansısa təmir işi görməzdən öncə ərazidə keçiş çəkən Rusiya sülhməramlılarına xəbər verməliydilər. Ermənistanın bir başqa təxribatı isə Kəlbəcərdə olub. Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Bu təxribatlar üçtərəfli bəyanatın imzalanmasının il dönümü ərəfəsində baş verib. Azərbaycan vaxtaşırı üzləşdiyi bu təxribatlara nə qədər dözümlü yanaşalaq? Düzdür, həm hərbi, həm siyasi-diplomatik vasitələrlə düşmənin təxribatlarına cavab verilir. Fəqət bunlar ermənidir, dinc dayanmaları yoxdur. Sülhə ciddi təhdid olan bu cür təxribatların birdəfəlik dayanması üçün nə edilməlidir?

Rusiya sülhməramlılarının eks komandanı Rüstəm Muradov yenidən Qarabağa səfər edib. Bu arada Qarabağdakı rus hərbi birləşməsinin ilk komandanı və gəldiyi gündən erməni təəssübkeşliyini gizlətməyən, erməni hərbi canilərilə öpüşüb, qucaqlaşan general Rüstəm Muradov da Qarabağa gəlir. Özü də yenə Azərbaycan yox, Ermənistan üzərindən. Ümumiyyətlə, rus hərbçiləri və digər rəsmi şəxslərinin Qarabağa gəliş-gedişinin Ermənistan vasitəsilə baş tutmasının arxasında hansı mesajların durduğunu anlamaq çətin deyil. Necə ki, sülhməramlı adı altında ermənilərin qulluğunda duran, onların az qala alt bezini belə dəyişən rus əsgər və zabitinin davranışlarının nəyə xidmət etdiyini anlamaq üçün də xüsusi istedada ehtiyac yoxdur. Onların ilk komandanı və “mənəvi atası” olan Muradovun məhz bu ərəfədə Qarbağa gəlməsi isə vahid siyasi xəttin və ssenarinin növbəti həlqəsidir. Muradov noyabrın 10-da rus sülhməramlı qüvvələrinin separatçılarla birgə Xankəndində planlaşdırdığı təntənəli tədbirdə iştirak edəcək və özü ilə gətirdiyi 200-dək medalla onları təltif edəcək. Bunun adı, sadəcə, rus hərbçilərini mükafatlandırmaq deyil, həm də Şuşadakı atəşfəşanlığı Xankəndidən içi yana-yana izləyən, əzilmiş, ləyaqətini çoxdan itirmiş, miskin separatçı ermənilərə ürək-dirək vermək, həvəsləndirməkdir. Ona görə də rus hərbi birləşmələrinin Xankəndində, xüsusilə separatçılarla birgə keçirdiyi istənilən tədbirə adekvat qiymət verilməli, bunun sülhyaratma missiyası ilə qətiyyən bir araya sığmadığı Moskvanın nəzərinə çatdırılmalıdır, eynilə də “sülhməramlılar”ın digər fəaliyyətləri – məsələn, erməni məktəblilərinə hərbi biliklərin verilməsi, rus dilinin öyrədilməsinə və s. Çünki bunlar sülhməramlı yox, işğalçı davranışlarıdır. Məlum məsələdir ki, bu gün ermənilərə rus dilini və hərbi bilikləri “yedirdənlər” sabah da Rusiya vətəndaşlığını təklif edə bilərlər – Osetiyada, Abxaziyada, Donbasda, Dnestryanıda olduğu kimi…

Hansı təhlükə var Muradovun bu səfərində? Nələr gözlənilir?

“Digər rayonların azad edilməsindən fərqli olaraq Şuşa əməliyyatında xüsusi tələblər mənim tərəfimdən qoyulmuşdu. Əsas fikir, diqqət və güc tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi”.

Musavat.com xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev bu sözləri “Şuşa, sən azadsan!” sənədli filmində bildirib:

“İçimizdə daim bir hiss olub ki, Şuşanı azad edəcəyik. Bu inam bizdə olub. Mən hətta Müdafiə Nazirliyində bir-iki nəfərə bunu qeyd etmişdim. Vətən Müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Rəsmi Moskva üçtərəfli görüşün tarixi barədə açıqlama verməsə də, onun baş tutacağının anonsunu yaydı. Bu görüş niyə yubadılır?
Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də TV Müsavatın “Canlı debat” verilişində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Exit mobile version