Zəfərin möhürü

Zəfərin möhürü- Rəşad BAXŞƏLİYEV,-Bakü / turkishforum - Abdullah Türer Yener - aliyev azerbaycanzafergunu
,

Zəfərin möhürü- Rəşad BAXŞƏLİYEV,-Bakü / turkishforum – Abdullah Türer Yener

Zəfərin möhürü- Rəşad BAXŞƏLİYEV,-Bakü / turkishforum - Abdullah Türer Yener - aliyev azerbaycanzafergunu

Üçtərəfli bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən sənəddir

Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəni, Zəfər bayramını böyük coşqu ilə qeyd etdik. Şuşada qeyd edilən Zəfər gününün böyük əks-sədası isə bütün Qarabağa yayıldı. Bu möhtəşəm bayram həm Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu şad etdi, həm də düşmənin bağrını yardı.

Şanlı Zəfərin memarı, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşadan bir daha məğlub Ermənistana və onun havadarlarına mühüm mesajlar ünvanladı.

Ermənistanın hərbi kapitulyasiyası

Vətən müharibəsində hərbi gücünün nəyə qadir olduğunu dünyaya göstərən Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlərlə iqtisadi qüdrətini nümayiş etdirir. Eyni zamanda 10 noyabr Bəyanatı Ermənistanın hərbi kapitulyasiyasının müddəalarında göstərilən proseslərin icrasını gerçəkləşdirir. Düzdür, hələ ki, Ermənistan bu istiqamətdə ciddi addımlar atmasa da, Azərbaycan üzərinə düşən öhdəliyi hər zamankı kimi uğurla reallaşdırır.

Ümumiyyətlə, 10 noyabr Bəyanatı 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu, uzun illər davam edən işğala son qoydu. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, vətənpərvər və dəmir iradəyə malik olan xalqdır. İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu.

Üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo, “Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi.

Prezident İlham Əliyev xalqa müraciətində dedi ki, bu məsələdə Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sənədə imza sadəcə olaraq, məcburiyyət qarşısında atılıb. Çünki işğalçı yaxşı bilirdi ki, bu sənədə imza atmasa, Azərbaycan Ordusu az vaxtda Ağdamı, Laçını, Kəlbəcəri də özünə qaytarmaq qüdrətindədir.

Yəni döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən 10 noyabr Bəyanatı ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən sənəddir.

Bəyanatı imzaladıqdan sonra Prezident xalqa müraciətində həqiqətləri açıqladı: “Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur”.

Əlbəttə ki, bu bəyanat imzalanarkən Ermənistanın heç bir şərti qəbul edilmədi. Bu həm də Azərbaycan Prezidentinin diplomatik uğuru idi. Həm də məğlub Paşinyan Qalib İlham Əliyev qarşısında nəsə söyləməyə, şərt kəsməyə cəhd edə də bilməzdi. Heç Paşinyanın həmin sənədi harada imzalaması da bəlli deyildi.

İlham Əliyevin təkidi ilə bəyanata salınan müddəa

Üçtərəfli bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq etdi. Təbii ki, Zəngəzur dəhlizinin, Azərbaycandan Naxçıvana nəqliyyat yolunun açılması böyük strateji əhəmiyyət daşıyır.

Məhz İlham Əliyevin təkidi ilə bu bənd bəyanata salınıb. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq dövlət başçısının təkidli tələbi qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Respublika demək olar ki, blokada şəraitində idi.

Artıq Zəngəzur dəhlizi reallığa çevrilir. Oktyabrın 20-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Zəngilanın Ağalı kəndində dəhlizin təməlini qoyub, xeyir-dualarını verdilər. Bu o deməkdir ki, Azərbaycan Avrasiyada yeni nəqliyyat-kommunikasiya sistemi, yeni nəqliyyat damarı açır. Yəni bu dəhlizin açılması ilə regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.

Bu eyni zamanda regionun inkişafına böyük dinamizm gətirəcək, təhlükəsizliyi möhkəmləndirəcək. Nəqliyyat kommunikasiyalarının açılması həm də Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşuların mənafelərinə cavab verir.

Ümumiyyətlə, qalib Sərkərdənin qətiyyəti, müdrik siyasəti nəticəsində imzalanan bəyanatda əksini tapan bütün müddəaların həyata keçirilməsi erməni xalqının da xeyrinə olduğu üçün ölkə əhalisi N.Paşinyana dəstək verir.

Çünki erməni xalqı anlayır ki, Azərbaycan öz iqtisadi gücü, qüdrəti ilə regionda yeni qlobal layihələr gerçəkləşdirəcək. Bundan səfalət içərisində olan Ermənistan da iqtisadi dividend əldə edə bilər. Ancaq bu prosesdə hakimiyyətlə razılaşmaq istəməyən keçmiş hərbi xunta ara qarışdırmaq, təxribatlar törətməyə cəhd etməklə prosesləri ləngitmək istəyir. Amma reallıq budur ki, artıq hərbi xunta ölkədə heç bir dəstəyə malik deyil.

İlham Əliyev noyabrın 8-də Şuşada məhz həmin qüvvələrə mesaj ünvanlayaraq bir daha xatırlatma etdi ki, əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcək. “Dəmir yumruq” yerindədir.

Göründüyü kimi, regionda yaranmış yeni reallıqlar göstərir ki, indi diktəni İlham Əliyev edir və Ermənistanın yeganə çıxış yolu Azərbaycan Prezidenti ilə hesablaşmaqdır. Əgər məğlub Ermənistan yenə də təxribatçı əməllərə əl atarsa, bu dəfə daha böyük zərbə alacaq.

Rəşad BAXŞƏLİYEV,

Okumaya devam et  İranda dünənki etirazlarda 22 nəfər həbs edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir