Milli Məclisin deputatı Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda şəhid və qazi ailələri ilə bir arada qeyd edib

Milli Məclisin deputatı Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda şəhid və qazi ailələri ilə bir arada qeyd edib - ses Qazeti /turkishforum - Abdullah Türer Yener - ramilhasan

Milli Məclisin deputatı Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda şəhid və qazi ailələri ilə bir arada qeyd edib – ses Qazeti /turkishforum – Abdullah Türer Yener

Milli Məclisin deputatı Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda şəhid və qazi ailələri ilə bir arada qeyd edib - ses Qazeti /turkishforum - Abdullah Türer Yener - ramilhasan

Ucar rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilib.
Əvvəlcə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisinin deputatı Ramil Həsən və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Ucar Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda edən şəhidlərin məzarları da ziyarət edilib, ruhlarına dualar oxunub.
Daha sonra rayon mərkəzində keçirilən mərasimə qatılan tədbir iştirakçıları şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
M.Məmmədov rayon ictimaiyyətini Zəfər Günü münasibətilə təbrik edərək Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ilə qazanılan qələbədən danışıb.
R.Həsən çıxışında bildirib ki, güclü və qüvvətli Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan əsgəri düşməni məğlub edərək tarixin arxivinə gömüb.
Şəhidlərin ailə üzvləri, qazilər də Zəfər Gününün xalqımız üçün önəmindən danışıb, Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan bütün şəhidlərin əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağını söyləyiblər.

Okumaya devam et  İsrailin Laziqiyyə limanına hücumu nəticəsində İranın Suriyaya göndərdiyi silahların 75 faizi məhv edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir