Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq

Baş konsul: "Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq" Gunaz.Tv /Turkishforum - Abdullah Türer Yener - bilalhanpasa
,

Baş konsul: “Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq” Gunaz.Tv /Turkishforum – Abdullah Türer Yener

Baş konsul: "Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq" Gunaz.Tv /Turkishforum - Abdullah Türer Yener - bilalhanpasa

“Pakistan və Azərbaycan yüz ildən artıq davam edən tarixi əlaqələrə malikdir. Bu əlaqələr son bir neçə ildə və xüsusən indi – Azərbaycan torpaqlarını geri qaytardıqdan, şanlı Qələbənin əldə olunmasından sonra daha da möhkəmlənib. Ümid edirik ki, Pakistan və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək”.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri Pakistan İslam Respublikasının İstanbuldakı Baş konsulu Bilal Xan Paşa bildirib.

Baş konsul xüsusilə son dövrlərdə Pakistanla Azərbaycan və Türkiyə arasında artan ticarət, siyasi, diplomatik əlaqələri yüksək qiymətləndirib və Azərbaycan xalqını Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib:

“Dost və qardaş Azərbaycan xalqını tarixi və mənəvi əhəmiyyət kəsb edən Vətən müharibəsindəki qələbəsi münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Pakistandan Azərbaycana ticarət karvanı göndərmişik və eyni karvanın Azərbaycan məhsullarını Pakistana daşıyacağı da gözlənilir”.

O, iki ölkə arasında əlaqələrin daha inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb:

“Gələcəkdə insanlar arasındaki təmasların, əlaqələrin daha da güclənəcəyinə ümid edirik. Əlbəttə, artıq rast gəlinən haldır, lakin hesab edirəm ki bu, daha da intensivləşəcək.

Pakistan və Azərbaycan arasında birbaşa uçuşlar da olacaq. Daha çox turizm və səyahətlə bağlı imkanlar yaranacaq və bir zamanlar uğurlu ticarət yolu olan tarixi İpək yolu yaxın vaxtlarda Pakistan, Azərbaycan və Türkiyənin yeni ticarət əlaqələri üçün yenidən açılacaq”. (report.az)

Ayxan

Okumaya devam et  İlham Əliyevin Zəfər siyasətinin quruculuq mərhələsi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir