BİTMƏYƏN 44, HƏR GÜN DAVAM EDƏN ZƏFƏR..

BİTMƏYƏN 44, HƏR GÜN DAVAM EDƏN ZƏFƏR..- MÜSAVAT /TÜRKİSHFORUM- ABDULLAH TÜRER YENER

Günümüz Zəfərimizdir!
O Zəfər ki, 1 il öncə düşmənlərimizin üzərində qazandıq, torpaqlarımızı azad etdik, 30 illik məğlubiyyət döngüsünü durdurduq.
O Zəfər ki, Azərbaycan xalqını dəyişdirdi, yenilədi, gücləndirdi, ruhlandırdı, böyütdü!
Ö Zəfər ki, dövlətimizin tarixdəki və dünyadakı yerini yüksəltdi, ölkəmizə münasibəti planetar çapda dəyişdirdi.
O Zəfər ki, dünya hərb tarixinə düşdü, ordumuza heyranlıq gətirdi, dərsliklərə yazıldı.
O Zəfər ki, … Şəhidlərimizin Vətən uğrunda axan qanı işğal təqvimlərimizi dəyişdirdi, bizi məğlubiyyət sindromundan çıxartdı.
Sanki dünən idi – işğal təqvimləri bir milli ənənəyə dönmüşdü.
‘’Filankəs Laçının işğal günü toy elədi, filan deputat Zəngilanın işğal günündə özünə ad günü keçirtdi, filan müğənni Füzulinin işğal günündə konsert verdi…’’
Bu kimi ittihamlar qəzet və saytların manşetlərindən düşmürdü.
Şəxsən mən 27 il sonra ilk dəfə ad günümü öz vaxtında qeyd etdim – 23 iyulda!
İŞĞAL TƏQVİMİ hər şeyimizi qaralamışdı (1993-cü ilin 23 iyulunda Ağdam erməni qəsbkarları tərəfindən ələ keçirilmişdi… )…
Ordumuzun böyük qələbəsindən fərdlərin də taleyinə, gününə-güzəranına yazqılar düşdü.
İndi millət olaraq, təqvimlərimiz tam yenilənib.
Ağdamın azad edildiyi gün, Füzulinin qurtarıldığı gün, Zəngilanın, Qubadlının, Cəbrayılın, Laçının, Kəlbəcərin azadlığı günü!
Şuşa günü…
ZƏFƏR GÜNÜ…
***
Şuşa Zəfərin özü oldu!
Şəhidlərimizin ruhuna və Şəhid analarına minnətdarıq, Ordumuza minnətdarıq.
Milləti, Ordunu, Dövləti və … dünyadakı bütün dostlarımızı bir yerə yığaraq, düşmənin dostlarını ustalıqla neytrallaşdıraraq, milli və siyasi həmrəyliyi təşkil edərək, Azərbaycanı Zəfərə daşıyan, Vətən müharibəsinin əsas qəhrəmanı olan Ali Baş Komandana minnətdarıq.
O, ZƏFƏR YOLUnun sehrli bir formulunu tapdı.
Sonra da xalqını arxasına alıb, Əsgərinə ‘’vur’’ dedi!
Vurhavurlu möhtəşəm 44 günü yaşatdı!
BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupu həmsədrlərinin…
(ABŞ, Fransa, Rusiya…)
…həll edə bilmədiyi bir problemi Azərbaycan təkbaşına və 44 günə həll etdi!
Cəmi 44 günə 200 illik erməni iddialarını və ideologiyalarını bitirdik!
Erməni mifini, erməni ordusunu, erməni lobbisinin 2-ci erməni dövləti layihəsini sıfırladıq!
İndi Azərbaycan üzərindən cəmi 1 il keçməmiş, döyüşərək işğaldan azad etdiyi ərazilərimizi bərpa edir, vəhşi bir tayfanın – ermənilərin xaraba qoyduqları Qarabağı, Şərqi Zəngəzuru yenidən inşa edir, kommunikasiyaları açır, hava limanları tikir, yeni əməkdaşlıq platformaları və formatları təmin edir.
İndi biz Qərbi Zəngəzur deyirik…
Türk dünyasını və 3 min kilometrlik TƏK YOLu birləşdirəcək DƏHLİZ deyirik.
Azərbaycan və onun dostları Vətən müharibəsində qan töküb, Şəhid verib, qazandığımız qələbənin – ZƏFƏR GÜNÜnün ilk yubileyini qeyd edirlər.
Əminəm ki, ZƏFƏR GÜNÜnü, Qələbəmizi milli bayram kimi qeyd etmək bundan sonra ənənə halını alacaq.
Və o 44 gün hər zaman bizimlə olacaq.
RƏSMİ ARAYIŞ! Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Davamı isə 10 noyabrdan sonra gələcəkdi!
Gəldi!
Ağdam, Kəlbəcər və Laçın!
Davamı gəlir!
…Xankəndi, Xocalı, Zəngəzur!
Sadəcə, o gəlişə tanıdığımız zamanda fərq var…
BAYRAMIMIZ 44 KƏRƏ QUTLU OLSUN!

A.Türer YENER tarafından

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu. - İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi. - Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde terhis oldu. - 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı. - 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu. Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur. - 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş, Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir. - 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım. Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım. - 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı, Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır. - Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım. Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir. - A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır. - 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur. - A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır. A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur. - Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur. - Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur - A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir. -Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım. -2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.