ŞUŞA QURTULUŞUNUN 1-Cİ İLDÖNÜMÜ


Okuma Süresi: 5 Dakika

ŞUŞA QURTULUŞUNUN 1-Cİ İLDÖNÜMÜ (ANIM GÜNÜ) İLƏ BAĞLI GÜNEY AZƏRBAYCAN QURUMLARININ ƏMƏKDAŞLIQ QURULUNUN BİLDİRİŞİ -guney-azərbaycan / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

2020-11-08 günündə tarixə düşən böyük bir zəfər xəbəri dünya mediasında yer aldı. ”Azərbaycanın Şuşa Şəhəri Ermənistan işğalından azad oldu!” Bu xəbərin yayılması eyn zamanda 2-ci Qarabağ Savaşında Vətənimiz Azərbaycanın Ermənistana və onun yandaşlarına qarşı əzici bir milli zəfərin xəbərçisi oldu. 44 günlük Vətən Savaşında Cabrail, Füzuli, Zəngilan, Qubadlı kimi böyük mərkəzlər ilə birlikdə 300 dən çox yerləşim bölgəsi düşmənin işğalından azad oldu. Qəhrəman Azərbaycan ordusunun zəfəri Şuşa zirvəsinə dayanarkən Güney Qafqazı geopolitik durumu da dəyişdi. Dövlət və millətimizin ruh yüksəlişi bölgənin bundan sonraki bütün siyasi gedişatını etgiləyici müstəviyə qalxmış oldu.
Şuşanın işğaldan qurtuluşu ilə Azərbaycan Türk Milləti və dövləti 200 illik ulusal zəfər həsrətinə son qoydu. Şuşanın qurtuluşu ilə ulusal bayrağımızın dalğalanma alanı yalnız Vətən sınırlarında deyil, bütün dünya üzərində genişləndi. Dünyanın bir çox böyük mərkəzlərində 100 minlərcə soydaşımız əllərində dövlət bayrağı, dillərində isə dövlət himni olaraq meydanlara döküldü. Coşqulu ayaqlanma, alnı açıq millət görüntüsü 50 milyonluq Azərbaycan Türk Millətinin diaspora gücünü artırdı.
Türkiyənin bütün alanlı qardaşlıq sərgiməsi, yalnız 44 günlük Vətən Savaşı sürəcində Türk varlığının nəcə dərin soyköklü olduğunu hərkəsə göstərdi. Şuşanın azad olmasıyla 300 milyonluq Türk Dünyası dərindən sevindi.
Azərbaycan zəfərini qəbul etmək istəməyən Tehran rejimi isə, bütün imkanlarını Ermənistanın düşməməsinə səfərbər edərkən çirkin antitürk siyasətini aşkara çıxardı. Belə ki, cox saylı qeri fars millətlər Qarabağın azadlığından sevinərkən fundamental farsçı rejim yas içində boğuldu. Rejim, öncə silah-sursat dolu kamyonları ilə, sonra isə Azərbaycan Cümhuriyyəti sınırlarında qoşun toplamaqla Azərbaycan düşmənliyini dünyaya göstərdi.
İran rejiminin tərsinə Azərbaycanın Güneyində tam bir milli zəfər küləyi əsirdi. ”Biz Azərbaycan tərəfində deyilik, Biz Azərbaycanın özüyüq! Ya Qarabağ, ya ölüm! Qarabağ bizimdir, bizim olacaq!”… kimi atılan sloqonlar və yazılan plaketlər farsçı mollalar, habelə irançı müxaliflər üçün ölümcül zərbə oldu. Azərbaycan Milli Hərəkatı, Quzey Vətəni üçün yüzlərcə tutuqlu verərək ”bir Vətən, bir Azərbaycan” varlığını ortaya qoydu.

Şuşa zəfəri, Qarabağın bütünlüyünün işğaldan azad olma alarmını səsləndirdi. Bu zəfərın bundan sonrakı diplomatik etgiləri bütün bəlgənın stratejik gəlişmələrinə kölgə salacağı büs-bütün görünməkdədir. Artıq, İran irticası Azərbaycanda at oynada bilməyəcəkdir. Türkiyə, Azərbaycan və Güney Azərbaycan fakturları Tehranın hər gün zəyifləməsinə yol açacaqdır. Türk fakturu bütün bölgənin geopolitikasına kölgə salacaqdır. Zəngəzor dəhlizinin açılması ilə Türk dünyasının olaşım sistemi bölgənin yenidən qurmasına nədən olacaqdır.
8 noyabr 2020, eyn zamanda minlərcə qəhrəman əskərimizin qanlarının bahası qarşılığıdır. Anım Günü başda milli şəhidlərimizin uca ruhuna, minlərcə qazilərimizə, böyük Türk milltinə, Azərbaycanın müzəffər Ordusuna həsr olumuş gündür.
Güneyimizdə hər türlü rejim basqısına qarşın, millətimizin Qarabağ zəfər çoşqusu sürməkdədir. Alınan bilgilərə görə, noyabr ayının 8-nə özəl il dönüm hazırlıqları getməkdədir. Anım Günündə Güneyin bütün yerləşim bölgələrində dadlılar ilə birlikdə zəfər bayramı traktlarının paylaşımı ön görünür.

Biz Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu olaraq Kültür Başkəndimiz Şuşanın azad olmasını başdan Ali Baş Komandanı cənab İlham Əliyev olmaqla böyük Türk millətinə və Azərbaycan xalqına təbrik edir, milli şəhidlərimizin ulu ruhları qarşısında baş əyirik.

Yaşasın (Quzey) Azərbaycan Cümhuriyyəti!
Yaşasın (Güney) Azərbaycan Milli Hərəkatı!
Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu (Əməkdaşlıq Qurulu)
1- Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4- Azərbaycan Öyənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası(GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan Demokratik Türk Birliyi(GADTB)


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Cehaletin adı üstünde başka bir tanımlaması var mı? Varsa birileri bana söylesin Allah aşkına. Şimdi hocanın dediği gibi bu ülke…

  2. İki şişe kullanildiginda uzun süre etkili oluyormu.yan etkileri varmı.prostati yok ediyormu.viagra gibi etkilimi.nefen azdaha uygun değil çok satıp surumden kazansa…

  3. mhp den hiç kimse ,,,hdp leşmiş +iftiracı+yalancı+düşman dostu+ iş yapmaz olan chp ye… akıllı seçmenin iltifat etmesi chp leşmesi mümkün…

  4. rusya eskiden arslan dı.şimdi bitap düştü yani çakal oldu..yinede kırım gibi işgal ettiği yerlere sahip çıkıyor..dünya devletleri işgal etmeyi önlemeli..yani…

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1