İlham Əliyevin Zəfər siyasətinin quruculuq mərhələsi

İlham Əliyevin Zəfər siyasətinin quruculuq mərhələsi- AZERBAYJAN NEWS.AZ / TURKISH FORUM - ABDULLAH TÜRER YENER - aliyev

İlham Əliyevin Zəfər siyasətinin quruculuq mərhələsi- AZERBAYJAN NEWS.AZ / TURKISH FORUM – ABDULLAH TÜRER YENER

İlham Əliyevin Zəfər siyasətinin quruculuq mərhələsi- AZERBAYJAN NEWS.AZ / TURKISH FORUM - ABDULLAH TÜRER YENER - aliyev

lham Əliyevin Zəfər siyasətinin quruculuq mərhələsi
Xalqımız tarixi hadisənin – Vətən müharibəsində qazanılan Zəfərin birinci ildönümü ərəfəsindədir. Müasir tariximizin ən böyük hərbi-siyasi hadisəsi olan bu qələbə dövlətimizin qürurunun və gücünün ifadəsinə çevrilərək, bütün dünyaya xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu Zəfər Prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsi oldu, onun təntənəsinə çevrildi.

Azərbaycan öz haqqını təmin etdi
Prezident İlham Əliyevin yürütdüyü siyasət hələ illər öncədən Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Bu siyasət Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsini təmin edib, Azərbaycanı qlobal enerji təhlükəsizliyi müzakirələrində söz sahibinə çevirib, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirib. İlham Əliyev bütün sahələrdə respublikamızın inkişafına nail olmaqla ona Cənubi Qafqazın lider dövləti statusunu qazandırıb. Təsadüfi deyil ki, uzun illərdir ki, regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin həyata keçirilməsi mümkünsüzdür və bundan sonra da belə olacaqdır.

Azərbaycanın yeganə ağrılı problemi torpaqlarının işğal altında qalması idi. Bu gün ötən illərin reallıqlarını təhlil edəndə görürük ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması İlham Əliyevin siyasi kursunun prioritetini təşkil edib. Dövlət başçısı bütün sahələrdə həyata keçirdiyi fəaliyyətlə həm də torpaqlarımızın işğaldan azad olunmasını əsas hədəf kimi müəyyən edib, hər bir istiqamətdə ərazi bütövlüyümüzün təmin olunması üçün çalışıb. Azərbaycanın həm inkişafı, həm beynəlxalq miqyasda görülən işlər, həm də enerji siyasəti, hücum diplomatiyası və digər uğurlarımız nəticə etibarilə ən böyük tarixi missiyamız olan torpaqlarımızın işğaldan olunmasına tarixi imkan və zəmin formalaşdırıb.

30 ilə yaxın danışıqlar prosesində Azərbaycan heç vaxt öz milli maraqlarına zidd olan təklifləri yaxına buraxmadı. Danışıqlar prosesində Ermənistanın maraqları Qərb tərəfindən nə qədər müdafiə olunsa da, respublikamıza nə qədər təzyiqlər edilsə də, dünya erməniliyi və erməni təəssübkeşliyi öz niyyətini həyata keçirə bilmədi. Azərbaycan inkişaf etdikcə, gücləndikcə Ermənistanı və dünya erməniliyini küncə sıxışdırırdı.

Okumaya devam et  Milli fəal Şahin Bərzgər məhkəməyə çağırılıb

Tarixi şəraitin yetişdiyi an
Ötən ilin sentyabr ayının 27-də Ermənistanın hərbi təxribatları isə artıq tarixi şəraitin yetişdiyi an idi. Vəziyyəti düzgün dəyərləndirən dövlətimiz danışıqlardan anlamayan, aqressiya nümayiş etdirən, Azərbaycanı işğalla təhdid edən Ermənistanı elə döyüş meydanında cəzalandırdı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız İlham Əliyevin “dəmir yumruğ”u ilə cəmi 44 gün ərzində işğaldan azad edildi. Bu qələbə ilə Azərbaycan ziddiyyətli beynəlxalq münasibətlər sistemində, xüsusən beynəlxalq hüquqa məhəl qoyulmadığı bir şəraitdə öz haqqını təmin etdi.

44 gün ərzində döyüş meydanında qazanılmış parlaq hərbi qələbə əslində uzun illər boyu aparılmış danışıqlar prosesində ölkəmizin haqlı və prinsipial mövqeyini qətiyyətlə qorumuş Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalq-iqtidar birliyinin nəticəsi oldu. Bu zəfər onu da göstərdi ki, dövlət başçısı nəyi nə zaman və necə edəcəyini yaxşı bilir.
Bu müharibə həm də İlham Əliyevin diplomatiyasının təntənəsi oldu. Məlum olduğu kimi, ayrı-ayrı dövlətlər və təşkilatlar hər zaman bəyan edirdilər ki, artıq keçmişdə qalmış Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli yoxdur. Bu baxımdan hərbi əməliyyatlar dövründə Azərbaycanın beynəlxalq təzyiqlərlə üzləşəcəyi əvvəldən məlum idi. Erməni təəssübkeşləri müharibə günlərində Azərbaycana çox təzyiqlərin edilməsinə çalışdılar, hətta BMT-də Ermənistanın maraqlarını ehtiva edən sənədin qəbuluna çalışdılar. Lakin niyyətləri puç oldu, çünki Prezident İlham Əliyev özünün uğurlu diplomatiyası ilə bütün təzyiqlərin hamısını əvvəldən neytrallaşdırmışdı.
İlham Əliyev həm də sübut etdi ki, problemin güc yolu ilə həlli mümkündür. Azərbaycan bu qələbə ilə sübut etdi ki, Ermənistanın öz silahlı qüvvələrinin məğlubedilməzliyi, erməni əsgərinin cəsarəti ilə bağlı iddiaları yalandan başqa bir şey deyilmiş. Ermənilərin özləri haqqında yaratdıqları “məğlubedilməzlik” mifi 44 gün ərzində darmadağın olundu. Düşmənin yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. On mindən çox düşmən əsgəri silahını ataraq döyüş meydanından qaçdı. Hər dəfə paytaxtımızdakı Hərbi Qənimətlər Parkına gedəndə ordumuzun gücü və qüdrəti ilə fəxr edirik.

Okumaya devam et  İranda hava çirkliliyi səbəbindən bu qrupdan olan xəstələrin xəstəxanalara müraciəti 30% artıb

İlham Əliyevin müəllifliyi ilə azad edilən ərazilərimiz bərpa olunur
İşğal olunmuş torpaqların azad olunması uğrunda savaşdan qalib çıxan Azərbaycan dövlətinin qarşısındakı ilk missiya otuz ilə yaxın erməni vandallarının vəhşilikləri nəticəsində dağıdılmış ərazilərimizin yenidən qurulması və bərpasıdır. Bu, həm də ölkəmizin milli prioritetlərindən biridir. Çünki illərdir ki, el-oba nisgili ilə yaşayan keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İşğaldan azad olunmuş torpaqların bərpası isə hələ döyüşlərin getdiyi günlərdən başlamışdı və bu onu göstərirdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərini sürətlə bərpa etmək əzmindədir. Ötən ilin noyabrında müharibənin başlanmasından dərhal sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində ilk addımların atılmasına başlanıldı.

Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərinin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıdışı, burada məşğulluğun təmin edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün, ilk növbədə, tələblərə cavab verən infrastruktur mövcud olmalıdır. Hazırda bu ərazilərdə, ilk növbədə, müasir infrastrukturun yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Prezident İlham Əliyev hərbi əməliyyatların başa çatmasından və Azərbaycanın Qələbəsindən sonra dəfələrlə işğaldan azad olunmuş rayonlara səfər edib. Dövlət başçısının bütün səfərləri Qarabağda və Zəngəzurda yeni avtomobil yollarının, hava limanlarının, elektrik stansiyalarının təməlinin qoyulması ilə əlamətdar olub. Bu səfərlər zamanı “ağıllı kənd” konsepsiyası əsasında kəndlərin təməli qoyulub, bir neçə şəhərin baş planı təsdiq olunub, tarixi-mədəni abidələrin bərpası ilə bağlı layihələrə start verilib. Füzuli Beynəlxalq Hava Limanının, bir neçə yarımstansiyanın, Suqovuşana və Talışa gedən yolların qısa müddətdə inşası, Şuşanın bərpası üçün layihələrin həyata keçirilməsi göstərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası sürətlə gedir.

Torpaqlarımızın azad olunmasına gedən yolda olduğu kimi hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində də İlham Əliyev siyasətinin təntənəsi yaşanır. İşğaldan azad edilən ərazilərimiz Prezident İlham Əliyevin müəllifliyi ilə sürətlə yenidən qurulur.

Okumaya devam et  Qaradağ meşələrində yanğın olub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir