İki qardaşın bir zəfəri

İki qardaşın bir zəfəri - AZERBAYJAN.AZ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerikadin

İki qardaşın bir zəfəri – AZERBAYJAN.AZ /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İki qardaşın bir zəfəri - AZERBAYJAN.AZ /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - azerikadin

Eyni ruhun bir əli Türkiyədə yaşayanların, digəri Azərbaycanda yaşayanların niyyətinin, istəyinin arzusunun əlidir. Türkiyənin istiqlal savaşında azərbaycanlı gənclər də bu döyüşlərin iştirakçısı oldular. Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Bu qələbə də iki qardaş xalqın eyni amalının qələbəsi idi.

Ermənistan havadarlarının siyasi, maddi, hərbi yardımlarından bəhrələnməklə Azərbaycan torpaqlarını işğal etmişdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan işğalçı dövlət Qafqazda əmin-amanlığın dağıdıcı nüvəsinə dönmüşdü.

2020-ci ilin sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücuma keçən düşmənin niyyəti baş tutmadı, Azərbaycan əsgərinin qətiyyəti ilə üzləşdi. Prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi kimi tarixə yazıldı. Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Vətən müharibəsi başlayanda minlərlə gənc döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət edirdi. Həmin vaxtlarda Türkiyədə də minlərlə gənc Azərbaycana gəlmək, döyüşlərdə iştirak etmək üçün dövlət orqanlarına müraciət edirdi. Bu müraciətlər eyni ruhun işığı idi və bu işıq döyüşçülərimizin qələbə ruhunu daha da yüksəldirdi. Vətən müharibəsi zamanı Türkiyədə yaşayan bir tanışımın telefon zəngini heç zaman unuda bilməyəcəm. O, atasının təqaüdünü, özünün maaşını döyüşənlərin hesabına köçürülməsində vasitəçi olmağımı xahiş edirdi.

Vətən müharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar demişdi: “Azərbaycan tək deyil”. Vətən müharibəsi bu birliyin dönməzliyinin təsdiqi oldu. Türkiyədə istehsal olunan “Bayraktar”lar da bu müharibənin əsgəri idi. “Bayraktar”lar düşmənin komanda-qərargah məntəqələrini dağıdırdı, canlı qüvvəsini, döyüş texnikalarını məhv edirdi. Azərbaycan Prezidentinin “Bayraktar”ın yaradıcısı Səlcuq Bayraktarı dövlət ordeni ilə təltif etməsi Azərbaycanın türkiyəli gənclərə ehtiramının təzahürüdür, həm də dövlət səviyyəsində.

Qarabağın bu və ya digər yaşayış məntəqəsi işğaldan azad ediləndə Azərbaycanda hansı səviyyədə sevinc yaşanılırdısa, Türkiyədə də eyni sevinc yaşanırdı. Türkiyədə təhsil alan bir tələbə deyirdi ki, noyabrın 8-i gecəsi universitetimizin bütün tələbələri səhərə kimi Ankaranın küçələrində xoş ovqat yaşadılar, Türkiyə ilə Azərbaycanın birliyini ifadə edən şüarlar səsləndirdilər. Bu birlik türkiyəli gənclərlə azərbaycanlı gənclərin qardaşlıq formatlı birliyinin təsdiqi idi. Həmin gecə Ankaranın küçələrində sevinc, bu sevinci yaradan qələbə ovqatı yaşayanlar həm də “Azərbaycan – Türkiyə” mahnısını ifa etdilər. Bu ifa gerçəkliyin musiqi dili ilə bəyanı idi.

Dünya gördü ki, Türkiyə ilə Azərbaycan, böyük tarixi şəxsiyyət Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir, Heydər Əliyevin dediyi kimi, bir millətdir, iki dövlətdir. Belə yaşam fəlsəfəsi ilə formalaşan gənclər bu birliyin sədaqətli əsgəri olub, indi də sədaqətli əsgəridirlər.

Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfər xalqla ordunun birliyinin, iki qardaş dövlətin gənclərinin həmrəyliyinin, Ali Baş Komandanın müzəffər sərkərdəlik qüdrətinin, Azərbaycanın tək olmamasının nəticəsi idi. Bunlar iki dövlətin gənclərinin təkcə bu gününün deyil, həm də zaman anlamında sabahlarının yaşam fəlsəfəsinin mahiyyətidir. Bu mahiyyət milli-xəlqi ruhun eyniliyinin ifadəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən paradda iştirak etmişdi. Dünya ictimaiyyəti də, Azərbaycan – Türkiyə münasibətlərini dəsətəkləyən dövlətlər də, bu münasibətlərə qısqanclıqla yanaşanlar da görmüşdülər ki, eyni ruhda ayrılıq olmayıb və olmayacaq.

Zəfərdən sonra Şuşa şəhərində “Xarıbülbül” festivalı keçirildi. Bu festival həm də Zəfərə görə yaşanılan ovqatın uvertürası idi.

Ruhunuz şad olsun birinci Qarabağ müharibəsinin şəhidləri, ruhunuz şad olsun Vətən müharibəsinin şəhidləri! Mübariz İbrahimov, ruhun şad olsun! Zəfər paradı sizin muradınızın paradı idi, sizin ruhunuza gözaydınlığı paradı idi.

Bu günlərdə Füzulidə beynəlxalq aeroportun açılışı, Zəngilanda aqroparkın təməlinin qoyulması, Zəngəzur dəhlizinin başlanğıcında bu yola iki qardaş dövlətin prezidentinin mənəvi xeyir-duası hər iki dövlətin gənclərinin birliyinin mənəvi simvolu oldu.

Türkiyədə irimiqyaslı meşə yanğınları olanda onunla mübarizədə Azərbaycan gəncləri də iştirak etdilər. Həmin günlərdə Türkiyədə meşə yanğınları Azərbaycanda hamının, o cümlədən gənclərin ruhunu qarsılayırdı, hamı bu yanğıını canı ilə, varlığı ilə hiss edirdi. “Biz səninləyik, Türkiyəm!” şüarı hər bir azərbaycanlı gəncin ürək harayı idi. Həm də heç kim Türkiyə demirdi, Türkiyəm deyirdi. Bu adlandırma da Azərbaycan – Türkiyə münasibətlərinin eyni ruhdan rişələndiyinin təsdiqi idi.

Azərbaycanla Türkiyə bəşərin eyni amalla yaşayan qardaş dövlətləridir. Azərbaycanlı gənclərlə türkiyəli gənclərin birliyi sədaqətin birliyidir. Vətən müharibəsində qazanılan Zəfər həm də Azərbaycanlı gənclərlə türkiyəli gənclərin mənəvi birliyinin Zəfəridir. Bu Zəfər həm də ona görə müqəddəsdir.

Okumaya devam et  Urmuda etirazlar genişlənir- Şəhərə əlavə qüvvələr gətirilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir