Kiçik rolların böyük ifaçısı

Kiçik rolların böyük ifaçısı – azerbaijan-news.az/Turkishforum- Abdullah Türer Yener

Hər dünyaya göz açan tarixə adını yaza bilməyib. Görünür, bunun bir səbəbi var. Çox oxuyub, çox bilmək də hələ dahilik, dühalıq sayılmayıb. Elə tarixi və ədəbi simalarımız olub ki, hətta həyatı məşəqqətlərlə keçib. Acılarına gülən, dərdi dəryalarca olsa da, hərəkət və davranışları ilə insanlara sevinc bəxş edən, ömürlər uzadan sənət fədailərimiz də belələrindən hesab edilib. Adını ədəbiyyat, mədəniyyət, incəsənət tarixinə yazdırmaqla əbədiyyət qazananlardan biri də Fazil Salayevdir.

Yaşasaydı 90 illik yubileyi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə üst-üstə düşəcəkdi.

Simasından gülüş, təbəssüm süzülən, daxilindən isə daima qara qanlar axan Fazil Salayevin tərcümeyi-halını oxumadan da onun haqqında söz açmaq mümkündür. Çünki, əslində, sənətkarların tərcümeyi-halı onun bədii yaradıcılıq salnaməsidir.

Dünyaya gözünü 1931-ci il sentyabr ayında Bakıda açdı. Sanki həmin gün birinci sinfə tələsənlərin ardınca gülümsəyib deyirdi: “…Dayanın, sizi qabaqlayacam…” Məhz belə də oldu: yeddi yaşını, məktəbə gedəcəyi günü gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz yazmağa başladı. 1935-ci ildə, yəni dörd yaşında olarkən öz şəklinin arxasına latın qrafikası ilə yazdı: “Salayev Fazil İdris oğlu”. Bunu görənləri heyrət bürüdü.

Uşaqlığı İkinci Dünya müharibəsi illərinə düşən balaca Fazilin arzusu rəssam olmaq idi. Əli qələm-karandaş tutandan şəkil çəkməyə başlamışdı. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verdi. Rəssamlığı bitirdikdən sonra “Azərnəşr”də tərtibatçı-rəssam kimi işlədi də. Lakin həyat bəzən heç də arzuladığın kimi olmur. Zaman, vaxt keçdikcə arzular da dəyişir, əməllər də. Fazil Salayevin də rəssamlıq sənəti ilə dostluğu müvəqqəti oldu.



“Bizim Toto”nu ekran həyatı



Ailə Fazilin rəssam olacağını düşünürdü. Amma aktyorluq peşəsi bu gənci sehrlədiyi üçün “Azərnəşr”dən uzaqlaşaraq, ovaxtkı Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə qəbul olundu. Hələ rəssamlıqla məşğul olduğu vaxtlarda o, məşhur italyan aktyoru Totoya oxşamaq istəyirmiş: onun kimi güldürməyi, düşündürməyi, bir sözlə, “bizim Toto” olmağı arzulayırmış…

Teatr İnstitutunu bitirdikdən sonra Fazil Salayev Azərbaycan Akademik Dram Teatrına işə qəbul olunur. 1963-1964-cü illər onun bioqrafiyasına sənətdə yeni dövrün başlanğıcı kimi yazılır. Çünki məhz həmin illərdə görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazil Salayevi “Möcüzələr adası” filmində kiçik bir rola çəkir. Fazil Salayev eyni vaxtda Ağarza Quliyevin lentə aldığı “Ulduz” filmində müxbir rolunu oynayır. Bir müddət paralel olaraq teatrda və kinoda çalışır. Bir müddət sonra iş yerini Akademik Dram Teatrından Musiqili Komediya Teatrına dəyişsə də, yaxşı bilirdi ki, nə vaxtsa kino onu teatrdan, sevimli sənət ocağından uzaqlaşdıracaq.

Fazil Salayevin kinoya daha çox meyil göstərməsinin səbəbləri də maraqlı olub. Kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Oynadığı şən və ciddi rolun hamısının canına bir incə yumor qatdığını, kinonun dili ilə təqdim etməyin daha asan olduğunu düşünürdü. Ona elə gəlirdi ki, kiçik bir jest, eləcə də qeyri-adi olmayan mizan ekranda teatrdan fərqli, tamam başqa təsir bağışlayır. Sən demə, o, düşüncəsində yanılmırmış.

Fazil Salayevin kinoda uğurları bir-birini “qovurdu”. Azərbaycanın kino tarixinə yazılan “777 №-li iş”, “Axırıncı aşırım”, “Alma almaya bənzər”, “Arvadım mənim, uşaqlarım mənim”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dərviş Parisi partladır”, “Günlərin bir günü…”, “26-lar”, “Qanun naminə”, “Möcüzələr adası”, “Ögey ana”, “Rəqiblər”, “Sən niyə susursan?”, “Şərikli çörək”, “Şir evdən getdi”, “Ulduz”, “Ulduzlar sönmür”, “Ürək… Ürək…”, “Var olun, qızlar…”, “Vulkana doğru”, “Yeddi oğul istərəm…” kimi bir-birindən dəyərli filmlərimizdə ən kiçik, epizodik obrazlarla tamaşaçı sevgisi qazanan Fazil Salayev sənət dostlarının da xatirələrində əbədiləşib.



Tamaşaçı sevgisi, peşəkarların xəsisliklə söylədikləri xoş sözlər və…



Ölməzlik qazanan sənətkarın filmlərdəki qəhrəmanları ilə yanaşı, “Mozalan” satirik kinojurnalında yaratdığı tipajlar da uzun müddət tamaşaçını öz təsiri altında saxlamağı bacarır. Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət olunmaqdan əldən düşən və axırda şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez iclaslara, görüşlərə çağırılıb yarıtmaz işçiyə çevrilən qəhrəmanları ilə hər dəfə ekranda görüşməyə imkan tapanda gah gülür, gah halına acıyır, gah da təəssüf hissi keçirirsən.

O, dünyanın hansı nöqtəsində yaşasaydı, şəksiz, şöhrət zirvəsinə yüksələcəkdi, maddi cəhətdən təmin olunacaqdı. Sovetlər dönəmində yaşamış və çalışmış Fazil Salayevin taleyinə isə, təəssüf ki, ancaq biganəlik, diqqətdən kənarda qalmaq yazılmışdı. Buna görə də təltiflərin, fərqləndirmə, həvəsləndirmə üçün verilən mükafatların, çoxsaylı diplomların biri də ona qıyılmadı. Lakin bu, ona dərd olmadı. Qazandığı tamaşaçı sevgisi, bir də peşəkarların, nədənsə, çox xəsisliklə sənəti barədə söylədikləri xoş sözlər oldu.

Səhnədə və kino ekranlarında daima tamaşaçılarına gülüş bəxş edən, sənətinə, istedadına veriləcək qiymətə, xoş sözlərə, yaradıcılıq üçün imkanlara möhtac aktyor fikir-xəyaldan bir anlığa da olsa ayrılmaq üçün içsə də, bu, onun dərdini heç yüngülləşdirmirdi. Bir yandan atasının ölümü, dünyaca sevdiyi anasının xəstələnməsi, eləcə də onu yaxalayan qəfil zob xəstəliyi dərdini birə-beş çoxaltmışdı…

Qırx yeddi yaşında, ömrü yarı yolda qırılan aktyorun doğmaları, neçə-neçə sənət dostları, tanış-bilişləri onunla bağlı qəribə əhvalatları, məzəli söhbətləri danışdıqca sənətkarın yoxluğuna inanmırsan: “…İnanmırsan ki, kiçik qızı Ofelyanın ad günündə, iyunun 19-da son saatlarını xəstəxana divarları arasında keçirən zaman necə sevinmişdi. Sarıqlı boğazını arıtlamağa taqəti olmasa da, axır dəqiqələrində güclə udqunaraq qızına xoşbəxtlik arzulamışdı… Və bir gün sonra, 1978-ci il iyunun 20-də dünyasını dəyişmişdi. Çoxlarının “əhli-kef” saydığı, əslində, bütün vücudunun qəmlə şələləndiyi gözündən görünən, təkliyə çəkilib özüylə baş-başa qalmaqdan təsəlli tapan Fazil karvanını sürüb beləcə getdi…”



Heç özü də baş rolları istəməyib…



Əslində, Fazil Salayevin arzuları böyük olub. O, səhnədə də, ekranda da oynamadığı, arzusunda olduğu çox rollar qoyub getdi. Onu görənlər, onunla yaxınlıq edənlər yaxşı bilirlər ki, o, həqiqətən, çox istedadlı, sənətə ürəkdən bağlı bir aktyor idi. Fazil Salayev heç özü də baş rollar istəməyib. Deyirmiş ki, mənə kiçik rollar verin, mən onları böyük rollar səviyyəsinə qaldıra bilərəm. Doğrudan da, elə filmlər var ki, Fazillə yadda qalır. Onun rolları tamaşaçıda, əsl mənada, filmə maraq oyadır. Fazil Salayevin rolları kiçik olsa da, bütövdür. Onun “kiçik” qəhrəmanlarında bir böyüklük duyulur.

Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyirdi: “Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar: o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı… Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans… O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı…”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur həmkarı Fazil Salayevlə tanışlığını belə xatırlayır: “Mən tələbə olanda Fazil Salayev “Azdrama”da işləyirdi. O, Allahın möcüzəli, istedadlı aktyoru idi. Fazil “Azdrama”da elə də böyük rollar oynamayıb. Məsələn, “Ölülər”də Cəlalı oynayırdı. Digər tamaşalarda da epizodik rollardaydı. Ancaq qeyri-adi koloritli, duzlu aktyor idi. Nə qədər istedadlı olsa da, onu layiqincə qiymətləndirmədilər. Hətta kateqoriyasını artırmırdılar ki, normal maaş alsın”.

Sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov da Fazil Salayev haqqında xatirələrini bölüşüb: “Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə istedada malik aktyor yox idi. Onun komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi… Uşaq kimi saf və təmiz xarakterli adam olub Fazil Salayev. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostları Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib… Fazil “Molla Cəbi” tamaşasında Əliağa Ağayevlə tərəf-müqabili olub. Əliağa Ağayev deyirmiş ki, “Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı…”

Bir vaxtlar televiziya ekranlarında gedən “Komediyalar aləminə səyahət” verilişində tez-tez səhnəciklərdə çıxış edən istedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da, oynadığı rolları, mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq azalmayıb, əksinə, Fazil Salayev kimi sənət fədailərinə ehtiyac duyulduğu bu günlərdə daha çox hiss olunur.



Məhəmməd NƏRİMANOĞLU,

A.Türer YENER tarafından

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu. - İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi. - Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde terhis oldu. - 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı. - 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu. Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur. - 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş, Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir. - 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım. Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım. - 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı, Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır. - Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım. Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir. - A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır. - 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur. - A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır. A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur. - Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur. - Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur - A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir. -Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım. -2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.