İlham Əliyev yeni Şuşanın baş memarıdır

İlham Əliyev yeni Şuşanın baş memarıdır. -Azerbayjannews.az /Turkishforum – Abdullah Türer Yener

“Zəfər yolu” ilə Füzulidən Xocavəndə və Şuşaya doğru irəlilədikcə çoxsaylı ağır inşaat texnikalarını – ekskavatorlar, kranlar və yük maşınlarını müşahidə etdik. Yolboyu demək olar ki, hər yerdə qızğın tikinti işləri gedir. Yollar, körpülər, tunellər, su və elektrik xətləri, drenaj sistemləri inşa olunur. Bu torpaqları işğaldan azad edən dövlətimiz indi ona yeni həyat bəxş edir. Qarabağın mirvarisi olan Şuşanın özü isə elə şəhərin girəcəyindən görünür ki, böyük tikinti meydanıdır…

Şuşaya Prezidentin 5 səfəri
Şuşa qədim Azərbaycan şəhəridir. Hər küçəsində xalqımıza məxsus dəyərlərin, milli mədəniyyətin, milli arxitekturanın izlərini yaşadır. Şəhərdəki hər bir ev, möhtəşəm qala divarları, məscidlər, qədd-qamətli minarələr keçmişimizdən soraq verir. Şuşa xalqımızın elə bir möhtəşm mədəni abidəsidir ki, düşmən onu erməniləşdirə bilmədi. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Çünki Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qaldı. İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Ermənistan işğal dövründə nə qədər cəhd etsə də, Şuşanı məskunlaşdıra da bilməyib və şəhərdə əsasən hərbçilər yaşayıblar. Erməni diasporunun hesabına nə qədər layihələr həyata keçirilsə də, işğalçılar Şuşanı turizm məkanına çevirə bilməyiblər. Fransadan və digər ölkələrdən nümayəndə heyətləri gəlsə də, hər il müxtəlif idman yarışları keçirilsə də, ermənilər Şuşa ilə bağlı hədəflərinə yetişməyiblər. Çünki Şuşa heç vaxt yadları qəbul etməyib.

Bütün bunlar barədə danışan Prezident İlham Əliyev deyib: “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”.

Hazırda şəhərin bərpası və yenidən qurulması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəni Şuşa rayonuna təyin edib. 2020-ci ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər 15 dəfə işğaldan azad olunmuş rayonlara səfər edən Prezident İlham Əliyev 5 dəfə Şuşada olub.

Dövlət başçısı 2021-ci il yanvarın 14-də ilk daxili səfərini də məhz Şuşaya edib.

Həmin səfər zamanı dövlət başçısı şəhərdə icra ediləcək layihələrlə bağlı tapşırıq və tövsiyələrini verdi. Dövlət başçısı üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənaları da vardı. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi. Bu səfərin İlham Əliyev üçün xüsusi bir tarixi önəmi həm də ondan ibarət idi ki, o, dövlət müstəqilliyinin bərpasından sonra Şuşaya səfər edən ilk Azərbaycan Prezidentidir. İlham Əliyev həm də bu müqəddəs ünvana Şuşanın xilaskarı, 44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi.

Şuşa tarixi şöhrətini bərpa edir

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşada da ilkin olaraq infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlər həyata keçirilib. O cümlədən Şuşada infrastrukturun, tikililərin mövcud vəziyyəti – mənzil fondu, binaların dayanıqlığı araşdırılıb. Həmçinin tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun təyin edilməsi istiqamətində araşdırmalar aparılıb.

Şuşanın bərpa və yenidənqurulması isə elə şəhərin girişindən bəlli olur. Şəhərə yerin altından yeni kommunikasiya xətləri çəkilir, küçələr təmir olunur, hər tərəfdə ağır texnikalar işləyir, qızğın iş gedir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlət başçısının bu sözləri yanvar ayından reallığa çevrilib. Dövlət başçısının Şuşaya ilk səfəri zamanı şəhərin bərpası istiqamətində birinci addım kimi Natəvanın, Üzeyir bəyin və Bülbülün büstləri əvvəlki yerlərinə qoyulub.

Hazırda büstlərin olduğu ərazidə bərpa işləri gedir, o cümlədən önündən Ali Baş Komandana məruzə edilən icra hakimiyyətinin binası da tamamilə yenidən qurulur. Şuşada onu da gördük ki, cəmi 11 ay əvvəl azad edilməsinə baxmayaraq, işğal dövründə düşmənin erməniləşdirməyə çalışdığı, buna nail olmadıqda isə baxımsız vəziyyətə saldığı şəhərdə xeyli bərpa və yenidənqurma işləri aparılıb.

Vaqifin məqbərəsi artıq əvvəlki görkəmi saxlanılmaqla bərpa edilib, ətrafı abadlaşdırılıb. Bu ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanan bərpa işləri bir neçə aya yekunlaşıb. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Vaqifin Şuşadakı evinin yaxınlığındakı büstü də yenidən qurulub. 1992-ci ildə Şuşanın işğalından sonra şəhərdəki digər abidələr kimi büst də vandalizmə məruz qalaraq dağıdılmışdı.

Şuşada baş çəkdiyimiz növbəti ünvan Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyi oldu. Bura da işğal dövründə vandallığa məruz qalmışdı. Şuşada olarkən bu ünvana da baş çəkdik. Şuşanın məşhur ünvanlarından olan ev-muzey bir neçə ay ərzində nəfis şəkildə bərpa edilib. Bülbülün ev-muzeyinin direktoru Fərhad Hacıbəyli bildirdi ki, bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır. Fərhad Hacıbəylinin sözlərinə görə, Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.

Öyrənirik ki, Şuşada bərpa edilən abidələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlidir. Bu abidə 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Üzeyir bəy Hacıbəylinin Şuşa şəhərində Ermənistanın işğalınadək ev-muzeyi də fəaliyyət göstərib. Ermənilərin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib. Heydər Əliyev Fondu tərəfindən ev-muzeydə aparılacaq işlər üzrə layihə hazırlanıb. Həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur.
Şəhər kompleks şəkildə bərpa olunur
Şəhərdə həyata keçirilən ilk layihələrdən biri “Şuşa” yarımstansiyasının inşasıdır. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikasında, regionun energetika tarixində rekorddur.

“Xarı Bülbül” hoteli və onun nəzdindəki 48 mənzilli korpus da Şuşanın ilk quruculuq ünvanlarından biridir. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.

Şəhərdə həmçinin “Qarabağ” hoteli də istifadəyə verilib. 1980-ci ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə bu hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib.

Rəsm Qalereyası, o cümlədən Xalçaçılıq Qalereyası da şəhərin bərpa olunan yeni ünvanları sırasında yer alır.

Şuşada həyata keçirilən işlər çərçivəsində Mehmandarovların malikanə kompleksi də bərpa edilir. Malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarix-memarlıq abidələrindən biridir. Öyrənirik ki, erməni vandallar işğal dövründə kompleksə daxil olan böyük yaşayış evini tamamilə dağıdıblar. Hazırda kiçik yaşayış evində və kompleksə daxil olan məsciddə bərpa işləri aparılır.

Getdiyimiz ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi oldu. Vaxtilə şəhərdə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhər ağa və Saatlı məscidləri. Şəhərin azad edilməsindən sonra onların da təmirinə başlanılıb. Yuxarı Gövhər ağa məscidində isə bərpa işləri başa çatıb və ziyarətçilərin üzünə açıqdır. Həmçinin bu ilin may ayında Şuşada yeni məscidin də təməli qoyulub.

“Xan qızı” bulağına da baş çəkdik. Şuşa işğaldan azad olunandan qısa müddət sonra yenidən istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şair kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Şəhərdə həyata keçirilən layihələrdən biri də 1 saylı məktəbin inşasıdır. Qeyd edək ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz bu məktəblə qoyulub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

“Otel və Konfrans Mərkəzi” də şəhərdə təməli qoyulan binalardan biridir. Qədim dövrdə Şuşa Böyük İpək yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib-gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaralar tikilirdi. Karvansara konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, “Zəfər yolu”nun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

Şuşada onu da müşahidə etdik ki, artıq ölkəmizin tanınmış market şəbəkələrinin – “Bravo”, “Araz” və “Bolmart”ın mağazaları, o cümlədən “Qoç ət” restoranlar şəbəkəsinin restoranı da fəaliyyətə başlayıb. Şəhərdə yeni yaradılmış xidmət obyektlərində çalışanlar əsasən şuşalılardır.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev avqustun 29-da Şuşada səfərdə olarkən ona şəhərin baş planı təqdim olunub. Baş planda şəhərin tarixi əzəmətinin qorunması əsas götürülüb, yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri öz əksini tapıb. Baş planda şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur. Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yol da inşa ediləcək. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bərpa-tikinti işləri zamanı milli memarlıq adət-ənənələrimizi özündə əks etdirən ornamental kompozisiyalar və elementlər tətbiq edilir. Həmçinin fasadların üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunur. Burada gördüklərimiz onu deməyə əsas verir ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.



Rəşad CƏFƏRLİ,

A.Türer YENER tarafından

Babasının Türk Silahlı Kuvvetlerinde Subay olması nedeni ile 8.09.1944 Senesinde Çanakkale- Gelibolu/ Bolayırda doğdu. - İlk okul tahsilini Erzurum ve Elazığda yaptı. Ortaokul ve Liseyi İstanbul Bakırköyde bitirdi. - Askerliğini 1965 senesinde Türk Deniz Kuvvetlerinde , Heybeliada Deniz Harp Okulunda yaptı .31.12. 1967 senesinde terhis oldu. - 1968 senesinde kısa bir dönem, İstanbulda yayınlanan Günaydın Gazetesinde çalıştı. - 1.04.1968- 1.10.1990 seneleri arasında Türkiye faaliyet gösteren Mobil Oil Türk A.Ş firmasında çalıştı ve buradan emekli oldu. Emekli olduktan sonrada muhtelif Açık hava Reklam firmalarında Genel Müdür Yardımcılıklarında bulunmuştur. - 1980 senesinden sonra kurulan İDİL- URAL TÜRKLERİ KÜLTÜR VE YARDIMLAŞMA DERNEĞİ'nin kuruluş çalışmalarında bulunmuş, Kurucu yönetim kurulu üyesi olarak görev yapmıştır..Halen bu derneğin üyesidir. - 1990 tarihinden 2004 senesine kadar İstabul Zeytinburnunda bulunan ,KAZAK TÜRKLERİ VAKFINDA Genel Sekreter olarak çalıştım. Halen Zeytinburnunda bulunan KAZAK TÜRKLERİ VAKIF BİNASININ yapılmasında Kazak Türkleri Vakfı kurucu üyeleri ile çalıştım. - 1992 senesinden itibaren o zamanlar Almanyada ikamet eden ,Dünya Tatar Ligi Genel Başkanı ve Tataristan Yasama Organı, Milli Meclisin Fahri üyesi Rahmetli Sayın Ali Akış büyüğümüzle devamlı mektuplaşarak ve telefon görüşmeleri yaparak İdil, Uralla ile ilgili bilgileri kendilerinden aldım. Bana gönderdikleri mektuplar halen bende bulunmaktadır. - Tataristan Cumhuriyeti , Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içinde bulunmaktayım. Rusya federasonuna bağlı Tataristan Cumhuriyetinde kurulu ,Bütün Dünya Tatar Girişimci Destek Kuruluşu 29.03.2013 tarihli resmi belgelendirme ile A.Türer yener ' i Türkiye ve Tataristan arasındaki Yatırım ve İş projeleri, Ticaret,Kültür, ilişkileri ile tüm gerekli görüşmeleri gerçekleştirmek üzere vekil tayin etmişlerdir. - A.Türer Yener 1995 senesi Mart ayında Türkiyede kurulu 23 Türk dernek ve Vakıf Yönetim kurullarınja ,Türkiye Cumhuriyetinde ilk defa bir araya getirerk Kazak Türkleri Vakfı adına Yemek vermiş Türk boylarının müzikleri Tümata Grubu tarafından çalınmış duygulu anlar yaşanmıştır. - 19.3.1995 tarihinde TRT-1 Televizyonunda Sayın Mustafa Yolaçanın programında ,TRT Televizyonu Müdür Sayın Mustafa Gerçekerin büyük yardımları ile Türkiye Cumhuriyetinde İlk defa NEVRUZ BAYRAMI TÜRK BAYRAMI OLARAK kutlanmıştır. Progaram canlı olarak 2 saat boyunca Asya ve Avrupa yayınlanmış Türklerde Nevruz bayramı anlatılmış, Yine Tümata Grubu liderleri Doc.Dr.Oruç Güvenç ile otantik Orta asya Türk müziği konseri verilmiştir. Ayrıca orta Asya Türk kıyafetlerini yansıtan bir defile sunulmuştur. - A.Türer Yener Türk dünyası ile ilgili her sene yapılmakta olan yurt içi ve dışı toplantılarda bulunmaktadır. A.Türer Yener 'in; Anne ve baba ailesi -1800 senelerinin sonlarına doğru Türkiyeye gelerek yerleşmişlerdir. ailesi çok geniş aile topluluğudur. - Baba Tarafı Kazan Tatar -Türklerinden , Orenburg kökenli Şeripov ailesinden olup ve Kazan da Apanay ailesi ilede yakın akrabalık ilişkileri bulunmaktadır. ailesine 6 kuşak kadarına kadar ulaşmıştır. Tataristan ve Başkurtıstanda ailelerini bulmuştur. - Anne tarafı Rusya Federasyonuna bağlı Kubandan Türkiyeye 1800 senelerinin sonlarına doğru, Türkiyeye gelerek Balıkesire yerleşen çerkezlerdendir. Ubıh boyundan olup, Cizemua ailesindendirler. Pşizemuktur - A.Türer Yener , ,halen Merkezi Newyorkda olan Dünya Türkleri Birliğinin Türkiyedeki haberleşme ayaklarından biri olup, email ortamında, Dünya Türk Birliği ,Turkish forum-Türk dünyası , Türk dünyası gazeteciler Federasonu üyeleri ile karşılıklı olarak haberleşmektedir. -Halen Bulgaristan Türkleri derneğinin Başkan Danışmanlığını ve Türkiye Azerbaycan Dernekleri Federasyonu Danışma kurulu üyeliğini yapmaktayım. -2015 -2020 seneleri arasında Azerbaycan Cumhuriyeti Bakü merkezli voicepress.az haber ajansının resmi Türkiye Temsilciliğini yapmaktayım

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.