· Tarixin Post Qərb Mərhələsi


Okuma Süresi: 6 Dakika

Tarixin Post Qərb Mərhələsi..
Yasemen Qaraqoyunlu – AZERBAYCAN BAKÜ

Bir vaxtlar İqtidar Rusiyanın əleyhinə yazmağı qadağan etmişdi. Ölkəmizdə Rusiyanın əleyhinə fikir bildirmək az qala cinayət kimi alqılanırdı. Ümumiyyətlə totalitar cəmiyyətlərdə akademik düşüncə azadlığı olmur, düşüncə və milli iradə iqtidarların siyasi rejimlərinin konyukturuna uyğun formalaşır.

İndi də Müxalifətdə olan dostlarımız Qərbin əleyhinə yazmağı, anti Qərb əhval ruhiyyəsini yaymağı israrla pisləyir.
Qərbin əleyhinə yazılan yazıları həyəcanla qarşılayırlar. Sanki inandıqları bütlər qırılır.

Ölkəmizdəki İqtidarla müxalifət təmsil etdikləri zehniyyət, fikir və dəyər baxımından o qədər eynidirlər ki…İkisi də totalitarizmi təmsil edirlər. Biz bir totalitar zehniyyəti devirib o birisinimi hakimiyyətə gətirəcəyik ki. İşğalçı Rusiya pərəstləri yola salıb işğalçı Amerikanpərəstlərimi hakimiyyətə gətirəcəyik? Nə dəyişəcək? Bizim istədiyimiz budurmu? Köləliyin, asılılığın sadəcə mərkəzlərimi dəyişəcək? Toplum bunu düşünmək zorunda.

Birisi Moskvanı, birisi Vaşinqtonu, Londonu bizə Məkkə kimi göstərirlər.

Bu ölkədə Rusiyanın da, Qərbin də İranın da əleyhinə yazanlardan biriyəm. Həm Rusiya işğallarına qarşı, həm Qərb imperializminə qarşı yazanlardan, əleyhinə çıxanlardan biriyəm. Bu gün Afrikanın bəlkə 30 ölkəsi fransızca danışır və uzun müddət Fransa müstəmləkəsi olmuşlar. Lakin bu ölkələrin inkişaf səviyyəsi o qədər aşağıdır ki, aclıq, qıtlıq, xəstəlik, səfalət …Qərbin Afrikada Asiyada sömürgə və işğal etdikləri ölkələrin amansız sömürülməsi kölələştirilməsi soyqırımları və inkişafdan geri tutulmaları haqqında minlərlə əsərlər yazılmışdır, minlərlə faktlar Qərbi bizə Məkkə kimi göstərənlərin əleyhinə bar bar bağırır. Sadəcə Qitə Avropasının inkişafı və rifahı naminə bütün Asiyanı Afrikanı məhv etmək siyasəti ədalətli və əxlaqi deyildir. Avropa 1950 ci illərə qədər Afrikanı, Asiyanı müstəmləkə etdi, sömürdü, bu qitələrdəki xalqlar bu gün ingiliscə, fransızca danışsa belə, Avropadakı kimi inkişaf səviyyəsinə və şüura çata bilmədilər, bu xalqlar Avropa dövlət, cəmiyyət modelini öz ölkələrində qura bilmədilər. Amerika 50 ildir Orta Doğuya Yaşıl Qurşaq adlı siyasi proje ilə guya demokratiya gətirməyə çalışırdı, lakin terror təşkilatları və xaos gətirdi. Yetər artıq. Amerika, Avropa, Rusiya çağı bitdi, bitməli.

Amerikanın Avropanın öz içində Qərb mədəniyyətini, sömürgə sistemini, ədalətsiz kürəsəl hegemoniyasını, kürəsəlləşmə prosesini tənqid edən yüzlərlə akademisyenlər, fikir adamları, siyasətçiləri var . Bu mədəniyyət , bu kürəsəl hegemoniya sistemi Allah, İnsan və Təbiət arasındakı birliyi, harmoniyanı pozub, bəşəriyyəti ekoloji fəlakətlərə sürükləmişdir. Qərbin özündə Frutje Kapra kimi filosoflar Batı düşüncəsində dönüm noktası adlı əsərində bəşəriyyəti xilas etmək üçün doğaçı fəlsəfələrə sarılmalıyıq, Daosizmə, Şamanizmə sarılmalıyıq yazır. Nə qədər antitexnokratik fəlsəfələr yaranıb. Liberalizmi, Neoliberalizmi tənqid edən nə qədər siyasət fəlsəfəçiləri var. O halda siz nədən Qərbi ölkəmizdə eleştirilməz model kimi təbliğ edirsiz? Artıq tarixin yeni post qərb mərhələsi başlanır. Tarixin post qərb mərhələsi nə İlham Əliyevin nə Əli Kərimlinin təmsil etdiyi totalitar düşüncə və ritorikalarla idarə edilməyəcəkdir. Artıq dünyada Yeni fəlsəfə, yeni baxış acısı , yeni idarəetmə modelləri yaranmaqdadır. ..

Nə iqtidarın nə müxalifətin intellekt səviyyəsi, ritorikası şərhləri və təbliğatları bizi qane etmir, inandıra bilmir. Nə İqtidar nə müxalifət siyasi düşərgəsi öz düşüncəsi və intellektual interpretasiyaları ilə bizə yol, hədəf göstərmək gücündə deyil.
Nə demişdik? Qarabağın açarı Azərbaycandadır, Türk Millətindədir, Türkiyə Azərbaycan birliyindədir, Türkiyə Azərbaycan Pakistan strateji əməktaşlığındadır demişdik.

İndi də deyirik. Bizim gələcəyimiz, strateji inkişaf seçimimiz, dövlət və toplum inşa etmək modelimiz nə Rusiya modelinə, nə Qərb modelinə bağlı olmamalıdır. Biz öz tarixi iç dinamiklərimizdən qaynaqlanan, özümüzə məxsus Türk milli modelimizi qurmalıyıq.
Dünya yenidən dizayn olmalıdır. BMT yenidən formalaşmalıdır. Sadəcə Qitə Avropasının və Amerikanın deyil, bütün qitələrin və ölkələrin bərabər azad yaşamasını əsas alan yeni uluslararası etika, hüquq anlayışı formalaşmalıdır. Sadəcə Qərb mədəniyyəti deyil, bütün mədəniyyətlər yaşamaq və özünü ifadə etmək haqqına sahib olmalıdır. Qərbin, Qərb mədəniyyətinin kürəsəl egemenliyinə son qoyulmalıdır. Bütün mədəniyyətlər öz hövzələrində yaşamaq haqqına sahibdir…

Biz ölkəmizin təcrid olunmasından danışmırıq, əksinə harda yaxşı olan nə varsa, Rusiyadan da, Qərbdən də, Çindən də, Hindistandan da alalım deyirik. Lakin aldıqlarımızı öz dəyərlərimizlə bişirib cilalayaq, milli rəng verək deyirik.

Biz bunları deyirik. Arxayın olun, Düşüncəmiz və fəlsəfəmiz, təmsil etdiyimiz dəyərlər nə Rusiyaya bağlıdır nə də Qərbə.
Tarixin elə çağları olur ki, millətlər yenidən güc toplamaq üçün bir müddət içə dönürlər, milli enerjini içə dönməklə cilalayıb yeni güclə uluslararası alana çıxırlar.

İçə dönmədən, milli enerjini yüksəltmədən, öz identikliyini təsbit etmədən, millətləşmə sürəcini tamamlamadan hansı mədəniyyətə inteqrasiya olunsan orada əriyib yox olacaqsan deyirik.
Nə Qərb modeli kamil və müqəddəsdir, nə də Rusiya modeli. İkisi də eleştirilə bilər. Eleştriyə açıqdır. İnsan oğlu daim ən mükəmməl toplum inşa etmək, dövlət qurmaq axtarışındadır. Zəka daim ən yaxşını axtarır, xəyal qurur, fikir ürətir. Məğər Qərb haqqında fikir ürətmək olmazmı. Sivilizasiya ancaq Qərbdə deyil ki…
O zaman Qərbin əleyhinə yazılar yazılmağından niyə narahat olursunuz…


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. bu mektubu şiirleştirip seslendirdim bilmiyorum ne kadar duygu katabildim yorum sizlerde youtube burak ilarslan

Son Yazılar

  • FEYM GRUBU BÜLTENİ
    Okuma Süresi: 6 Dakika Ermeni Faaliyetleri (15 Ağustos 2022) 1.. “Surmalu AVM” patlaması…“Surmalu” alışveriş merkezinde, yaklaşık 1 gündür yangınla mücadele […]
  • KAZAN TATARLARININ KARAKTERİ
    Okuma Süresi: 8 Dakika Köklü bir geçmişe ve zengin bir kültüre sahip olan Kazan Tatarları, tarihçilerin fikrine göre ünlü Hun […]
  • HAKLAR HER GEÇEN GÜN YOK EDİLİYOR
    Okuma Süresi: 1 Dakika RUSYA’DA RUS OLMAYAN HALKLARIN HAKLARI HER GEÇEN GÜN YOK EDİLİYOR. Rusya içerisinde Rus olmayan halkların hak […]
  • Bir Somun Eğitim
    Okuma Süresi: 4 Dakika Geçtiğimiz günler içinde sizde gazetelerde okuyup şaşırdığınız bir çok haberler içinde bir tanesine hayret ettiğinize inanmaktayım. […]
  • DİNCİLERE KARŞI BİRLEŞMEK
    Okuma Süresi: 3 Dakika Bizim güzel ve mükemmel din İslam’la bir alıp-veremediğimiz yoktur. Bizim kavgamız bu güzel, akıl ve mantık […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.