Peçə, narkotik, terror, silah, saqqallı molla obrazları…


Okuma Süresi: 7 Dakika

İslam dünyasına tuşlanmış silahlar: Peçə, narkotik, terror, silah, saqqallı molla obrazları…
Yasəmən Qaraqoyunlu Baku

İslam bu deyil. Çağımızda İslam peçə, sarıq, sakkal, narkotik və silah obrazında təqdim edilir. Bu obraz, bu model XVIII əsrlərdən etibarən Batının yaratdığı İslam modelidir. İngiltərənin, ajan Lavrensinin yaratdığı obrazdır. İslam Hz.Məhəmməddir, Hz. Əlidir, İbn Sinadır, Fərabidir, N.Tusidir, Fizulidir, M.İqbaldır, Cəmaləddin Əfqanidir, Əli Bəy Hüseynzadədir, Maturidir, Qəzalidir, Yəsəvidir, Sufilərdir, dərvişlərdir. İslam Hənəfilik, Hənbəlilik, Malikilik, Şafeilik, Cəfərilik kimi böyük fiqh – hüquq ekollarıdır. Sultan Mahmud Qəznəvidir, Teymurdur, Osman Qazidir, Ənvər Paşadır, Tofiq Fikrətdir, Şah İsmayıldır, Nadir Avşardır, Səlahəddin Eyyubidir, Əlişir Nəvaidir. Böyük, unikal İslam Fəlsəfəsini və mədəniyyətini danmaqmı olar. Bu barədə Batının özündə minlərlə əsərlər yazılmışdır ki, sadəcə ikisini- Anri Korbin və Vil Dürantı oxumaq yetərlidir. İslam bir həyat tərzidir, yaşam biçimidir, dünyagörüş formasıdır. İslam bir sivilizasiyadır ki, sərhədləri İspaniyadan başlayaraq bütün Orta doğunu, Afrikanın, Avrasiyanın yarısını əhatə edir. Buralarda 2 milyard insanın ürəyi eyni inancla döyünür, eyni dünyagörüş və əqidə bu coğrafiyadakı ölkələri birləştirərək bir unikal, canlı, əxlaqlı mədəniyyət biçimi yaratmışdır. İslam bütün doğu mədəniyyətlərinin, tarixinin, dünyagörüşlərinin, müdriklərinin, ruhunun birikimidir, İslam adı altında sintezidir. Adəmdən başlanmış Məhəmmədə qədərki çağların, zamanın 124 min peyğəmbərinin, filosoflarının, mütəfəkkirlərinin fikir və təcrübələrinin birikimidir. Bütün bu təcrübələr insana söylər ki, Yaradanla Yaradılan vəhdətdədir. Yaradılanı sev, Yaradandan ötəri. İslam Orta doğu fəlsəfəsində və dünyagörüşündə dərin etki buraxmış Hermetik ekollarla toqquşma və sintez prosrsini tamamıadıqdan sonra Əl Bağdadinin də qeyd etdiyi kimi 72 qola ayrılaraq Fəlsəfə, Sufilik, Batinilik kimi cərəyanlarla daha da zənginləşmiş, dərinləşmişdir. İslam içində doğulmuş Sufi ekolları Yaradana duyulan aşkın min bir rəngini, çeşidliliyini ifadə edər.
İslamın Allahı İnsanın zahiri görüntüsündən çox, onun vicdanına və qəlbinə, əməllərinə, Allah, Təbiət, Cəmiyyət, Ailə qarşısındakı davranış, əxlaq və məsuliyyətinə baxaraq İnsanı dəyərləndirər. İslam İnsanı Şəriət, Təriqət, Mərifət, Həqiqət qapılarından keçirərək Haqqa qovuşdurar. Haqq Yaradandır. Doğrudur, İslamın Allahı İnsana örtün dedi. Örtünməkdə həya ismət var dedi. Bu örtünmə sadəcə zahiri bir akt deyildi, batini idi, nəfsin, insan içində baş qaldıran şeytanın örtünməsi idi. Sufilər bu akta Ölmədən öncə öl demişdilər. Amma insanlar zahiri örtünməyə önəm verdilər, örtünmədə ikiçayarası məbəd qadınlarınıın tərzini model kimi mənimsədilər. Bütün sorunlar da buradan başladı. Maləsəf islam öncəsi qədim orta doğu ənənələri, məbəd rahibələrinin geyindiyi bu geyimlər İslama keçərək İslamın mahiyyətinin təhrif edilməsinə səbəb oldu. Bu geyimin təmsil etdiyi zehniyyət İslamın qadın düşməni bir din kimi alqılanmasına səbəb oldu. Bu kimi geyimlər İslamın mahiyyətini saptırdı və toplumda qatı radikalizmi təmsil edən din anlayışı formalaştırdı. Bu geyimlər islamı təhrif etdi. İslam, modern Batı mədəniyyəti qarşısında peçəyə bürünmüş qadın və sarıqlı, sakkallı molla obrazında çıxarsa mütləq şəkildə məğlub olacaqdır. İslamın Sarıqlı sakkallı Taliban, İşid kimi qrupların obrazında təqdim edilməsinin arxasında böyük siyasi məqsədlər vardır. Bu məqsədləri görə bilmək üçün Fukuyamanın Tarixin sonu və son insan əsərini oxumaq yetərlidir. Fukuyamanın yazdığı əsərin özəti bu. Batı dünyası kommunizmi yendi. İndi Batının qarşısında duran güc İslam mədəniyyətidir. Batı mədəniyyəti İslam mədəniyyəti üzərində zəfər çalmalıdır. Tarixin sonunda Batı İslam dünyasına qalib gələcəkdir…
Bu geyim bir düşüncəni təmsil edir. Bu düşüncəni daşıyan bütün siyasi təşkilatlar və rejimlər ABD-GİA sisteminin yetiştirdiyi, vəhabi, sələfi, şiə qruplardır ki, İslam adından istifadə edərək radikalizmi və terrorizmi yayırlar. Əslində islamın, islam dünyasının bir terror və radikal din və mədəniyyət dünyası olduğunu bu geyimlər vasitəsilə bütün dünyaya göstərirlər…
Səbəb. “İslam dünyası, düşüncəsi və mədəniyyəti geri qalmışdır, onların ölkələrini işğal edib sərvətlərini daşımaq bizim haqqımızdır” deyə bilsinlər və işğalçı və sömürgəçi siyasərlərinə məşruluq qazandırsınlar…
İslam modernizmin alternatividir, qaranlıq çağ inancı və mədəniyyətini təmsil edir desinlər.
Desinlər də. Bizim fikrimizcə Batının bütün bu çabalarının arxasında Batı ölkələrində hızla yayılan islamdan qorxu hissi dayanır. İslam Batı ölkələrində elə hızlı yayılır və Batının qəlbinə elə nüfuz edir ki, günümüzdə Batı bunun önünü kəsmək üçün İslamafobiya ideologiyası formalaştırmaq məcburiyyətində qalmışdır. İlgincdir ki, İslam Batıda bilgi, sevgi, kitab araçılığı ilə yayıldıqca və bu sürəc hızlandıqca, Batı doğuda islamçı terror təşkilatlarını yaradaraq saylarını çoxaldır. Bu Batının islamlaşmasına qarşı Batının cavab reaksiyasıdır.
Peçəli qadın, sarıklı sakkallı molla, narkotik, Amerikanın Əfqanıstandan çıxarkən Talibana buraxdığı milyonlar dəyərində silahlar. O silahlar nədən Əfqanıstanda buraxıldı sizcə. Biz getdik, sizə bu silahlarla bir birinizi qırmaq şansı verdik dedilər…
Amerikanın işğal edib çıxtığı ölkələrin hamsında bitməyən bir savaş və xaos vardır. Qan vardır. Ölüm vardır.
P.S. bilirəm ölkədəki bütün islam yorumçuları, Amerikanpərəstlər, ateistlər, Tenqriçilər, Qərbpərəstlər, sekulyar düşüncəlilər, şiələr, vəhhabilər hamsı buraya yorum yazaraq məni savadsızlıqda və ziyalı olmamaqda suçlayacaqlar. İslamın təqvası mahiyyəti mənəviyyat və əxlaqi görüşləri qalacaq bir tərəfdə, hamsı indi qadını və peçəni müzakirə edəcəklər.
Onlara bildirirəm ki, bütün dinlərə, həm səmavi dinlərə, həm fəlsəfi dinlərə – hamsına eyni dərəcədə məsafəliyəm. Bütün dinlərin son məqsədi İnsanla Yaradan arasındakı birliyi, bağı qorumaqdır. Məhz Yaradan və Yaradılan arasındakı bağı, birliyi qorumaq istədiklərinə görə də bütün dinlərə sayğım vardır.
Nə qədər insan vardırsa bir o qədər də Allah təsəvvürü vardır. Allah yoxdursa da İnsan özü onu yaradacaqdır. İnsan doğası gərəyi inanmaq istər və inanc insanın yaşamına anlam qazandırmaq ehtiyacından doğar.
İnanmaq istədiyim tək inanc- Yaradanla Yaradılan arasında birlik və bağlar heç bir zaman qopmamışdır. Yaradanla Yaradılan arasında həmişə bir bağ və əlaqə vardır. O’ndan gəldik, O’ na dönürük.
Dinlər – Yaradanla Yaradılan arasındakı bağların fərqli interperetasiyalarıdır.
Nə gözəl İnterperetasiyan vardır Hz. Məhəmməd.
Gündə 5 dəfə azan səsini eşidərək Allah Təbiət İnsan birliyini, vəhdətini mənə xatırlatdığın üçün sənə şükürlər olsun.
Yaradanla yaradılanın- Allah Təbiət və İnsanın birliyini səsli şəkildə ruhumuza çatdıran bu azan səsini mənim dünyamdan əsirgəmə ey Yaradan. İslam baş örtüsü deyildir, nəfs örtüsüdür…
Heyyy
Şəriətdə Yer Oğluyam
Təriqətdə Yol Oğluyam
Həqiqətdə Göy Oğluyam.

Yasəmən Qaraqoyunlu


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Bu yazıda anlatılanlar çok doğrudur. Osmanlı, Türk düşmanıdır ve Anadolu’daki Türk Beyliklerini teker teker yok etmeye çalışmıştır. Bu işte en…

  2. Fars-türk düşmanlığını körüklemekte kastınız ne?!! Ortadoğuda hala dost kalan iki ülke ilişkilerine dil uzatmayınız! Dünya halkları dostluk arayışındayken siz komşularımızı…

  3. Mete Han’ ın MÖ 209 da kurduğu Türk Kara Kuvvetleri nin 2231 inci senesi kutlu olsun.Türk Askerinin canı sağ olsun.…

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.