İranda İmamət, Əfqanıstanda Xilafət modelləri

"İranda İmamət, Əfqanıstanda Xilafət modelləri Azərbaycanda siyasi islamı gücləndirəcək" Yasəmən Qaraqoyunlu Baku - azerb bayraq
,

“İranda İmamət, Əfqanıstanda Xilafət modelləri Azərbaycanda siyasi islamı gücləndirəcək”
Yasəmən Qaraqoyunlu Baku

İslam coğrafiyasında Batı-Rus imperializminə, müstəmləkə və sömürgəçiliyinə qarşı 200 ildir mübarizə aparan elitaları aşağıdakı kimi qruplaşdıra bilərik.
1. Sekulyar, liberal- demokratik milliyyətçi kəsim. Batı yönlülər.
2. Sol milliyyətçi kəsim. Rusiya yönümlülər.
3. Bunların ikisini də inkar edən, Nə Qərb nə Şərq (oxu: Xomeyni) deyən, İmamət, Xilafət, Əmirlik islam siyasi modellərini irəli sürən Sələfi- Şəriətçi İslami kəsim.
İslam coğrafiyası və mədəniyyəti Batıdan qaynaqlanan modernizm çağında bir dəyişim sürəci yaşadı, son 200 ildə sekulyarlaşdı, İlımlı İslam kültürü (Şəriəti inkar edən, islamı sadəcə bir kültür kimi yaşayanlar) formalaşdı. Məhz buna görə Sələfi- Şəriət İslamının İslam ölkələrində sosial dayağı olmadığı üçün Sələfi İslam modeli güc və silah tətbiq edilməklə qurulur. Qonşu İranda 1979 İnqilabından sonra bütün sağ sol, sekulyar və ateist görüşlü siyasi kəsimlər zindanlarda kütləvi şəkildə məhv edilmişlər. Köçə zorlanmışlar. Məhz buna görə Sələfi islamçı siyasi qruplaşmaların qurduqları dövlətlər Lenin, Stalin liderliyində qurulmuş Rus kommunist dövlətlərlə eyni mahiyyət daşıyır. Həm Sələfi İslamçıların, həm Kommunistlərin qurduqları sistemlər alternativlərini məhv edən sistemlərdir. SSRİ içərisində 1922- 88 ci illərə qədər 110 milyon insan ölüm düşərgələrində qətl edilmişdi…
Alternativləri linc edən, qətl edən bütün ideoloji- dini siyasi sistemlər, hakimiyyətlər və güclər İnsanlığa, bəşəriyyətə zərər vurur.
Demokratiya- bütün alternativlərin yanaşı yaşaması, uzlaşması, əməktaşlığı və rəqabətli yarışmasıdır. Alternativləri yox etmək deyil, alternativlərə dözməkdir. Demokratik siyasi sistem ən yaxşı idarəetmə modelidir.
İranda İmamət, Əfqanıstanda Xilafət dini sistemlərinin bərqərar olması Azərbaycanda siyasi islamın güclənməsinə səbəb olacaqdır.
İslam ölkələrində Sələfi dini sistemlərin qurulması və qələbəsi İslam coğrafiyasında Batı mədəniyyətinin egemenliyinə son verəcəkdir.
Sekulyarizasiya prosesi Modernizm çağının, de sekulyarizasya prosesi Post modernizm çağının əsas xüsusiyyətidir.

Yasəmən Qaraqoyunlu, AMEA-nın əməkdaşı

Okumaya devam et  Brüssel görüşündən GÖZLƏNTİLƏR: Ermənistan sülh istəyirsə, Azərbaycanla razılaşmalıdır – AÇIQLAMA

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir